Азярбайъан республикасы



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə72/196
tarix06.10.2023
ölçüsü1,37 Mb.
#152598
növüQaydalar
1   ...   68   69   70   71   72   73   74   75   ...   196
Neftqazçıxatma Sənayesində Təhlükəsizlik qaydaları

Qazma nasosları
3.3.26. Qazma nasoslarında təsirsiz qazlarla (azotla) dol-
durulmuş təzyiq kompensatorları qoyulmalı və onlarda
yaranan təzyiqə nəzarət təmin edilməlidir.
3.3.27. Qazma nasosları özülə və ya nasos blokunun
əsasına möhkəm bərkidilir, vurucu kəmər isə blokun əsasına
və aralıq birləşmələrə bərkidilir. Vurucu boruların döngələri
səlis olmalıdır. Döngələr düzbucaqlı şəklində olanda, əks-
zərbə elementləri ilə təchiz olunmalıdır.
3.3.28. Nasos bloku, tezyeyilən detal və qovşaqları
dəyişmək üçün, rahatlığı və təhlükəsizliyi təmin edən
yükqaldırma mexanizm və tərtibatlarla (Q=0,5

1,0 ton) təchiz
olunmalıdır. Çəkisi 300 N (30 kqq) artıq olan tezyeyilən
(sıradan çıxan) detalları qaldırmaq üçün yükqaldırma
mexanizmlərindən (tal və s.) istifadə olunmalıdır.
3.3.29. Qazma nasoslarının vurucu boru kəmərləri,
onların detalları və armaturu zavodda yığıldıqdan sonra,
həmçinin qaynaq tətbiq edilərək təmirdən sonra sınaq (proba)
təzyiqlə sınanmalıdır, qalan hallarda sınanma təzyiqinin
213


qiyməti işçi təzyiqin möhkəmlik ehtiyat əmsalı hasilinə bərabər
olmalıdır.
Təzyiq altında sınağın müddəti 5 dəqiqədən az olmama-
lıdır.
Işçi təzyiq və tələb olunan ehtiyat möhkəmlik əmsalı
cədvəl 4-də verilir:
Cədvəl
4
Işçi təzyiq kqq/sm
2
(MPa)

200
(20)
200-560
(20-56)
560-650
(56-65)

650
(65)
Ehtiyat möhkəmlik əmsalı
1,5
1,4
1,3
1,25
Qazma nasosu vasitəsilə manifold xəttinin sınağı qa-
dağandır.
Qazma nasosunun vurucu xəttinin sınağı
aktlaşdırılmalıdır (Əlavə 8).
3.3.30. Qazma nasosunun, təzyiq işçi təzyiqdən (silindr
içliyinin müvafiq diametrinə nəzərdə tutulmuş) 10-15% artıq
olduqda, işə düşən qoruyucu tərtibatı olmalıdır.
3.3.31. Qazma nasos manifoldunun yığımı (obvəzka)
aşağıdakıları təmin etməlidir:
- quyunu yumaqla eyni vaxtda qazma məhlulunun hazır-
lanması, emalı və ağırlaşdırılması mümkünlüyünü;
- mayenin tamamilə boşaldılması və vurucu boru kəməri-
nin sıxılmış hava ilə üfürülməsini.
3.3.32. Nasosların vurucu kəmərində qazma nasoslarının
yükləməsiz, aramla iş pejiminə çıxarmağa imkan verən
(təzyiqə nəzarət etməklə) məsafədən idarə olunan işəsalma
siyirtməsi quraşdırılmalıdır. Işəsalma siyirtməsinin çıxışı düz və
axın tərəfə maili olmaqla etibarlı bərkidilməlidir.
214



Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin