Азярбайъан республикасы


 Nasos və kompressor stansiyaları



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə119/196
tarix06.10.2023
ölçüsü1,37 Mb.
#152598
növüQaydalar
1   ...   115   116   117   118   119   120   121   122   ...   196
Neftqazçıxatma Sənayesində Təhlükəsizlik qaydaları

4.9.3. Nasos və kompressor stansiyaları
4.9.3.1. Nasos və kompressor stansiyalarının binaları
qüvvədə olan tikinti norma və qaydalarının tələblərinə uyğun
tikilib-hazırlanmalıdır.
4.9.3.2. Ehtiyat nasosları daim işəsalmaya hazır
vəziyyətdə olmalıdırlar.
4.9.3.3. Təbii qazın hasilatı obyektlərində mədən
kompressor stansiyaları 4.3.2 bəndinin tələblərindəkilərdən
əlavə aşağıdakılarla təchiz olunmalıdırlar:
-avadanlığın verilmiş parametrlərdə işləməsinin avtomat-
laşdırılmış tənzimləmə sistemi ilə;
-texnoloji mühitin utilizasiya sisteminə verilməsi ilə ava-
danlığın qəza boşaldılmasının avtomatlaşdırılmış sistemi ilə;
-yanğınların erkən aşkarlanması və söndürülməsinin
avtomatlaşdırılmış sistemi ilə;
-qəza xəbərdaretmə və rabitə sistemi ilə.
Kompressor stansiyalarının avtomatlaşdırma səviyyəsi
əsas texnoloji parametrlərin qeydə alınmasını təmin etməlidir.
4.9.3.4. Kompressorların sökülə bilən birləşmələri və on-
ların qaz kəmərləri müntəzəm olaraq istehsalçı-zavodun
istismar üzrə təlimatlarında müəyyənləşdirilmiş müddətlərə
uyğun kipliyə yoxlanılmalıdır.
4.9.3.5. Tamamilə avtomatlaşdırılmış kompressorlardan
başqa, işləyən kompressorları nəzarətsiz istismar etmək qa-
dağandır.
4.9.3.6. Kompressorların təhlükəsiz istismarı [10, 11]–in
tələblərinə uyğun aparılmalıdır.
4.9.3.7. Nasos stansiyası binasının ən azı iki çıxışı
olmalıdır. Qapılar və pəncərələr çölə açılmalıdır. Qapıların as-
tanası (kandarı) olmamalıdır.
338


4.9.3.8. Nasos stansiyası binası qığılcımdan mühafizə
icralı məcburi çəkib-sorma ventilyasiyası ilə təchiz edilməlidir.
4.9.3.9. Yastıqayış ötürməsinin tətbiqi qadağandır.
4.9.3.10. Aralıq vallarının divardan keçən yerlərində kip-
kəc bərkidicisi olmalıdır.
4.9.3.11. Nasos stansiyasının binası stansionar və ya da-
şınma yükqaldırıcı qurğularla təchiz olunmalı və ya hərəkət
edən yükqaldırıcı mexanizmlərin tətbiqinin mümkünlüyünü
təmin etməlidir.
4.9.3.12. Nasos stansiyası binasından kənarda sorucu və
vurucu boru kəmərlərində qapayıcı quruluşlar
quraşdırılmalıdır.
4.9.3.13. Nasos stansiyası binasında sürtgü
materiallarının bir sutkalıq tələbatdan artıq miqdarda
saxlanması qadağandır. Sürtgü materialları qapağı olan xüsusi
metal çəlləklərdə və yeşiklərdə saxlanmalıdır.
Nasos stansiyası binasında AAM və YM-in saxlanması qa-
dağandır.
4.9.3.14. Nasos stansiyasında elektrik enerjisi qəfildən
kəsildikdə elektrik mühərrikləri şəbəkədən dərhal ayrılmalıdır
(açılmalıdır).
4.9.3.15. Nasos işə salınarkən və dayandırılarkən
müvafiq siyirtmələrin düzgün açılması və bağlanması
yoxlanmalıdır. Vurucu xətdəki siyirtmə bağlı olduqda porşenli
(pistonlu) nasosu işə salmaq qadağandır.
4.9.3.16. Sökülməzdən əvvəl nasos elektrik
mühərrikindən ayrılmalı və siyirtmələri bağlamaqla və
qapayıcıları quraşdırmaqla boru kəmərlərindən ayrılmalıdır
(açılmalıdır).

Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   115   116   117   118   119   120   121   122   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin