- kompensator silindrindən yüksək və aşağı təzyiqli
şlanqları açmaq.
3.14.6. Sualtı quyuağzı avadanlığın idarəetmə sisteminin
hidravlik qurğusunun təmiri və profilaktik baxışı, sistemin elek-
trik cərəyanı və sıxılmış havası kəsilmədən aparmaq
qadağandır.
Sistemin hidravlik və hava xətlərini sistemdən
ayırmazdan əvvəl təzyiq atmosfer təzyiqinə qədər
endirilməlidir.
3.14.7. Boruyerləşdirən sistemdə təmir və profilaktik işlər
ancaq qoruyucu kəmərlə aparılmalıdır. Bu zaman işlək sahədə
bu işlə əlaqədar olmayan adamların olması qadağandır.
3.14.8. Borututan başlıqlardan suxarıların işçi meydança-
sına açılıb düşməsinin qarşısını almaq üçün onlar etibarlı
bərkidilməli və cədvəl üzrə on gündə bir dəfədən az
olmayaraq onların bərk bağlanması yoxlanılmalıdır.
Dostları ilə paylaş: