Bu qiymətləndirmə əsasında texnoloji proseslərin və tex-
niki mühafizə vasitələrinin avtomatlaşdırılmasının səviyyəsi,
həmçinin lazımi mühafizə zonaları müəyyən edilir.
4.2.2. Layihədə aşağıdakılar nəzərdə tutulmalıdır:
-işçilərin daim obyektdə olmasının minimuma endirilməsi
və obyektlərin işi haqqında texnoloji proseslərlə idarə olunma
məntəqəsində yığılan məlumatın
bütövlüyünün təmini üçün
həmin obyektlərin maksimal avtomatlaşdırılması;
-yükdaşıyıcı konstruksiyalara dağıdıcı olmayan üsulla
nəzarət sistemi, avadanlığın və boru kəmərlərinin korroziyaya
qarşı mühafizəsi;
-qəza vəziyyətlərinin yaranması ilə işə düşən çoxsəviyyəli
bloklayıcı sistem və qoruyucu qurğular;
-obyektin partlayış-yanğın təhlükəli və zəhərləyici göstə-
riciləri
də daxil olmaqla, mümkün fövqəladə vəziyyətlərinin
səviyyələrinin hesablanması;
-qəza vəziyyəti üçün hər bir obyektdə işçilərin fəaliyyət
planının tərtibi;
-neftin, qazın və qazkondensatının itgisiz yığım və nəql
sistemi;
-qəzaların,
yanğınların,
qazlaşmanın
məhdudlaşdırılmasını və obyektin sabit işinin bərpasını təmin
edən,
texnoloji, energetik avadanlığın, həmçinin su, istilik,
kimyəvi reagent və materiallar ehtiyatını.
Dostları ilə paylaş: