Азярбайъан республикасы



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə86/196
tarix06.10.2023
ölçüsü1,37 Mb.
#152598
növüQaydalar
1   ...   82   83   84   85   86   87   88   89   ...   196
Neftqazçıxatma Sənayesində Təhlükəsizlik qaydaları

Quyuların qazılması
3.11.24. Qazma qurğusu yaşayış sahələrindən və ma-
gistral yollardan elə məsafədə yerləşdirilməlidir ki, havanın
tərkibində hidrogen-sulfidin sanitar normalarına uyğun olması
təmin olunsun.
3.11.25. Qazma avadanlığı, köməkçi tikililər (otaqlar) bu-
ruq sahəsində yerin relyefi və küləyin orta illik istiqaməti
nəzərə alınmaqla yerləşdirilməlidir.
259


3.11.26. Qazma vışkasının özülü elə qurulmalıdır ki, onun
altında tullanışa qarşı avadanlıq sərbəst yerləşsin və ona iki
tərəfdən yol olsun və vışkaaltı fəzanın təbii ventilyasiyası
təmin olunmuş olsun.
3.11.27. Buruğun mədəni butkası küləyin orta illik
istiqaməti nəzərə alınmaqla quyunun küləkdöyən tərəfində
yerləşdirilməlidir və onun girişi küləyin istiqamətinə əks
tərəfdən olmalıdır.
3.11.28. Tərkibində hidrogen-sulfid olan layı açmağa
100m qalmış və ya bir sutka əvvəl aşağıdakılar yerinə
yetirilməlidir:
- buruğun ətrafına təhlükəsizlik işarələri qoyulmalı.
Qaranlıq vaxtı onlar işıqlandırılmalıdır;
- hidrogen-sulfidin qatılığına nəzarət edən cihazların
sazlığını, FMV-in olmasını və hazırlığını, qazı sovurma və
kənarlaşdırma sistemlərini yoxlamalı;
- qazma məhluluna hidrogen-sulfidin neytrallaşdırılması
üçün reagentin lazımi miqdarda qatılması;
- quyunun qazılmasında iştirak edən bütün işçilər (MTI-
lər də daxil olmaqla) əlavə olaraq təlimatlandırılmalı və
mümkün olan qəzaların ləğv edilməsi planına uyğun məşq
keçməlidirlər.
3.11.29. Hidrogen-sulfidli laylar açılmış halda olanda
qoruyucu kəmərlər quyuya buraxılmazdan, sement körpüsü və
“vanna” qoyulmazdan əvvəl qazma məhluluna neytralizator
vurulmalıdır.
3.11.30. Hidrogen-sulfidlə təmasda olmuş qazma
boruları, avadanlıq, boru kəmərləri başqa quyuda istifadə
olunmazdan əvvəl təzyiqlə kipliyə yoxlanmalıdır.
3.11.31. Işlənmış qazma məhlulu və lay suları, şlam
ambarına ötürülməzdən əvvəl neytrallaşdırılmalıdır.
3.11.32. Qazma boruları quyudan çıxarılarkən buruq
məhlulundan təmizlənməlidir. 
260



Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin