2.10.15. Güc kabellərinin DNQT-nin taxta konstruksiyala-
rı üzərində çəkmək qadağandır. Güc kabelləri layihəyə uyğun
olaraq yanmayan materiallardan olan (metal, asbosement,
beton və s.) novlarda (navalçalarda) çəkilməlidir.
2.10.16. Kabel kütləsini qızdırmağa və lehim
lampasından istifadə etməyə yanğın – partlayış
təhlükəsi
olmayan yerlərdə icazə verilir.
2.10.17. Muftanı doldurmaq üçün kabel kütləsi xüsusi
metal tutumun içərisində qızdırılmalıdır (əridilməlidir). Ərinmiş
kütləni qarışdırmaq üçün dəstəyi istilik keçirməyən
materialdan olan metal qarışdırıcıdan istifadə edilməlidir.
2.10.18. Əridilmiş kütlə olan qabı əldən – ələ vermək ol-
maz,
bunun üçün onu, DNQT-nin döşəməsinə (göyərtəyə)
qoyub sonra götürmək lazımdır.
2.10.19. Kabel kütləsi olan açılmamış qabları (banka) qız-
dırmaq qadağandır. Muftaları və qıfları kabel kütləsi ilə doldu-
rarkən brezent əlcəkdən və qoruyucu eynəkdən, epoksid
kompaund tətbiq olunduqda isə
əlavə olaraq respiratordan
istifadə edilməlidir.
2.10.20. Qızdırılmış (əridilmiş) kabel kütləsi damcılarının
(sıçrantılarının) sıçrayaraq işçiləri yandırmaması üçün, onun
içərisinə suyun düşməməsinə qarşı lazımi tədbirlər
görülməlidir.
D. Sualtı elektrik və rabitə kabel xətləri
2.10.21. Kabelin sınağı aparılarkən qeyri standart birləş-
dirici naqillərdən istifadə etmək və sınağı keçirilən kabeli
xüsusi birləşdirici
qutuya qoşmadan, birbaşa kabel gəmisinin
elektrik laboratoriyasının aparatlarına qoşmaq qadağandır.
196
2.10.22. Kabel gəmisi ilə («kirjimlə») kabelin çəkilməsinə
və qaldırılmasına gəminin sürəti 7-8 km/saat (4-5 dəniz mili)
və dənizin dalğalanması 4 bala qədər olduqda yol verilir.
Dənizin dalğalanması 3 bal və daha çox olduqda və onun
sonradan artacağı proqnozu verildikdə kabelin çəkilməsinə
başlamaq qadağandır.
2.10.23. «Kirjim»də işlər yerinə
yetirilərkən işçilər dəbil-
qədən və xilasetmə jiletindən istifadə etməlidirlər.
2.10.24. «Kirjim»də iş görülən vaxt işçi zonada xilasedici
dalğıc və yaxınlıqda növbətçi gəmi olmalıdır.
2.10.25. «Kirjim»lə sualtı kabel çəkilərkən aşağıdakılara
əməl olunmalıdır:
a) kabel dolaqdan (barabandan) göyərtəyə verilərkən və
suya buraxılarkən işçilər kabelin bir tərəfində dayanmalıdırlar;
b) kabel dolaqdan birbaşa suya buraxıldıqda, dolaq
(baraban) möhkəm bərkidilmiş və əsas və qəza əyləci
(tormoz) ilə təmin olunmuş dayaq («kozel») üzərində
quraşdırılmalıdır.
2.10.26. «Kirjim»ə və gəmiyə adamların minməsinə və
düşməsinə dənizdə dalğalanma 3
baldan və küləyin sürəti
10m/san çox olmadıqda icazə verilir.
2.10.27. Briqada ən azı 4 ədəd radiotelefonla (3 işçi, 1
ehtiyat) təmin olunmalıdır.
2.10.28. Kabelin çəkildiyi bütün müddət ərzində «kirjim»lə
(kabel gəmisi ilə) xüsusi ixtisaslaşdırılmış köməkçi gəmilər,
DNQT-lər və sahil arasında etibarlı radiorabitə təmin olunmalıdır.
2.10.29. Dalğıclar kabelə baxış keçirərkən, təmir edərkən
və ya təmirdən sonra onu düzərkən həmin kabelə təsadüfən
gərginliyin verilməsi istisna olunmalıdır.
2.10.30. Məsafədən idarə olunan qidalandırma
qurğusunun qoşulması və açılması və kabelə gərginliyin
verilməsi işə rəhbərlik edən
şəxsin icazəsi ilə yerinə
yetirilməlidir.
197
2.10.31. Kabelə gərginliyin məsafədən verilməsi, kabelin
sahildəki ucunun yerləbirləşdirilməsinin və onun
birləşmələrinin etibarlı olması yoxlanıldıqdan sonra yerinə
yetirilməlidir.
Dostları ilə paylaş: