D. Qazma vışkası və vışkaaltı postamentlərin
avadanlıqlarının bir quyu ağzından digər quyu üzərinə
çəkilməsi və quraşdırılması
202
2.12.30. Küt quyuları olan meydançada qazma vışkası və
vışkaaltı postamentlərin avadanlıqlarının bir quyu ağzından
digər quyu üzərinə çəkilməsi və quraşdırılması
299
-un tələb-
lərinə uyğun olaraq yerinə yetirilməlidir.
2.12.31. Qazma vışkası və vışkaaltı postamenlərin
avadanlıqlarının bir quyu ağzından digər quyu üzərinə
çəkilməsi və quraşdırılması işləri, hazırlıq görüldükdən və ən
azı iki günlük mülayim hava olacağı barədə (küləyin sürəti 11
m/san qədər olmaqla) məlumat alındıqdan sonra aparılmalıdır.
2.12.32. Qazma vışkası və vışkaaltı postamentlərin
avadanlıqlarının bir quyu ağzından digər quyu üzərinə
çəkilməsi və quraşdırılması işləri aparılarkən, o biri quyularda
aparılan bütün işlər həmin müddətdə dayandırılmalı,
dayandırılması mümkün olmayan sahələr əlavə təhlükəsizlik
tədbirləri ilə təmin olunmalıdır.
2.12.33. Vışkaaltı postamentin çəkilməsi üsulundan asılı
olaraq meydançada texnoloji avadanlıq, tikililər və kommuni-
kasiyaların sökülmə və quraşdırılma ardıcıllığı təsdiq olunmuş
iş planı və layihə əsasında aparılmalıdır.
2.12.34. Işə başlamazdan əvvəl iş yerinin vəziyyəti,
habelə nəzərdə tutulmuş iş üçün müəyyən edilmiş avadanlıq,
alət, tərtibat, qurğu və çəpərlərin sazlığı yoxlanılmalıdır. Əgər
nasazlıqlar aşkar edilərsə, onların aradan qaldırılması üçün
tədbirlər görülməlidir.
2.12.35. Qazma vışkası və vışkaaltı postamentlərin ava-
danlıqlarının bir quyu ağzından digər quyu üzərinə çəkilməsi
və quraşdırılması işləri yerinə yetirilərkən o biri istismar
quyularının quyuağzı avadanlığı hər hansı mexaniki zərbədən
qorunmaq üçün metal konstruksiyalarla mühafizə olunmalı,
bütün açıq yerlər, o cümlədən rotoraltı deşiklər örtülməlidir.
203
2.12.36. Vışka bucurqad-kanat sistemindən istifadə edil-
məklə çəkiləcəksə, “Dənizneftqazlayihə” DETLI tərəfindən iş-
lənilmiş layihədəki sxemlər əsasında hərəkət mexanizmlərinə
daxil olan bucurqadların, polispastların, dayaqların texniki
vəziyyəti yoxlanılmalı və quraşdırılmalıdır.
2.12.37. Vışka hidravlik sistemlə çəkiləcəksə,
“Dənizneftqazlayihə” DETLI tərəfindən işlənilmiş layihəyə əsa-
sən hərəkət mexanizmlərinə daxil olan nasos stansiyalarının,
plunjerli hidravlik silindrlərin (hidravlik domkrat) boru birləş-
mələrinin, aralıq dirəklərinin vəziyyəti yoxlanılmalı və quraş-
dırılmalıdır.
204
|