2.9.21. Boru kəmərini sınaqdan keçirmək üçün bu işlərin
aparılması ardıcıllığını və təhlükəsizlik tədbirlərini nəzərə alan
təlimat olmalıdır. Təlimatı sifarişçi ilə birgə tikinti təşkilatı
tərtib etməlidir. Boru kəmərinin təzyiq altında yoxlanılması
üçün lazım olan avadanlığın vaxtında verilməsi və ondan
düzgün istifadəsi üçün sifarişçi məsuliyyət daşıyır.
2.9.22. Boru kəməri, tikinti idarəsi tərəfindən təyin
edilmiş cavabdeh şəxsin rəhbərliyi altında və sifarişçinin
iştirakı ilə sınaqdan çıxarılmalıdır.
2.9.23. Estakadada dayaqlar üzərinə layihəyə uyğun
qoyulmamış qaz kəmərlərinin sınağı qadağandır.
2.9.24. Sualtı qaz-neft kəmərlərinin sınağının keçirilmə
rayonu və vaxtı, Istehsalat Birliyinin (yuxarı təşkilatın)
dispetçer xidmətinə və gəmilərə xəbərdarlıq edilməsi üçün
Xəzər Dövlət Gəmiçilik və Xəzərdənizneftdonanma Idarələrinin
hidroqrafik xidmətlərinə əvvəlcədən çatdırılmalıdır.
2.9.25. Layihədə nəzərdə tutulmuş işlər, o cümlədən
elektrokimyəvi mühafizə, texnoloji əlaqələr, avtomatika və
telemexanika nəzarət qurğuları qurulduqdan sonra boru
kəməri istismara qəbul edilməlidir.
2.9.26. Sualtı neft kəməri çəkildikdən və sınaqdan çıxa-
rıldıqdan sonra, kəmərə bütün tras boyu baxış keçirilməlidir.
Dostları ilə paylaş: