4.3.34. Quyu ağzından texnoloji
qurğulara gedən boru
kəmərləri bir yarusda çəkilməlidir və maksimal işçi təzyiqdən
1,5 dəfə artıq təzyiqə hesablanmalıdır.
4.3.35. Platformada quyuların çoxcərgəli yerləşdiyi hal-
larda, quyu cərgələrinin aralarından hasilat quyularının boru
kəmərlərinin çəkilməsi qadağandır. Boru kəmərləri etibarlı bər-
kidilməli, təzyiqə uyğun markalanmalı və müvafiq rənglə rəng-
lənməlidir.
4.3.36. Gəmilərdən yanacağı və metanolu qəbul etmək
üçün olan boru kəmərləri stansionar olaraq, özülün iki əks isti-
qamətindən yanacaq və metanol anbarlarına yaxın olan körpü
meydançalarına çıxarılmalı; boru kəmərlərinin qəbul edən his-
sələri yaşayış blokundan 10m-dən az olmayan məsafədə yer-
ləşməlidir.
Boru kəməri yanacaq anbarının yuxarı hissəsinə birləşdi-
rilməli, elastik şlanqı və qapayıcı klapanı
birləşdirmək üçün
qurğu ilə təchiz edilməlidir.
4.3.37. Qaz və ya AAM (YM) boru kəmərləri yanmayan
maddə nəql edilən boru kəmərləri ilə kəsişdikdə sonuncular
aşağıda yerləşməlidir.
4.3.38. Fontan mümkünlüyü ilə əlaqəli məsuliyyətli işləri
yerinə yetirərkən DDÖ-də (EYM-də) yanğınsöndürmə gəmisi
(maşını) növbə çəkməlidir.
Dostları ilə paylaş: