2.12.23. Qaldırılan avadanlıq və materiallar gəminin
şaquli yırğalanmasının maksimal amplitudasından artıq
hündürlüyə qaldırılmalı və göyərtədən dənizə tərəf
verilməlidir.
2.12.24. Bütün ilməklər, tutucu qurğular sınaqdan
keçirilməli, onların pasport birkası olmalı və qüvvədə olan
normalara uyğunluğu müntəzəm olaraq yoxlanılmalıdır.
2.12.25. Qaldırılan avadanlıq ağırlıq mərkəzindən ilmək-
lənməlidir. Ilməklənmənin düzgünlüyü 0,2-0,3 m-dən artıq ol-
mayan hündürlüyə sınaq qaldırılması ilə yoxlanılmalıdır.
Ilməklərin vəziyyətlərini düzəltmək lazım gələrsə,
avadanlıq gəminin göyərtəsinə endirilməli və yalnız bundan
sonra nasazlıq aradan qaldırmalıdır.
2.12.26. Ilməkləri bağlanan avadanlığın iti uclarına toxu-
nub kəskin əyilmə və sürtülmədən qorumaq üçün araqatı
tətbiq etmək lazımdır.
2.12.27. Avadanlığın qurulacağı yerdə, qabaqcadan
möhkəm araqatları düzmək lazımdır ki, zəncirli bağlama
kanatlarını avadanlığın altından sərbəst və təhlükəsiz çıxarmaq
mümkün olsun.
2.12.28. Avadanlıq endirilən zaman onun vəziyyətini
yalnız ona bağlanmış ip (kəndir) vasitəsi ilə nizama salmaq
lazımdır.
2.12.29. Avadanlıqların təmiri müvafiq normativ
sənədlərin tələblərinə uyğun aparılmalıdır.
Dostları ilə paylaş: