Азярбайъан республикасы


BÖLMƏ 3  NEFT VƏ QAZ QUYULARININ TIKILMƏSI



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə69/196
tarix06.10.2023
ölçüsü1,37 Mb.
#152598
növüQaydalar
1   ...   65   66   67   68   69   70   71   72   ...   196
Neftqazçıxatma Sənayesində Təhlükəsizlik qaydaları

BÖLMƏ 3
 NEFT VƏ QAZ QUYULARININ TIKILMƏSI
3.1. Ümumi tələblər
3.1.1. Quyuların tikilməsində əsas sənəd, bu Qaydaların tə-
ləblərinə uyğun işlənilmiş layihədir. Quyunun tikilməsinə ancaq
müvafiq qaydada təsdiq olunmuş layihə olduqda başlamaq olar.
3.1.2. Geoloji-texniki şərtləri eyni olan sahə və yataqlar-
da, layihə dərinlikləri fərqi 400 m-dən çox olmadıqda
quyuların oxşar sahələrdə fəaliyyətdə olan işçi layihələrə
əsaslanaraq tikilməsinə icazə verilir.
3.1.3. Kateqoriyasından asılı olmayaraq bütün quyular
elektrik ötürücü xətlərinin, magistral neft-qaz kəmərlərinin,
suburaxıcı və digər sənaye və mülki obyektlərin mühafizə
zonasından kənarda tikilməlidir.
3.1.4. Xarici standartlara uyğun yerinə yetirilmiş xarici
texnika və texnologiya bu Qaydaların və Azərbaycan Respub-
likasında qüvvədə olan standartların tələblərinə uyğun
olduqda quyuların tikilməsində istifadə oluna bilər.
3.1.5. Quyunun tikilməsi işləri aşağıdakı şərtlər yerinə
yetirildikdə başlana bilər:
- müəyyən olunmuş qaydada işlənmiş və təsdiq olunmuş
layihə-smeta sənədləri olduqda;
- təşkilatın material-texniki təchizat bazaları və istehsalat
xidmətlərinin yerləşmə yerləri ilə əlaqəni il boyu təmin edən
nəqliyyat magistralları və yolları olduqda;
- buruq avadanlığının nəql edilməsi trassasının, həmçinin
həmin trassanın elektrik ötürücü xətləri, dəmir yolları,
magistral boru kəmərləri və s. ilə kəsişmə yerlərinin müvafiq
razılaşdırılması olduqda;
205


- işlərin aparılması üçün podratçılarla (subpodratçılarla),
fontan əleyhinə təhlükəsizlik xidməti ilə müqavilələr bağlan-
dıqda.
3.1.6. Qazma briqadasının gücü ilə xüsusi işləri yerinə
yetirdikdə (qazma qurğusunun köçürülməsi, mobil qazma qur-
ğularının quraşdırılması, daha mürəkkəb təmir işləri və s.)
briqadanın fəhlələri əlavə öyrədilməli, əsas və əvəzçi peşələr
üzrə sərbəst işləmək üçün buraxılış almalıdırlar.

Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin