Мцяллиф адлы кимйяви реаксийалар


Azərbaycanın ilk kimyaçı alimi Almaniyada təhsil almış Mövsümbəy



Yüklə 454,21 Kb.
Pdf görüntüsü
səhifə2/15
tarix01.10.2022
ölçüsü454,21 Kb.
#64406
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   15
06 Akperov N

 
Azərbaycanın ilk kimyaçı alimi Almaniyada təhsil almış Mövsümbəy 
Xanlarovdur. Ali məktəbdə tədrislə məşğul olan kimyaçı alimimiz isə ADU-nin 
kafedra müdiri, professor Sadıx Hüseynov olmuşdur. O, qeyri-üzvi kimyanın 
tədrisi ilə əlaqədar bir çox kitabların müəllifidir. Azərbaycanda kimyanın tədrisi 
ilə bağlı professor Məmməd Mövsümzadəni və professor Həbibulla 
Şaxtaxtinskini, kimya elminin inkişafına öz töhvələrini verən alimlərə isə misal 
olaraq Yusif Məmmədəliyevi, Əli Quliyevi, Ələddin Quliyevi, İbrahim Şıxıyevi, 
Murtuza Nağıyevi, Toğrul Şaxtaxtinskini, Sahib Əliyevi və başqalarını göstərmək 
olar. 
Kimyanın əsas tədqiqt obyekti maddə və onun təşkil olunduğu molekul və 
atomlardır. Gözlə görünən hər hansı bir əşya – fiziki cisim maddələrdən, maddələr 


1(65)2019 
64 
molekullardan, molekullar da atomlardan ibarətdir.
 
Hər bir təbiət elmi insanların maddi və mənəvi rifah halının yüksəlməsinə 
xidmət etməlidir! Bu baxımdan kimya elminin də iki başlıca vəzifəsi vardır: 
1) Təbiətdə hazır şəkildə olan təbii xammallardan ilkin maddə kimi istifadə 
etməklə insanların tələbatına uyğun xeyirli xassəli maddələr (məsələn, dərmanlar, 
boyaqlar, polimerlər, sürtkü yağları, yanacaqlar, müxtəlif təyinatlı şüşələr, çini 
materiallar, xəlitələr, ərintilər və s. sintez etmək, bu zaman baş verən hadisələrin 
mahiyyətini, qanunauyğunluqları araşdırmaq. 
2) Kimyəvi reaksiyaların istilik effektindən enerji mənbəyi kimi insanların 
ehtiyacını ödəmək üçün istifadə etmək. 
Kimya elmi bu ümdə vəzifələri yerinə yetirdikcə, yeni-yeni maddələr, 
reaksiyalar, qanunauyğunluqlar, prinsiplər kəşf olunur. Buna uyğun olaraq, son 
nəticədə kimyanın bütün sahələri tədricən, əlaqəli şəkildə inkişaf edir və 
sivilizasiyanın təşəkkül tapmasına xeyli yardımçı olur. İnsanların maraq və 
tələbatlarının gündən-günə artması da kimya elminin sürətli inkişafı üçün zəmin 
yaradır və ona təkan verir. 

Yüklə 454,21 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin