5.4.7. Qurğunun yerlə birləşdirilən hər bir elementi ayrı-
ayrılıqda yerləbirləşdiriciyə və magistral yerləbirləşdirmə
xəttinə qoşulmalıdır.
Yerləbirləşdirmə xəttinə qurğunun bir neçə hissəsinin
ardıcıl qoşulması qadağandır.
5.4.8. Gərginliyi 1000 V-a qədər olan elektrik qurğula-
rında torpaqdan (yerdən) «faza» və ya «sıfır» naqili kimi
istifadə edilməsi qadağandır, belə ki, bu qurğular elektrik
cərəyanı ilə zədələnmələrə (xəsarətalmalara) səbəb ola bilər.
Dostları ilə paylaş: