D. Estakada tipli qurğuların tikintisi
2.8.69. Estakada tikilən sahənin yaxınlığında (ətrafında)
naviqasiya avadanlığı vasitələri (siqnal üzgəci, çəlləklər və s.)
qoyulmalıdır.
2.8.70. Estakadanın, ona birləşən EYM ilə asfalt örtüklü
dəmir-beton döşəməsi olmalıdır.
181
2.8.71. Estakadanın döşəməsi və məhəccərli çəpəri esta-
kadanı tikən mexanizmlər (estakada tikən kran) irəlilədikcə
onun ardınca qurulmalıdır. Estakadanın tikilib qurtarmış hissəsi
ilə kran arasındakı məsafə 75m-dən çox olmamalıdır.
Göstərilən sahədə müvəqqəti döşəmə düzülməli və
çəpərlənməlidir. Çəpəri olmayan element və konstruksiyaların
üzəri ilə quraşdırıcıların keçməsinə icazə verilmir.
2.8.72. Estakadanın işlək hissəsi hər iki tərəfdən maşın
və mexanizmlərin təkərlərini dəf etmək üçün hündürlüyü
0,18m-dən az olmayan tirlərlə (bordör) çəpərlənməlidir.
Estakadanın işlək hissəsinin eni tirlərin kənarlarından
hesablanmaqla 3,4m-dən (əsaslı təmir olunan estakadada
3,2m), piyada səkilərinin eni 0,75m-dən az olmamalıdır.
2.8.73. Xilasetmə dairələrini qoymaq üçün estakada trası
boyu hər 50m-dən bir yerlər nəzərdə tutulmalıdır. EYM-də xi-
lasetmə dairələri EYM-in çəpəri (perimetri) boyu hər 20m-dən
bir qoyulmalıdır.
2.8.74. EYM-də işçilərin istirahəti və qızınması üçün nə-
zərdə tutulmuş otaqlar, vışkanın yaxın qoşa ayaqlarından
onun hündürlüyündən az olmayan məsafədə yerləşdirilməlidir.
2.8.75. Estakada tikən kranın və kopyorun meydançaları-
nın döşəməsi bütöv olmalı və taxtadan düzəldilməlidir.
Döşəmə 130kq-dan az olmayan yükə hesablanmalıdır.
2.8.76. Işçi vəziyyətində olmayan dirəkvuran avadanlığın
yıxılmaması üçün onlar etibarlı bərkidilməlidir.
2.8.77. Dirəkləri sürgüyə (rigel) qoyanda dirəkvuran ava-
danlığın altında durmaq qadağandır.
2.8.78. Dirəkvuran avadanlıq dayandırıldıqdan sonra
dirəyin vurulma dərinliyini ölçmək olar.
2.8.79. Hazırlıq işləri görüldükdən sonra xüsusi tərtibat-
ların köməyi ilə çəp dirəklər vurulmalıdır.
182
|