Азярбайъан республикасы


partlayıcı qazın qatılığı mütəmadi olaraq yoxlanılmalıdır. Əgər



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə112/196
tarix06.10.2023
ölçüsü1,37 Mb.
#152598
növüQaydalar
1   ...   108   109   110   111   112   113   114   115   ...   196
Neftqazçıxatma Sənayesində Təhlükəsizlik qaydaları


partlayıcı qazın qatılığı mütəmadi olaraq yoxlanılmalıdır. Əgər
qazın qatılığı onun aşağı partlama həddinin 20% -dən
çoxdursa (yəni partlayıcı qazın həmin yerdə həcmi 1% -dən
çoxdursa), qazkondensatın vurulması dərhal dayandırılmalıdır.
4.6.5.10. Quyunun qazkondensatla işlənməsi
qurtardıqdan sonra aqreqatın manifold xətti və quyunun
armaturu su ilə yuyulmalıdır.
Manifoldun ayrılmasına, quyunun armaturundakı siyirtmə
bağlandıqdan və təzyiq atmosfer təzyiqinə qədər aşağı salın-
dıqdan sonra icazə verilir.
4.6.6. Quyuların quyudibi zonasının quyudibi elektrik 
qızdırıcısı ilə işlənməsi
4.6.6.1. Quyudibi elektrik qızdırıcısı partlayış mühafizəli
olmalıdır.
322


Quyudibi elektrik qızdırıcıları elektrik sexlərində yığılmalı
və cərəyan mənbəyinə qoşulmaqla sınanılmalıdır.
Çöl şəraitində quyudibi elektrik qızdırıcılarının sökülməsi,
təmiri və güc altında sınanılması qadağandır.
4.6.6.2. Quyudibi elektrik qızdırıcısının quyuya
endirilməsi və qaldırılması mexanikləşdirilməli və quyu ağzının
kip vəziyyətində xüsusi lubrikatordan istifadə etməklə yerinə
yetirilməlidir.
4.6.6.3. Quyu ağzı, dayaq sıxacının elektrik qızdırıcısının
kabel-trosuna quraşdırılmasından əvvəl bağlanmalıdır.
4.6.6.4. Yalnız kabel-trosu transformatora qoşduqdan,
elektrik avadanlığını yerləbirləşdirdikdən, quyuda və quyu ağ-
zında bütün hazırlıq işlərini gördükdən, adamları həmin
ərazidən uzaqlaşdırdıqdan sonra şəbəkə kabeli elektrik
qızdırıcısının işəsalma avadanlığına qoşulmalıdır.
4.6.6.5. Kabelin elektrik qızdırıcısının başlığına girəcək
qovşağı, həmçinin klemma boşluğu tamamilə kipləşdirilməlidir.
4.6.6.6. Kabelin elektrik qızdırıcıları ilə klemma birləşmə-
sinin konstruksiyası elə olmalıdır ki, kabel tellərinin
ucluqlarının qırılması istisna olsun.
4.6.6.7. Kabel neftə və yüksək temperatura davamlı,
bütün uzunluğu boyunca bütöv olmalıdır.
4.6.8. Səyyar qaldırıcı bucurqadın barabanına kabelin
bərkidilmə qaydası kabelin barabana səlis keçməsini, sarınma-
sını və onun izolyasiyasının bütövlüyünün saxlanmasını təmin
etməlidir.
4.6.6.9. Quyuya endirilməzdən əvvəl kabelin vəziyyəti
yoxlanılmalıdır. Əgər onun tellərindən biri belə qırılmış olarsa,
kabelin quyuya salınmasına icazə verilmir.

Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin