Мцяллиф адлы кимйяви реаксийалар



Yüklə 454,21 Kb.
Pdf görüntüsü
səhifə1/15
tarix01.10.2022
ölçüsü454,21 Kb.
#64406
növüDərs
  1   2   3   4   5   6   7   8   9   ...   15
06 Akperov N



Kimya məktəbdə 
63
 
KİMYANIN İLK ANLAYIŞ VƏ TERMİNLƏRİ MÜASİR 
TƏSƏVVÜRLƏRDƏ 
 
N.Ə. Əkbərov 
Azərbaycan Dövlət Pedaqoji Universiteti
 
 
Kimyanın ilk əsas anlayışları orta məktəbin VII sinif kimya dərsliyində [1] 
və demək olar ki, ali məktəbə daxil olmaq istəyənlər üçün yazılmış bütün kimya 
vəsaitlərində, məsələn, [2-8] saylı ədəbiyyatlarda və s. şərh edilmişdir. Hər bir 
fənnin ilk anlayış və terminlərinin sadə və asan dildə ətraflı izahı oxucularda bu 
fənnə qarşı rəğbət hissi oyadaraq, onu daha mükəmməl surətdə öyrənməyə sövq 
edir. Bu məqalədə də kimyanın ilk anlayış və terminlərini müasir təsəvvürlər 
əsasında, daha sadə və anlaşıqlı şəkildə izah etməyə çalışmışıq. Ona görə də ümid 
edirik ki, kimya elmi ilə ilk tanışlığa başlayan məktəblilər üçün bu məqalə çox 
faydalı olacaq və onlarda kimya elminə böyük maraq doğuracaqdır. 
Kimya fənni, onun vəzifələri və xalq təsərrüfatının inkişafında rolu. 
Kimya - təbiət elmlərindən biri olub, maddələrin tərkibini, quruluşunu
xassələrini, çevrilmələrini və bu çevilmələri idarə edən qanunları öyrənir. 
Kimyanın yaranması və inkişaf tarixi çox qədim olub, Misir, Çin, Hindistan
Yunanıstanla bağlıdır. Kimya sözünün əmələ gəlməsi haqqında da müxtəlif 
fikirlər vardır. Eramızdan 100 il əvvəl yunan tarixçisi Plutarxın fikrincə, kimya 
“kemia” sözündən əmələ gəlmişdir ki, bu da qədim Misirin adıdır. Belə də güman 
edilir ki, kimya yunanca tökmə metal mənasını verən “kima” sözündən 
yaranmışdır. Kimya elmi ilk dəfə qədim Misirdə meydana çıxmışdır. İlk kimyaçı 
da 
tanınmış Fars əlkimyaçısı
Cabir ibn Həyyan olmuşdur (721-815). İbn Həyyan 
ilk dəfə kimyada (əlkimyada) eksperimental metodları tətbiq edərək, xlorid və 
nitrat turşularının sintezini həyata keçirmiş, distillə və kristallaşma kimi mühüm 
prosesləri kəşf etmişdir.

Yüklə 454,21 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin