4.6.3.1. Buxar generatorları və suqızdırıcı qurğular, istilik
daşıyıcılarının hazırlanması və vurulması proseslərinə nəzarət
etmək və onları
tənzimləmək üçün cihazlarla,
texnoloji
prosesin pozulduğu hallarda yanacaq verilməsini dayandıran
(kəsən) vasitələrlə təchiz olunmalıdır.
4.6.3.2. Buxar və ya isti suyun vurulmasında istifadə olu-
nan boru kəmərlərinin stasionar qurğulardan quyuya çəkilməsi
və onların istismarı [13]-ün tələblərinə riayət edilməklə yerinə
yetirilməlidir.
4.6.3.3. Buxarpaylayıcı məntəqədən və ya paylayıcı
buxar kəmərlərindən quyu ağzına qədər məsafə 25 m-dən az
olmamalıdır.
4.6.3.4. Buxar və ya isti suyun vurulması üçün təchiz
olunmuş quyuağzı bağlayıcı armatur məsafədən idarə olunan
olmalıdır. Flans birləşmələri örtüklə bağlanmalıdır.
4.6.3.5. Qəza hallarında buxar generatoru və suqızdırıcı
qurğuların fəaliyyəti dayandırılmalı, xidməti heyət baş verə bi-
ləcək qəzaların ləğvi planına müvafiq hərəkət etməlidir.
4.6.3.6. Buxar generatorunun odluğuna yanacaq ötürən
boru xəttində avtomatik qoruyucu qurğu olmalıdır. Həmin qur-
ğu istilik kəmərində təzyiq buraxıla bilən həddən yuxarı və ya
aşağı olduqda, eyni zamanda suyun verilməsi dayandırıldıqda,
avtomatik olaraq odluğa yanacaq verilməsini dayandırmalıdır
(kəsməlidir).
4.6.3.7. Buxar və ya isti suyun vurulması üçün təchiz
olunmuş quyuların ərazisi
çəpərlənməli və həmin sahəyə
xəbərdaredici nişanlar qoyulmalıdır.
4.6.3.8. Istilik daşıyıcısı istiliyə davamlı paker quraşdırıl-
dıqdan sonra, istismar kəməri üçün buraxıla bilən maksimal
təzyiqdən yuxarı olmayan təzyiqlə laya vurulmalıdır.
4.6.3.9. Paker quraşdırılmış quyuya istilik daşıyıcısını vu-
rarkən boruarxası fəzadan gələn
ötürücü boru xəttindəki
siyirtmə açıq olmalıdır.
320
4.6.3.10. Boru arxası fəzanın çıxış
ötürücü boru xətti
texnikadan
və
xidməti
heyətdən
kənara
istiqamətləndirilməlidir.
4.6.3.11. Quyu işləndikdən
sonra birləşdirici qurğular
yoxlanılmalı, armatur rənglənməlidir.
Dostları ilə paylaş: