Мцяллиф адлы кимйяви реаксийалар



Yüklə 454,21 Kb.
Pdf görüntüsü
səhifə7/15
tarix01.10.2022
ölçüsü454,21 Kb.
#64406
növüDərs
1   2   3   4   5   6   7   8   9   10   ...   15
06 Akperov N

Atom-molekul təlimi. Atom-molekul təlimi müasir təbiətşünaslığın əsasını 
təşkil edir. Bu təlimə görə, materiya gözlə görünməyən və daima hərəkətdə olan 
kiçik hissəciklərdən ─ atomlardan təşkil olunmuşdur. (Yunanca “Atmos” 
bölünməz deməkdir). Atomlar bir-birilə birləşərək molekulları əməlkə gətirir və 
bütün maddələr belə molekullardan təşkil olunmuşdur. Atom-molekul təliminin 
banisi M.V.Lomonosov olmuşdur. O, “Riyazi kimyanın elementləri” əsərində 
maddələrin quruluşu haqqında korpuskulyar nəzəriyyə irəli sürmüşdür. 
Lomonosov öz mülahizələrinə əsaslanaraq maddələrin kiçik hissəciklərdən əmələ 
gəlməsi ideyasını qəbul etmişdir. Lomonosova görə ,hissəciklər iki növə ayrılır: 
“korpuskullar” (molekullar) və “elementlər” (atomlar). Lomonosovun atom-
molekul təlimi aşağıdakı müddəalardan ibarətdir: 
1) Bütün maddələr molekullardan ibarətdir; molekullar daha kiçik 
hissəciklərdən ─ atomlardan təşkil olunmuşdur. 
2) Atom və molekullar daim hərəkətdədir; onlar müəyyən kütlə və ölçüləri 
ilə birbirindən fərqlənirlər. 
3) Bəsit maddələrin molekulları eyni, mürəkkəb maddələrin molekulları 
müxtəlif atomlardan təşkil olunmuşdur. Atom-molekul haqqındakı təlim, atom və 
molekul məfhumlarının tərifi 1860-cı ildə Almaniyanın Karlsruye şəhərində 
kimyaçıların beynəlxalq qrultayında qəbul edilmişdir. Atom haqqında təlimin 
inkişafında ingilis alimi Con Daltonun da xidmətləri olmuşdur. 
Müasir təsəvvürlərə görə, atom ─ maddənin kimyəvi yolla bölünməyən ən 
kiçik hissəciyi olub, kimyəvi elementin bütün xassələrini özündə saxlayır və: 
a) kütlə 
b) ölçü 
c) kimyəvi işarə 
d) nüvəsinin yükü (bu hər bir atomun əsas göstəricisidir) və s. xassələrlə 
xarakterizə olunur. 
Məsələn, hidrogen atomu H ilə işarə olunur (kütləsi 1/6,02 10
23 
kimidir), 


Kimya məktəbdə 
71
 
nüvəsinin yükü +1 dir, ən kiçik atom radiusuna malikdir və s. 
Atomlar bir çox hallarda tək mövcud ola bilmir və öz aralarında birləşərək
atom qrupları – molekulları əmələ gətirir. Atom və molekullar hətta elektron 
mikroskopları ilə görünə bilməyən çox kiçik hissəciklərdir. Bizim ana dilimizin 
əlifbasında olan 32 hərfdən çoxlu sayda sözlər əmələ gəldiyi kimi, müxtəlif atom 
növləri də öz aralarında müəyyən qanunauyğunluqlarla birləşərək, ətraf mühiti 
əhatə edən sonsuz sayda molekullar və ya kristallar yarada bilər. Ona görə də 
kimya elmi inkişaf etdikcə, molekul və kristalların sayı gündən-günə sürətlə artır. 
Atomun kimyəvi xassələri onun quruluşu ilə müəyyən edildiyindən atomun 
müasir tərifi belədir: Atom müsbət yüklü nüvədən və mənfi yüklü elektronlardan 
ibarət olan, kimyəvi cəhətcə bölünməz ən kiçik elektroneytral hissəcikdir. 
Molekul atomun əksinə olaraq bölünəndir və maddənin bütün kimyəvi xassələrini 
özündə saxlayan ən kiçik hissəcikdir. 
Molekullar isə atomlardan ibarətdir və bəzi atomlardan fərqli olaraq, sərbəst 
yaşaya bilir. Onlar maddənin bütün xassələrini özündə əks etdirən ən kiçik 
hissəciyi olub: 
a) kütlə 
b) ölçü 
c) kimyəvi formul 
d) quruluşla (bu hər bir molekulun əsas göstəricisidir) və s. xassələrlə 
xarakterizə olunur. Məsələn, su molekulu H
2
O formuluna malik olub, (kütləsi 
18/6,02∙10
23 
kimidir) bucaq quruluşludur, polyardır və s. 
Müxtəlif maddələrin molekullarında atomlar bir-biri ilə müəyyən bir ciddi 
qanunauyğunluqla birləşir. Atomların molekulda düzülüş ardıcıllığı molekulun 
qyruluş formulunu müəyyən edir. Molekulun tərkibinin kimyəvi işarələrlə ifadəsi 
isə kimyəvi formul adlanır. Məsələn, bəzi maddələrin formulu: azot - N
2
, su -
H
2
O, oksigen - O
2
, ozon - O
3
, karbon qazı - CO
2
və s. 
Molekul modelləri də atomların molekulda birləşmə ardıcıllığını və 
molekulun fəza quruluşunu göstərir. Məsələn, şəkil 6-da olduğu kimi: 
 
 

Yüklə 454,21 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin