Азярбайъан республикасы


 Basqı quyularının istismarı



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə107/196
tarix06.10.2023
ölçüsü1,37 Mb.
#152598
növüQaydalar
1   ...   103   104   105   106   107   108   109   110   ...   196
Neftqazçıxatma Sənayesində Təhlükəsizlik qaydaları

4.4.5. Basqı quyularının istismarı
4.4.5.1. Basqı quyularının quyuağzı avadanlığı, vurulan
agentin tərkibi, fiziki-kimyəvi xassələri və maksimal gözlənilən
basqı təzyiqi nəzərə alınaraq işlənib-hazırlanan layihəyə uyğun
olmalıdır.
4.4.5.2. Basqı quyuları, vurulan agentin fiziki-kimyəvi
xassələrindən asılı olmayaraq, istismar kolonunu, vurulan
agentin təsirindən mühafizə edən və izolyasiyasını təmin edən
312


nasos-kompressor boruları kolonu ilə və lazım gələrsə,
pakerləyici quruluşla təchiz edilməlidir.
4.4.6. Kompressorsuz qazlift quyularının istismarı
4.4.6.1. Kompressorsuz qazlift quyularının təhlükəsiz is-
tismarı [229]–un və bu Qaydaların tələblərinə uyğun
aparılmalıdır.
4.4.6.2. Qaz-lift quyularının qazpaylayıcı bölmələri (bata-
reyaları) işçi agentin quyuya avtomatik olaraq verilməsini
təmin edən quruluşlarla təchiz edilməlidir. Quyuya doğru
gedən hər bir xəttdə manometr, sərfölçən və əks –klapan
quraşdırılmalıdır.
4.4.6.3. Kompressorsuz qazlift qurğusunu istismar edən
sexdə (sahədə) kompressorsuz qazlift qurğusunun (quyu daxil
olmaqla) və onun ayrı-ayrı bölmələrinin texnoloji sxemləri ol-
malıdır. Bu sxemdə siyirtmə və nəzarət-ölçü cihazlarının yeri,
adı və ölçüləri yazılı surətdə göstərilməlidir. Qazlift quyularının
istismar təlimatlarında siyirtmələrin açılıb-bağlanması ardıcıllığı
göstərilməlidir.
4.4.6.4. Qazpaylaşdırıcı batareyadan quyuya çəkilən yük-
sək təzyiqli boru kəməri, eləcə də quyunun atmosferə üfürmə
xəttlərini zədələnmədən mühafizə etmək üçün onlar etibarlı
bərkidilməlidir.
4.4.6.5. Kəmər başlığının və qazlift armaturlarının quraş-
dırma sxemləri boruiçi, boruarxası və borular arası fəzaların
kipliyini, eləcə də neft və qaz nümunələrinin götürülməsini,
quyuların tədqiqini və boğulmasını təmin etməlidir.
4.4.6.6. Qazlift armaturlarını idarəetmə otağı ilə
birləşdirən hava-boru kəmərləri qanovun, kabel isə borunun
içərisi ilə çəkilməlidir.
313


4.4.6.7. Quyunu qazlift üsulu ilə istismara başlamazdan
əvvəl və təmirdən sonra istismar kəməri, quyuağzı avadanlıq
və digər borular maksimal işçi təzyiqdən 1,25 dəfə çox
təzyiqlə kipliyə yoxlanılmalıdır.
4.4.6.8. Qazlift quyularının istismarı zamanı lazım olma-
dan yüksək təzyiqli boru, siyirtmə və başqa avadanlığın
yanında dayanmaq qadağandır. Bunun üçün operator otağı və
nəzarət ölçü cihazları var.
4.4.6.9. Qazlift quyularının işi zamanı təzyiq altında flans
birləşmələrdəki qayka və boltları bərkitmək, kipkəc sistemin-
dəki kipləşdiricini (nabivka) dəyişmək və ya yenisini əlavə
etmək qəti qadağandır.
4.4.6.10. Qazlift quyularının təhlükəsiz və normal
işləməsi üçün gündəlik texniki qulluqdan başqa həftəlik texniki
qulluq nəzərdə tutulmalıdır və bunun üçün xüsusi jurnal
olmalıdır.
4.4.6.11. Işləyən quyunun avadanlığının açıq alovla
qızdırılması qadağandır. Donmuş boru kəmərlərini və qapayıcı
quruluşları (kipkəc) ancaq buxar və ya isti su ilə qızdırmaq
olar.
4.4.6.12. Qazlift quyularının istismarı zamanı ehtiyat xət-
tinin armaturlarından başqa bütün armaturlar açıq olmalıdır.
4.4.6.13. Qazlift quyularının təmiri zamanı quyuların ağzı
kiçik qabaritli preventorla təchiz olunmalıdır.

Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin