təbii mühit obyektlərinə təhlükəsiz tullanması, işlənmiş qazma
məhlulunun və şlamın yerə basdırılması vaxtı ətraf mühitə
mənfi təsirin neytrallaşdırılması üzrə texniki vasitələrin
siyahısı;
k) quyunun tikilməsi üçün geoloji-texniki tapşırıq;
q) qazma qurğusu üçün binövrənin tip və ölçüləri;
l) işçilərin FMV-ləri. Aqressiv flüidli məhsuldar horizontları
açdıqda hava mühitinə nəzarət etmək üçün cihazlar da daxil
olmaqla nəzarət-ölçü cihazları;
m) qazma məhlulunun ehtiyat həcmi;
n) qazneftsu təzahürlərinin qarşısının alınması və ilkin tə-
zahürün aşkar edilməsi üzrə tədbirlər;
o) kiçik mexanizasiya, yanğın əleyhinə inventarla komp-
lektləşdirmə;
ö) qoruyucu kəmərlərin qalıq möhkəmliyinin qiymətləndi-
rilməsi metodları.
3.2.4. Layihədə dəyişiklik və kənarlaşmaya, ona əlavə et-
məyə layihənin sifarişçisi və layihəçisi arasında razılığa əsasən,
qəbul olunmuş müvafiq qaydada icazə verilir. Qəza hallarında
bu istisna olunur və bu vaxt qazma idarəsinin rəhbərliyi layi-
hədən kənara çıxmaq haqqında qərar qəbul edir, sifarişçini və
layihə təşkilatını sonradan xəbərdar edir. Qəbul edilən
dəyişikliklər heç bir halda obyektin möhkəmliyini və işlərin
təhlükəsizlik dərəcəsini azaltmamalıdır.
3.2.5. Layihələri həyata keçirmək üçün nəzarəti sifarişçi
həyata keçirir, ehtiyac olduqda o, layihə təşkilatını cəlb edə
bilər.
Dostları ilə paylaş: