3.13.21. Küləyin sürəti 23 m/san-dən artıq olduqda qaz-
ma qurğularında quyunun yuyulması işlərindən başqa bütün
işlər dayandırılmalıdır. Küləyin sür’əti 29 m/san və daha çox
olduqda isə bütün işlər dayandırılmalıdır.
3.13.22. DDÖ və ÜQQ üçün seçilmiş yerlər müvafiq hid-
roqrafik xidmətlə razılaşdırılmalıdır. Bu iş layihə və ya quyunun
qazılma layihəsinin işlənməsi mərhələsində görülməlidir.
3.13.23. Dəniz qurğularındakı göyərtələrin, keçidlərin və
iş meydançalarının müxtəlif əşyalarla qalaqlanması
qadağandır. Iş zamanı istifadə olunmayan materiallar, çənlər
və digər əşyalar sahilə göndərilməlidir.
3.13.24. DDÖ və ÜQQ-da quyuların qazılması müəyyən
olunmuş texniki layihə üzrə yerinə yetirilməlidir. Layihənin bir
nüsxəsi qazma obyektində saxlanılmalıdır.
3.13.25. DDÖ-lərdə quyuların sayı və onların yerləşmə
sxemi hər özülün tikilmə layihəsində göstərilməlidir.
3.13.26. Dənizdə qazma vışkalarının istismarı prosesində
3.3.33, 3.3.36 – 3.3.42 bəndlərinin tələblərinə riayət
edilməlidir.
Qazma vışkalarının texniki vəziyyətinin yoxlanılması və
sınağı
304, 305
əsasən yerinə yetirilməlidir.
3.13.27. Qazma işləri qurtardıqdan sonra NQÇI quyu ilə
birlikdə DDÖ-nü (EYM) də qazma təşkilatından akt tərtib et-
məklə qəbul etməlidir. Akt, Azdövdağtexnəzarət Komitəsinin
və FQDHH-nin nümayəndələrinin iştirakı ilə tərtib edilir.
DDÖ (EYM) təhvil verildikdə onun pasportu da təhvil
verilməlidir. Bu pasportda, qazma işləri zamanı özüldə aparılan
təmir işləri haqqında məlumat qeyd olunmalıdır.
Dostları ilə paylaş: