Азярбайъан республикасы


BÖLMƏ 5 ELEKTRIK QURĞULARI



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə126/196
tarix06.10.2023
ölçüsü1,37 Mb.
#152598
növüQaydalar
1   ...   122   123   124   125   126   127   128   129   ...   196
Neftqazçıxatma Sənayesində Təhlükəsizlik qaydaları

BÖLMƏ 5
ELEKTRIK QURĞULARI
5.1. Ümumi tələblər
5.1.1. Neftqazçıxarma sənayesinin elektrik qurğuları
[15]–ın tələblərinə uyğun olmalı, onlara xidmət və onların
təmiri [16, 17]–in tələblərinə uyğun aparılmalıdır.
5.1.2. Müxtəlif sex və müəssisələrin (qazma qurğularının,
kompressorların, nasos stansiyalarının və s.) elektrik qurğu-
larına təhlükəsiz xidməti təşkil etmək üçün, müəssisə üzrə
rəhbərlik tərəfindən həmin sex və müəssisələrin elektrotexniki
heyətinin bu qurğulara xidmət sahəsinin hüdudları dəqiq təyin
edilməli və rəhbərliyin sərəncamı ilə rəsmiləşdirilməlidir.
5.1.3. Partlayışdan mühafizə vasitələri və bloklayıcıları
nasaz, idarəetmə və mühafizə sxemində pozuntular olan
elektrik avadanlıqlarının istismarı qadağandır.
5.1.4. Nasaz elektrik avadanlıqlarının (transformatorlar,
mühərriklər, kabellər, naqillər, qoruyucular və s.) istismarı qa-
dağandır.
5.1.5. Elektrotexnoloji avadanlığa xidmət edən və elek-
trik aqreqatlarının işə salınmasını və açılmasını yerinə yetirən
şəxs müvafiq təlim keçməli (təlimatlandırılmalı) və biliyi yoxla-
nıldıqdan sonra ona elektrik təhlükəsizliyi üzrə II –dən az ol-
mayan qrup verilməlidir.
5.1.6. 5.1.5 bəndində göstərilən şəxslərin təlimatının
həcmi müəssisənin baş mühəndisi və baş energetiki
tərəfindən müəyyənləşdirilir və təsdiq edilir.
5.1.7. Partlayış təhlükəli zonalarda istifadə olunan elek-
trik avadanlığı partlayışdan mühafizəli olmalı, partlayışdan mü-
hafizə səviyyəsi partlayış təhlükəli zonanın sinfinə, partlayış-
357


dan mühafizə növü isə partlayış təhlükəli qarışığın kateqoriya
və qrupuna uyğun olmalıdır.
5.1.8. Xaricdə istehsal edilmiş elektrik avadanlıqlarının
partlayış təhlükəli zonada və mühitdə quraşdırılmasına icazə
verilməsi barədə müvafiq ekspert təşkilatının rəyi olmalıdır.
5.1.9. Partlayışdan mühafizə üzrə markalanması (marki-
rovkası) olmayan, həmçinin kustar (əldəqayırma) üsulla hazır-
lanmış elektrik avadanlıqlarının quraşdırılması qadağandır.

Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   122   123   124   125   126   127   128   129   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin