4.9.6.3. Neftqazkondensat kəmərlərinin boruları
qaynaqla birləşdirilməlidir. Flans və yiv birləşmələrinə ancaq
qapayıcı armaturların, təzyiq tənzimləyicilərinin və digər
aparatların, həmçinin nəzarət-ölçü cihazlarının birləşmə
yerlərində yol verilir.
Hər bir boru kəmərinin əvvəlində və sonunda boru
kəmərlərinin fövqəladə hallarda istismardan dərhal çıxarılması
üçün qapayıcı (ayırıcı) qurğular quraşdırılmalıdır.
4.9.6.4. Boru kəmərlərinin birləşmə yerlərinin qaynağına
xüsusi hazırlanmış, [34] –də nəzərdə tutulmuş qaydada attes-
tasiyadan keçmiş qaynaqçılar buraxılır.
4.9.6.5. Boru kəmərlərinin qaynaq birləşmələrinin keyfiy-
yətinə nəzarət qüvvədə olan normativ sənədlərin tələblərinə
uyğun aparılır. Keyfiyyətə nəzarət və işlərin qəbulu, nəzarətin
əməliyyat və vizual növünü, ölçmə, dağıdıcı olmayan nəzarət
üsulu ilə qaynaq tikişlərinin yoxlanılmasını, həmçinin mexaniki
sınaqları özündə birləşdirməlidir.
Daha təhlükəli hesab edilən sahələri olan boru kəmərləri
(su səddləri ilə, avtomobil və dəmir yolları ilə, texnoloji kom-
munikasiyalarla kəsişdikdə) işə salınmazdan əvvəl borudaxili
diaqnostikaya (cihazla) məruz qalmalıdırlar.
4.9.6.6. Qaz və kondensat kəmərləri ilə yolların, su sədd-
lərinin, yarğanların, dəmir yollarının kəsişdiyi yerlərdə,
döngələrin künclərində, adamların mümkün toplanma
yerlərində, qazkondensat kəmərlərinin texnoloji qovşaqlarında
xəbərdaredici işarə və yazılar qoyulmalıdır. Sadalanan və
oxşar yerlər üçün layihədə sızma və boru kəmərlərinin
Dostları ilə paylaş: