Азярбайъан республикасы


D. 2.11. Tikinti maşın və mexanizmlərinin istismarı



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə66/196
tarix06.10.2023
ölçüsü1,37 Mb.
#152598
növüQaydalar
1   ...   62   63   64   65   66   67   68   69   ...   196
Neftqazçıxatma Sənayesində Təhlükəsizlik qaydaları

D. 2.11. Tikinti maşın və mexanizmlərinin istismarı
2.11.1. Əgər kopyorun işlədilməsi şərti onun istismar tə-
limatında göstərilməyibsə, küləyin sürəti 8m/san-dən çox
olduğu zaman kopyor vasitəsi ilə dirəklərin (svay) vurulması
qadağandır.
2.11.2. Tikinti maşını (kran) üçün sürəti buraxıla bilən
həddən artıq olan güclü külək olduqda və yaxud tufan
yaxınlaşarsa, maşının (kranın) işi dayandırılmalı, onun
dayanıqlı və tərpənməz vəziyyətini təmin edən tədbirlər
görülməlidir.
2.11.3. Yükqaldırıcı mexanizmlərlə yüklərin yeri dəyişdi-
rildikdə yükləri bərkitmək üçün işin rəhbəri tərəfindən
ilməkçilər təyin edilməlidir. Iki və daha artıq ilməkçilər olduqda
onlardan biri rəhbər təyin edilməlidir.
2.11.4. Kopyorun dirəkdən dirəyə yerini dəyişməsi, eləcə
də dirəklərin, boruların və digər avadanlıqların daşınması
dartıcı diyircəklə yerinə yetirilməlidir. Dirəkləri, boruları və
digər yükləri kopyorun başlığı üzərindən aşırılmış buraz
vasitəsi ilə daşımaq (çəkib gətirmək) qadağandır.
2.11.5. Kopyorun köməyi ilə yükləmə-boşaltma işlərini
görmək qadağandır.
198


2.12. Dəniz şəraitində yükqaldırma qurğularının
(vışkaların, dorların, eklipslərin), qazma və istismar
avadanlıqlarının quraşdırılması, sökülməsi, nəqli və
təmiri
2.12.1. Dəniz şəraitində yükqaldırma qurğularının (vışka-
ların, dorların, eklipslərin), qazma və istismar avadanlıqlarının
quraşdırılması, sökülməsi və təmiri 

307

-nin tələblərinə uyğun
olaraq yerinə yetirilməlidir.
2.12.2. Bütün vışkaquraşdırma işləri təsdiq olunmuş
layihəyə əsasən aparılmalıdır.
2.12.3. Təsdiq olunmuş layihəyə uyğun olaraq bütün
vışkaquraşdırma işlərinin aparılması planı tərtib olunmalıdır.
2.12.4. Işlərin aparılma planına texniki həll, işlərin təhlü-
kəsiz aparılmasının təşkilati tədbirləri və işçilərə sanitar-gigiye-
nik xidmətlər daxil edilməlidir.
Bundan başqa planda cavabdeh şəxslərin (sex rəisi, bri-
qadir və ya iş icraçısı) vəzifə borcları əks olunmalıdır.
2.12.5. Təsdiq olunmuş layihəyə və iş planına uyğun
olaraq bütün vışkaquraşdırma işləri cavabdeh şəxsin rəhbərliyi
altında aparılmalıdır.
Xüsusi təhlükəli işlərə başlamazdan əvvəl işçilərlə əlavə
təlimatlandırma aparılmalı və jurnalda müvafiq qeydlər
edilməlidir.
2.12.6. Vışkaquraşdırıcılar briqadası işləyən sahədə
başqa struktur bölmə işçilərinin işləməsi qadağandır.
2.12.7. Quraşdırma (sökülmə) işləri aparılan yerlərdə hər
bir işləyən üçün fərdi xilasedici kəmər, kəndir bağlanmış 2-3
xilasetmə dairəsi (kəndirin uzunluğu özülün hündürlüyündən
asılı olaraq müəyyən edilməlidir) nəzərdə tutulmalıdır.
2.12.8. Vışkaların yığılması, sökülməsi və dartılıb gətiril-
məsi zamanı DNQT-yə bütün növdən olan üzən vasitələrin yan
alması qadağandır.
199


2.12.9. Qazma avadanlıqlarının quraşdırılması
(sökülməsi), habelə vışkaların yığılması (sökülməsi) və dartılıb
gətirilməsi zamanı DNQT-nin yaxınlığında növbətçi kater
olmalıdır.

Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin