3.18.16. Açıq fontanın ləğv olunmasına cəlb olunmuş
gəmilər ştabın rəisinə tabe olmalı, onların qeyri-məhdud
sahədə üzmək ixtiyarı, etibarlı əlaqəsi (ratsiya, işıq telefonu və
b.) və xilasedici vasitələri olmalıdır.
Gəmilərin sayı açıq fontanın xüsusiyyətindən, onun debi-
tindən və bu gəmilərin texniki imkanlarından asılı olaraq ştab
tərəfindən müəyyən edilir.
3.18.17. Açıq fontanın ləğvi ilə əlaqəsi olmayan şəxslərin
qəza obyektində, həmçinin qəza işlərinə cəlb olunmuş üzən
vasitələrdə olması qadağandır.
3.18.18. DNQT-də ikinci qazma qurğusu və ya kütdə
digər işlək quyular olarsa, açıq fontan zamanı, qazma işləri
dayandırılmalı və işlək quyulardan neftin (qazın) çıxarılmasının
dayandırılmasına dair tədbirlər görülməlidir.
3.18.19. DNQT-də yanan fontanların söndürülməsi üzrə
işlər, bu sahədə qüvvədə olan normativ və rəhbər sənədlərə
uyğun yerinə yetirilməlidir.
3.18.20. Açıq fontan ləğv olunarkən fontanın şırnağı və
özülün quyuağzı zonasında olan metal konstruksiyalar (küt
quyularda – yaxınlıqdakı quyular) yanğınsöndürmə
gəmilərində və DNQT-də olan stasionar və daşınma
suvurucularla fasiləsiz olaraq su ilə sulanmalıdır (su şırnağı
ilə).
3.18.21. Açıq fontanın ləğv olunması prosesində, fontan
verən quyunun quyu ağzında və onun ətrafında fontan verən
quyunun məhsullarının (neftin, kondensatın) toplanmasının
qarşısının alınmasına dair bütün tədbirlər görülməlidir.
3.18.22. Yanan zonaya yanğınsöndürən gəminin daxil
olmasından əvvəl, gəminin gövdəsinin qoruyucu suvarmasını
işə salmaq və gəminin alovla əhatəyə alınması təhlükəsinin
qarşısını almaq üçün tədbirlər görülməlidir.
Dostları ilə paylaş: