Мцяллиф адлы кимйяви реаксийалар


Şəkil 6. Meşə havasındakı



Yüklə 454,21 Kb.
Pdf görüntüsü
səhifə8/15
tarix01.10.2022
ölçüsü454,21 Kb.
#64406
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   15
06 Akperov N

Şəkil 6. Meşə havasındakı 
molekulların modeli:
1 -azot, 2 -oksigen, 3 -arqon, 4 – 
karbon qazı, 5 -su, 6 –ozon 


1(65)2019 
72 
Kimyəvi element. Kimyəvi element - nüvəsinin yükü eyni olan atomlar 
növüdür. Hazirda 116 kimyəvi element məlumdur. Kimyəvi elementlər şərti 
olaraq iki yerə bölünür: 
1) Metallar 
2) Qeyri metallar 
Cəmi 22 qeyri-metal var. Onları dövri sistem cədvəlində yalnız əsas 
yarımqrupda yerləşib. Belə ki: 
a) I əsas yarımqrupda - H 
b) II əsas yarımqrupda - yoxdur 
c) III əsas yarımqrupda - B 
d) IV əsas yarımqrupda - C, Si 
e) V əsas yarımqrupda - N, P, As 
f) VI əsas yarımqrupda - O, S, Se, Te 
g) VII əsas yarımqrupda - F, Cl, Br, J, At (halogenlər) 
h) VIII əsas yarımqrupda - He, Ne, Ar, Kr, Xe, Rn (təsirsiz qazlar) 
Qalan elementlər isə metallardır: Li, Na, K, Rb, Sc, Be, Mg, Ca, Fe, Ag, Au 
və s. Onlar da s-, p-, d- və f-metallar olmaqla 4 əsas tipə bölünür və müxtəlif 
əlamətlərə görə təsnif olunur. 
Əsas yarımqruplarda qeyri-metalların sayı III qrupdan başlayaraq bir–bir 
artır (IIIA-da – 1, IVA-da – 2, VA-da – 3, VIA-da – 4, VIIA-da – 5, VIIIA-da – 
isə 6). 
Mühitdən asılı olaraq, bəzi kimyəvi elementlər amfoter (ikili) xassələr 
göstərdiyindən onlara amfoter elementlər də deyilir. Məsələn, Be, Zn, Al və s. 
amfoter xassəli elementlərdir. Hələlik elmə məlum olan 116 kimyəvi elementdən 
təbiətdə yalnız 89-una rast gəlinir, qalanları isə süni yolla alınır. Elementlər yer 
qabığında müxtəlif miqdarla yayılmışdır. Yer qabığında ən geniş yayılmış 
kimyəvi elementlər - oksigen (49,1 %), silisium (27 %), alüminium (7,59 %), 
dəmirdir (4,28 %) və s. 
Kimyəvi element və bəsit maddə anlayışlarını qarışdırmaq olmaz. Bəsit 
maddə - kimyəvi elementin sərbəst halda varlıq formasıdır. Məsələn, oksigen 
elementi (O) - sərbəst halda ya ikiatomlu oksigen – O
2
, ya da üçatomlu ozon – O
3
bəsit maddəsi şəklində mövcud ola bilir. Eyni bir elementin müxtəlif bəsit 
maddələr çəklində mövcud olması allotropiya (şəkildəyişmə), həmən bəsit 
maddələrə isə allotropik şəkildəyişmələr (modifikasiyalar) deyilir. Məsələn, 
oksigen və ozon 
bəsit maddələri oksigen 
elementinin allotropik 
şəkildəyişmələridir. Bəzi kimyəvi elementlər: O, S, P, C, Si və s. allotropik 
şəkildəyişmələr əmələ gətirir. 
Allotropik şəkildəyişmələr iki səbəbdən mövcud ola bilər: 
1) Molekulun tərkibinə daxil olan element atomlarının müxtəlif sayda 
olması səbəbindən. Məsələn, oksigen və ozon kimi. 


Kimya məktəbdə 
73
 
2) Kristal quruluşun müxtəlif formada olması səbəbindən. Məsələn, 
fosforun allotropik şəkildəyişmələrində (ağ, qırmızı və qara fosforda) olduğu 
kimi. Belə ki, ağ fosfor – P
4
molekul, qırmızı və qara fosfor isə müxtəlif formalı 
atom kristal quruluşuna malikdir. Bu tipə karbonun allotropik şəkildəyişmələrini 
də (almaz, qrafit, karbin, fülleren) misal olaraq göstərmək olar. Karbon – kimyəvi 
element, almaz, qrafit, karbin, fülleren isə müxtəlif kristal quruluşlu bəsit 
maddələrdir. 
Digər tərəfdən də kimyəvi element - atom və molekulu, bəsit maddə isə 
konkret olaraq maddəni xarakterizə edir. Bəsit maddə - sıxlığı, həllolma 
qabiliyyəti, ərimə və qaynama temperaturları və s. , kimyəvi element isə nüvəsinin 
müsbət yükü, sıra nömrəsi, oksidləşmə dərəcəsi, izotop tərkibi və s. ilə 
səciyyələnir. 
Canlı orqanizmin əsas tərkibi H, C, N, va O kimyəvi elementlərindən təşkil 
olunmuşdur. Bu elementlərə orqanogen (orqanizmi təşkil edən) elementler 
deyilir. Kosmosda ən çox yayılmış elementlər isə H və He-dur. 
Bəsit maddələr da oz növbəsində iki yerə ayrılır: 
a) Bəsit maddələr (onların sayı azdır, təxminın 400) – molekulları eyni növ 
atomlardan təşkil olunub. Məsələn, O
2
, O
3, 
H
2
, He, Fe, P, C, Na və s. Onlar 
çoxatomlu (H
2
, O
2, 
O
3
, N
2, 
F
2
, Cl
2
– qaz,
Br
2
– maye, J
2
, P
4
, S
8
– bərk) və 
biratomlu (yerdə qalan qeyri-metallar və bütün metallar) ola bilər. Biratomlu bəsit 
maddələr kimyəvi işarə, çoxatomlular isə kimyəvi formulla ifadə olunur. 
b) Mürəkkəb maddələr (onların sayı milyonlarladır) - molekulları müxtəlif 
növ atomlardan təşkil olunub. Məsələn, H
2
SO
4
, SO
3, 
H
2
S, H
2
O, CO
2
, HgO, FeCl
2

NaBr, CH
4
, C
2
H
4
O
2
və s. 
Mürəккəb mаddələr də öz mənşəyinə görə üzvi və qеyri-üzvi mаddələrə 
bölünür. Qеyri-üzvi mаddələrin əsаs sinifləri – окsid, əsаs, turşu və duzlаrdır. 
Üzvi mаddələr isə каrbоnun hidrоgеn və bəzi digər еlеmеntlərlə: О, N, 
hаlоgеnlər və s. əmələ gətirdiyi birləşmələrdir. Məsələn, CH
4
, CH
3
ОH, CH
3
NH
2

CH
3
Cl və s. 

Yüklə 454,21 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin