I məqalə M. M. Abbasov amea neft Kimya Prosesləri İnstitutu, p e. d N. A. Güncegörü



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə1/7
tarix31.01.2017
ölçüsü1,04 Mb.
#6789
  1   2   3   4   5   6   7

4(52)2015 

 

 





KİMYANIN İLKİN ANLAYIŞLARI ƏSASINDA NƏZƏRİ BİLİKLƏRİN 

MÖHKƏMLƏNDİRİLMƏSİNDƏ MƏSƏLƏ HƏLLİNİN ROLU  

(I məqalə) 

 

M.M.Abbasov 



AMEA Neft Kimya Prosesləri İnstitutu, p.e.d 

N.A.Güncegörü 

Bakı şəhəri, İstək liseyi 

A.V.Zülfüqarova 

Bakı Dövlət İqtisadiyyat kolleci

 

 

 

Kimyanın  nəzəri  məlumatı  ilə  məsələ  birlikdə  verildikdə, 



şagird,  abituriyent  və  ya  kimya  müəllimi  nəzəri  məlumatdan 

istifadə  edərək  məsələni  daha  tez  başa  düşür  və  həll  edir. 

Məqalənin  məqsədidə  nəzəri  biliyin  möhkəmləndirilməsində 

məsələ həlli üsullarının rolunu müəyyən etməkdir. 

 

Kimya  təbiət  elmlərindən  biri  olub,  bizi  əhatə  edən  aləmdə  daim  təmasda 



olduğumuz  maddi  varlıqları  öyrənir.  Təbiətdə  mövcud  olan  maddələrdən  başqa 

insanlar özləri çoxlu yeni maddələr: gübrələr, plastik kütlələr, sintetik kauçuklar, 

liflər,  dərman  maddələri  və  s.  almışlar.  Maddələrin  alınması  və  istehsalı 

proseslərinin  idarə  olunması  üçün  hesablama  məsələlərinin  həlli  üsullarını  və 

onların istehsal prosesinin nəzəri qanunauyğunluqlarını bilmək lazımdır.  

İnsanlar  öz yaşayışını daha da yaxşılaşdırmaq üçün mürəkkəb çevrilmələr, 

kimyəvi proseslər apararaq, təbiətdə olan maddələrdən daim yeni maddələr alırlar. 

Bütün  bu  proseslərin  öyrənilməsi  və  həyata  keçirilməsi  ilə  kimya  elmi  məşğul 

olur. Kimya – maddələr, onların tərkibi, quruluşu, alınma üsulları, xassələri, 

çevrilmələri və bu çevrilmələri müşaiyət edən hadisələr haqqında elmdir.  

Kimya elmi üç böyük hissəyə bölünür.  

1.

 

 Ümumi kimya – kimyanın əsas qanun və qanunauyğunluqlarını öyrənir. 



2.

 

Qeyri-üzvi  kimya  –  qeyri-üzvi  maddələrin  tərkibi,  quruluşu,  alınması 



üsullarını, onların fiziki və kimyəvi xassələrini, tətbiqini öyrənir.  

3.

 



Üzvi  kimya  –  üzvi  maddələrin  tərkibi,  quruluşu,  alınması  üsullarını, 

fiziki və kimyəvi xassələrini, tətbiqini öyrənir. 

Kimya,  digər  elmlərlə,  riyaziyyat,  fizika,  biologiya,  coğrafiya  və  s.  sıx 

bağlıdır.  

Kimyanın  ilkin  anlayışlarını  şagirdlərin  yaxşı  qavraması  üçün  kimyadan 


Kimya məktəbdə 

 



 

məsələ  həlli  üsullarının  tədrisi  çox  böyük  əhəmiyyətə  malikdir.  Kimya 

məsələlərini  həll  etmək  və  ya  onu  praktikada  tətbiq  etmək  üçün  aşağıdakı 

anlayışları bilmək lazımdır. 

Maddə materyanın bir növüdür. (Fizika kursundan bildiyimiz kimi, materya 

hiss üzvlərimizə təsir edərək duyğu əmələ gətirən obyektiv varlıqdır). 



Fiziki  cisimlər  nədən  ibarətdirsə  onlar  maddə  adlanır  və  ya  nisbi 

sükunət kütləsinə malik olan materya növünə maddə deyirlir. 

Maddələri  bir-birindən  fərqləndirən  və  onların  oxşarlığını  müəyyən  edən 

əlamətlərə  maddələrin  xassəsi  deyilir.  Maddələrin  iki  cür  xassəsi-fiziki  və 

kimyəvi xassələri ayrıd edilir.  

Maddələrin aqreqat halı, rəngi, iyi, dadı, suda həll olub- olmaması, sıxlığı, 

istiliyi və elektirik keçirmə qabiliyyəti, ərimə və qaynama temperaturu və s. onun 

fiziki xassələri adlanır.  

Maddələrin  kimyəvi  xassəsi  isə  onun  xarici  təsirlər  nəticəsində  başqa 

maddələrə  çevrilməsi,  yaxud  başqa  maddələrlə  qarşılıqlı  təsirdə  olması  ilə 

müəyyən edilir.  

Sabit fiziki xassələrə (sıxlığa, ərimə və qaynama temperaturuna və s.) malik 

olan maddələrə saf maddələr deyilir. Iki və daha artıq saf maddədən ibarət olan 

sistemlərə  qarışıqlar  deyilir.  Qarışıqların  fiziki  xassələri  sabit  deyil  və 

tərkibindən asılıdır. 

Qarışıqların tərkibi dəyişkən, kimyəvi birləşmələrin (saf maddələrin) tərkibi 

isə  sabit  olur.    Qarışıqların  tərkibinə  daxil  olan  maddələr  öz  fərdi  xassələrini 

saxlayır,  kimyəvi  birləşmə  əmələ  gəldikdə  isə  başqa  xassəli  yeni  maddə  alınır. 

Qarışıqları fiziki üsullarla tərkib hissələrinə ayırmaq olur, birləşmələri isə olmur.  

Qarışıqların (əsasən qaz qarışıqlarının) əmələ gəlməsi istiliyin ayrılması və 

ya  udulması  ilə  müşayiət  olunmur,  kimyəvi  birləşmələrin  alınması  zamanı  isə 

istilik ya udulur, ya da ayrılır. 

Əgər  qarışıqdakı  maddələrin  hissəcikləri  nə  gözlə,  nə  də  adi 

mikroskopla  görünmürsə,  o,  eynicinslidir.  Ayrı-ayrı  maddələrin  hissəcikləri 

gözlə, yaxud adi mikroskopla görünürsə, belə qarışıqlar müxtəlif cinslidir. 

Kimya  laboratoriyaları,  kimya  və  farmakologiya  sənayesi  (dərman 

maddələri  istehsal  edən  sahə)  üçün  çox  təmiz  maddələr  lazımdır.  Saf  maddə 

almaq  üçün  qarışıqların  ayrılması  üsullarını  bilmək  lazımdır.  Maddələrin 

təmizlənməsi - qarışıqların ayrılmasıdır. 

Eynicinsli qarışıqların ayrılması üsulları: 

a)

 



qaz-qaz  qarışığı  –  distillə  ilə  ayrılır.  Məsələn  havanı  mayeləşdirib 

fraksiyalı distillə etməklə  əvvəlcə azotu, sonra isə oksigeni alırlar. 

b)

 

qaz-maye  qarışığı  –  buxarlandırma  üsulu  ilə  ayrılır.  Məsələn  HCl,  HBr, 



HJ,  NH

3

,



 

CO

2



,

 

O



2

,

 



H

və  s.  kimi  qazların  suda  məhlulunu  qızdırdıqda  məhluldan 



4(52)2015 

 

 



qaz ayrılır.  

c)

 

maye-maye qarışığı – distillə üsulu ilə ayrılır. Məsələn etil spirtinin suda 



məhlulunu qızdırdıqda məhluldan ilk olaraq spirt ayrılır. 

Distillə  –  eynicinsli  qarışıqlardan  daha  uçucu  mayenin  buxarlanması  və 

sonra kondesləşməsi ilə ayrılması üsuludur.  

d)

 

bərk  maddə-maye  qarışığı  –  buxarlandırma  üsulu  ilə  ayrılır.  Məsələn, 



xörək duzu-su, şəkər-su, qələvi-su qarışığını qızdırdıqda maye-su buxarlanır, bərk 

maddə qalır.  

Daha  təmiz  bərk  maddə  almaq  üçün  suyu  tamamilə  buxarlandırmırlar, 

suyun tədricən (hissə-hissə) kənarlaşdırılması aparılır. Belə məhlulu soyutduqdan 

sonra duz kristalları məhluldan çökür, onu da mayeden süzməklə ayırırlar. Bu cür 

ayrılma üsuluna kristallaşdırma deyilir. 

Buxarın  mayeləşməsinə  kondesləşmə  deyilir.  Distillə  mayelərin  qaynama 

teperaturunun müxtəlifliyinə əsaslanır. 

e)

 

xromotoqrafiya üsulu ilə eynicinsli maye qarışıqlarını və qaz qarışıqlarını 



tərkib  hissələrinə  ayırmaq  olur.  Xromotoqrafiya  üsulu  maddələrin  adsorbsiya 

qabiliyyətinə  (bərk  maddə  olan  adsorbentin  səthində  udulması  qabiliyyətinə) 

əsaslanır.  

Müxtəlifcinsli qarışıqların ayrılması üsulları. 

a)

 



Mayenin  mayedə  müxtəlifcinsli  qarışığı  ayrıcı  qıfla  ayrılır.  Bu  ayrılma 

üsulu maddələrin sıxlıqlarının fərqlənməsinə əsaslanır. Məsələn:  yağ-su,  neft-su, 

neftin fraksiyaları (benzin, kerosin, qazoyl)-su. 

b)

 



Bərk  maddələrin  maye  ilə  müxtəlifcinsli  qarışığı  süzmə,  çökdürmə, 

filtirləmə,  durultma  üsulları  ilə  ayrılır.  Bu  üsullarda  maddələrin  sıxlıqlarının 

fərqinə  əsaslanır.  Süzgəc  kağızından  keçən  maye  filtirat  adlanır.  Süzgəc  (filtr) 

kağız, şüşə, məsaməli bərk maddələr və s.-dən hazırlana bilər.  



Atom-molekul təliminin əsas müddəaları: 

1.

 



Maddələr molekullardan və atomlardan təşkil olunur

2.

 



Molekullar arasında boşluqlar vardır ki, onlarında ölçüsü maddənin aqreqat 

halından və temperaturundan asılıdır; 

3.

 

Molekullar daim hərəkətdədir, molekulların hərəkət sürəti temperaturla düz 



mütənasibdir; 

4.

 



Molekullar arasında cazibə və itələmə qüvvələri vardır; 

5.

 



Molekullar  atomlardan  təşkil  olunur,  atomlarda  molekullar  kimi  daim 

hərəkətdədir.  

6.

 

Hər bir atom növü başqasından öz kütləsinə və xassəsinə görə fərqlənir; 



Kimya məktəbdə 

 



 

7.

 



Molekullar  fiziki  hadisələr  zamanı  dəyişməz  qalır,  lakin  kimyəvi 

çevrilmələrdə  parçalanır,  atomlar  isə  kimyəvi  çevrilmələr  zamanı  da 

parçalanmır; 

8.

 



Qeyri-molekulyar  quruluşlu  maddələrin  kristal  qəfəsinin  düyünlərində 

atomlar və ya başqa hissəciklər olur. 



Molekul  -  maddənin  kimyəvi  xassələrini  və  tərkibini  özündə  saxlayan  ən 

kiçik hissəcikdir. 



Atomlar - maddənin kimyəvi cəhətdən bölünməyən ən kiçik hissəciyidir. 

Atom  -  kimyəvi  elementin  bütün  xassələrini  özündə  saxlayan  ən  kiçik 

hissəcikdir. 

Molekullardan təşkil olunan maddələr molekulyar quruluşlu, atomlardan və 

ionlardan  təşkil  olunanlar  isə  şərti  olaraq  qeyri-molekulyar  quruluşlu  maddələr 

adlandırılır. 

Atom  nüvədən  və  elektronlardan  təşkil  olunmuşdur.  Atomun  nüvəsində 

yükü +1 olan proton və yüksüz neyron vardır. Proton və neyronun kütləsi təqribən 

hidrogen  atomunun  kütləsinə  (1,673∙10

-24 

q)  bərabərdir,  elektronlar  mənfi 



yüküldür, kütləsi protonun kütləsindən 1836 dəfə (1/1836) azdır. 

Proton 


p

1

1



,  neyron 



n

1

0



,  elektron 



e

 

kimi  işarə  olunur.  Atomun  kütləsi 



nüvəsindəki  proton  və  neytronların  sayları  cəminə  bərabərdir.  Buna  kütlə  ədədi 

(A) deyilir. 



n

p

A



Müsbət yüklü nüvədən və mənfi yüklü elektronlardan 

obarət olan elektroneytral hissəciyə atom deyilir. 

Neytral atomda: N (p) = N(e

-

): məsələn 



30

Zn

0



 N(p)= N(e

-

)=30 



Müsbət yüklü ionlarda: N(p)> N(e

-

): N(e



-

)= N(p)-yük. 

Mənfi yüklü ionlarda: N(p)< N(e

-

): N(e



-

)=N(p)+(yük). 

Atomların müəyyən növü kimyəvi element adlandırılır. 

Nüvəsinin  yükü  (yaxud  protonlarının  sayı)  eyni  olan  atomlar  növünə 



kimyəvi  element  deyilir.  Bir  çox  elementlərin  eyni  kimyəvi  xassələri  olan 

müxtəlif  kütləli  atomları  mövcuddur.  Onların  kütlələrinin  fərqli  olması 

neyronların  sayının müxtəlifliyi ilə əlaqədardır.  Çünki  atomun kütləsi 

n

p

A



 

düsturu ilə müəyyən edilir. 

Nüvəsnin  yükü  (protonların  sayı)  eyni  kütlələri  (proton  və  neytronlarının 

cəmi) müxtəlif olan eyni kimyəvi elementin atomları izotop adlanır.  

Nüvələrin yükü fərqli, atom kütlələri eyni olan müxtəlif element atomlarına 

izobarlar deyilir. 

Nüvələrinin  yükü  müxtəlif,  neytronlarının  sayı  eyni  olan  müxtəlif  element 

atomlarına izotonlar deyilir. 

 


4(52)2015 

 

 



İzotoplar:   

1

1

H        



2

1

H (



2

1

D)    



 

3

1



H (

3

1



T) 

   protium             deyterium              

   tritium 

                    1p; 1n                   1p; 1n                                 1p, 2n 

İzobarlar: 

40

18



Ar     

 

40



19

K         

 

40

20



Ca 

İzotonlar: 

23

11

Na       



24

12

Mg       



 

25

13



Al 

                  11p; 12n               12p; 12n               

 13p; 12n 

 

Hər hansı elementin atomunun həqiqi kütləsi çox kiçik ədəddir. 



m

a

(O) =26,7∙10



-24

q;  m


a

(N)=23,38∙10

-24

q;  m


a

(C)= 20,00∙10

-24

q

 



Atomların  kütləsinin  bu  cür  kiçik  rəqəmlərindən  hesablamalarda  istifadə 

etmək əlverişli olmadığından, nisbi atom kütləsi anlayışından istifadə edilir.  

Hazırda nisbi atom kütlələrini təyin etmək üçün ən əlverişli etalon kimi 

12



izotopunun kütləsinin 1/12 hissəsi qəbul edilmişdir. Bu etalona atom kütlə vahidi 

(a.k.v) deyilir.       

 

 a·k·v =  m



(

12



C)= 1,66· 10

-24 


q = 1,66·10

-27


 kq. 

 

Elementlərin nisbi atom kütləsi A



r

 

 



ilə işarə edilir.  

 

Kimyəvi  elementlərin  nisbi  atom  kütləsi  onun  təbii  izotoplarının  orta 

atom kütləsinin karbon atomu (

12

C) kütləsinin   - nə olan nisbətidir.      

 

)



(

12

1



)

(

12



C

m

El

m

A

a

a

r

 



 

Bu  düstura  əsasən  elementlərin  hesablanmış  nisbi  atom  kütlələri  dövri-

sistem cədvəlində verilmişdir. 

Elementlərin  təbii  izotoplarının  nisbi  atom  kütləsi  təbiətdə  yayılma  faizinə 

vurulur,  alınan  hasillərin  cəmi  100-ə  bölündükdə  elementlərin  orta  nisbi  atom 

kütləsi  alınır.  Məsələn,  xlorun 

35

Cl  izotopunun  təbiətdə  yayılması  75%, 



37

Cl 


izotopunun yayılması isə 25%-dir.  

Onda: A


r

(Cl)= 




Kimya məktəbdə 

 



 

 

Maddələrin təsnifatı:



 

 

1) Aqreqat halına görə (n.ş.-də) maddələrin təsnifatı 



 

Qaz halında olan maddələr 

Maye halında olan 

maddələr 

Bərk halda olan maddələr 

H

2, 



O

2,

 O



3

, F


2

, Cl


2, 

N

2, 



NH

3



CH

4

, C



2

H

2



, C

2

H



4

, C


2

H

6



, C

3

 



H

8

, CO, CO



2

, SO


2

, NO


2

N



2

HCl, HBr, HJ, HCHO, 



CH

3

NH



və s. 


Hg,  Br

2

,  H



2

O,  HNO


3

H



2

SO

4, 



CH

3

OH, 



C

2

H



5

OH, 


CH

3

COH, 



C

6

H



6, 

C

5



H

12, 


C

7

H



və s. 


Hg-dən 

başqa 


bütün 

metallar,  bütün  duzlar, 

Me

x

O



y

,  SO


3

  Me(OH)


n

,  Si, 


P

4

, C, B, SiO



2

, P


2

O

5, 



N

2

O



5

,

 



C

15

H



31

COOH, 


C

17

H



35

COOH,  C


6

H

5



OH  və 

s. 


 

2) Fiziki xassələrinə görə maddələr iki yerə bölünür 

 

a) saf maddələr 



b) qarışıqlar 

 

3) Mənşəyinə görə maddələrin təsnifatı 

 

Qeyri-üzvi maddələr 



Üzvi maddələr 

Bütün  metallar  və  qeyri-metallar, 

Me

x

O



y

, Me(OH)


n

, CS


2

, Al


4

C

3



, CaC

2

  



Qeyri-metalların  oksidləri,  qüvvətli 

turşular  və  onların  duzları,  C,  CO, 

CO

2, 


H

2

CO



3

 və onun bütün duzları. 

C

x

H



y

, C


x

H

y



O

z, 


C

x

H



y

N

z



, C

x

H



y

O

z



N

t  


və s. 

 

4) Tərkibinə görə maddələrin təsnifatı 

 

Eyni  növ  atomlardan  əmələ  gəlmiş 



maddələrə bəsit maddələr deyilir.

 

Müxtəlif  növ  atomlardan  əmələ  gəlmiş 



maddələrə mürəkkəb maddələr deyilir.

 

Metallar



 

Qeyri-metallar (əmələ 

gətirdikləri bəsit 

maddələr)

 

Oksidlər


 

Əsaslar


 

Turşular


 

Duzlar


 

Li,  Na,  K, 

Rb,  Cs,  Fr, 

Be,  Mg,  Ca, 

Sr,  Ba,  Al, 

Cu,  Zn,  Cr, 

Fe,  Hg,  Mn, 

Pb, Sn və s.

 

H

2



, N

2

,



 

O

2



,

 

O



3

, F


2

,

 



Cl

(n.ş.-də qaz) 



Br

(n.ş.-də maye) 



J

2

,  P



4

,  S


8

,  C,  B,  Si 

(n.ş.-də bərk) 

He, Ne, Ar, Kr, Xe, Rn 

(n.ş.-də qaz)

 

X



a

O

b



 

Me(OH)


n

 

H



x

A

 



Me

x

A



y

 

 



 

4(52)2015 

 

 



10 

Bəsit maddələr kimyəvi elementlərin sərbəst halda mövcudluq formasıdır. 

Mürəkkəb maddələrə kimyəvi birləşmələrdə deyilir.  

Eyni bir kimyəvi elementin bir neçə bəsit maddə əmələ gətirməsi hadisəsinə 

allotropiya,  əmələ  gəlmiş  bəsit  maddələrə  isə  həmin  elementin  allotropik 

şəkildəyişmələri  deyilir.  Ona  görədə  bəsit  maddələrin  sayı  (400-dən  çoxdur), 

kimyəvi elementlərin soyundan (110) çoxdur.  

 

 

Element 



Əmələ gətirdiyi bəsit maddələr 

(allotropik şəkil dəyişmələri) 

Elementin təbiətdə yayılma 

forması 


Sərbəst 

halda 


Birləşmə şəklində 

Almaz, qrafit, karbin, fülleren 





Kristallik, plastik 



O

2



(oksigen), O

3

(ozon) 



Si 



Kristallik, amorf 



Ağ(P


4

), qırmızı, qara 





N

2

 allotropik şəkildəyişməsi yoxdur 



 

 



Cl 


Cl

2

 allotropik şəkildəyişməsi yoxdur 



 

 



Au 


Allotropik şəkildəyişməsi yoxdur 



 

 

1.1 Kimyəvi formuların çıxarılması və onlar əsasında aparılan hesablamalar 

Maddə  tərkibinin  kimyəvi  işarələr  və  indekslər  vasitəsilə  şərti  yazılışına 

kimyəvi  formul  deyilir.  Elementin  işarəsinin  sağ  tərəfində  aşağıda  yazılan  və 

atomların sayını göstərən ədədə indeks deyilir. Molekulyar quruluşlu maddələrin  

(məsələn: H

2

, H



2

O, HNO


3

, H


2

SO

4



 və s) kimyəvi formulları onların keyfiyyətcə və 

kəmiyyətcə tərkibini göstərir. 

Maddələrin  daha  sadə  maddələrə  parçalanmasına  analiz,  daha  sadə 

maddələrdən mürəkkəb maddənin alınmasına isə sintez deyilir. 

Analizə misallar:   

 

Sintezə misallar: 



CaCO

3

 







t

 CaO+CO



  



H

2

+Cl



2

 







hv

  2HCl 


2NH

3

 







t

 N



+3H



2

     


 

2Ca+O


2

 







t

 2CaO 


 

Kimyəvi  formulları  tərtib  etmək  üçün  iki  şeyi  bilmək  əsas  şərtdir.  1-cisi 

elementlərin  kimyəvi  işarəsini;  2-cisi  elementin  və  ya  atomlar  qrupunun 


Kimya məktəbdə 

 

11 



 

birləşmədəki  göstərə  biləcəyi  valentliyini.  Elementlərin  işarələri  dövri-  sistem 

cədvəlində verilmişdir.  

Kimyəvi  element  atomlarının  özünə  müəyyən  sayda  başqa  element 

atomlarını birləşdirmək qabiliyyətinə valentlik deyilir.  

Başqa  sözlə  valentlik  elementin  birləşmədə  əmələ  gətirə  biləcəyi 



kovalent rabitələrin sayıdır.  

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



*Oksigen yalnız CO və H

3

O



+

-də III valentlidir.     

**Karbon yalnız CO-da III valentlidir. 

 

İonlar 



I valentli 

II valentli 

III valentli 

Cl

-



,  Br

-

,  J



-

,  F


-

,  PO


3

-



NO

3

-



NO

2



-

,  HCO


3

-

,  HSO



4

-



H

2

PO



4

-

,  OH



-

,  H


2

PO

3



-

,  H


2

PO

2



-

MnO



4

-

 



CO

3

2-



,  S

2-

,  O



2-

SO



3

2-



SO

4

2-



CrO


4

2-



MnO

4

2-



, HPO

4

2-



, HPO

3

2- 



N

3-

, P



3-

, B


3-

PO



4

3-

, BO



3

3- 


 

Kimyəvi elementlərin valentliyini bilməklə onların əmələ gətirdiyi binar (iki 

elementli)  birləşmənin  formulunu  asanlıqla  tərtib  etmək  olar.  Bunun  üçün 

elementlərin  işarələrini  yazıb,  üstündə  valentliklərini  göstərirlər.  Sonra  həmin 

valentliyi  göstərən  ədədlərin  ən  kiçik  ortaq  bölünəni  (ƏKOB)  müəyyənləşdirib, 

onun valentliklərin hər birinə bölərək indeksləri tapırlar.  



Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin