Maili və horizontal quyuları qazdıqda aşağıdakılara nəza-
rət olunmalıdır:
- quyu lüləsinin azimutu və zenit (əyilmə) bucağı;
- quyu lüləsinin fəzada yerləşməsi;
- qazılan və əvvəl qazılmış qonşu quyu lülələrinin
qarşılıqlı yerləşməsi.
Nəzarətin müntəzəmliyi
layihə ilə və ya təşkilat
tərəfindən qoyulur.
3.5.3. Quyu-lay sistemindəki diferensial təzyiqin
tənzimlənməsi ilə qazma işlərinin aparılması,
horizontal və
maili quyuların, həmçinin qrup halında (küt quyuların)
qazılması bu Qaydaların və müvafiq normativ sənədlərin
əsasında işlənmiş layihəyə uyğun həyata keçirilməlidir.
3.5.4. Buruq rəisi
və ya usta qazma idarəsinin
rəhbərliyinə buruqda aparılan işlər haqqında sutkalıq raport
təqdim edir. Sutkalıq raporta
qeydedici nəzarət-ölçü cihaz
diaqramları əlavə olunur.
3.5.5. Növbələrin dəyişdirilməsinin təşkili və qaydası, iş
yerində təhlükəsizlik üzrə təlimatlandırmanın müntəzəmliyi və
qeydə alınması idarə üzrə qəbul edilmiş qaydada aparılır.
222