Азярбайъан республикасы


D. 1.25. Heyətin daşınması və təxliyəsi



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə36/196
tarix06.10.2023
ölçüsü1,37 Mb.
#152598
növüQaydalar
1   ...   32   33   34   35   36   37   38   39   ...   196
Neftqazçıxatma Sənayesində Təhlükəsizlik qaydaları

D. 1.25. Heyətin daşınması və təxliyəsi
1.25.1. Heyətin daşınması
1.25.1.1. Heyətin (işçilərin) DNQT-yə daşınması vertol-
yotlar, sərnişin gəmiləri və avtomobil nəqliyyatı ilə [293]–ə
uyğun yerinə yetirilir.
1.25.1.2. Əgər DNQT-də (ÜQQ, DDÖ) uçuş-enmə vertol-
yot meydançası nəzərdə tutulmuşdursa, onda onun
avadanlıqları [279] tələblərinə uyğun olmalıdır. 
1.25.1.3. Heyətin DNQT-dən (ÜQQ, DDÖ, EYM) vertol-
yotla və ya sərnişin gəmisi ilə yola salınması müəssisənin,
ÜQQ-nin (DDÖ) rəisi tərəfindən təsdiq edilmiş siyahı üzrə və
cavabdeh şəxsin nəzarəti altında aparılmalıdır.
Heyətin vertolyotla daşınması
104


1.25.1.4. Işçilərin xüsusi olaraq sərnişinlərin daşınması
üçün təchiz olunmuş vertolyotlarda daşınmasına icazə verilir.
Daşınan sərnişinlərin sayı oturacaq yerlərinin sayından artıq
olmamalıdır.
1.25.1.5. Sərnişinlər vertolyotda olan xilasetmə vasitələri
və onlardan istifadə qaydaları haqqında qabaqcadan
məlumatlandırılmalı, habelə qəza çıxışları və onlardan istifadə
qaydaları ilə tanış edilməlidirlər.
1.25.1.6. Uçuş meydançasında mühərrik işə salınan
andan enmə məntəqəsində (pərlər) tam dayanana qədər
uçuşda iştirak edən şəxslər vertolyotun komandirinə tabe
olmalı və onun bütün göstərişlərini qeyd-şərtsiz yerinə
yetirməlidirlər.
1.25.1.7. Uçuş vaxtı sərnişinlər təhlükəsizlik kəmərlərini
bağlamalıdırlar.
Uçuş vaxtı siqaret çəkmək, yerindən durmaq, giriş
qapısını bağlayan mexanizmlərə yaxınlaşmaq, əl vurmaq və ya
onu açmaq qadağandır.
1.25.1.8. Vertolyotun bortunda sərnişinlərlə birlikdə partla-
yış-yanğın təhlükəli və zəhərli maddələrin daşınması qadağandır.
1.25.1.9. DNQT-də (ÜQQ, DDÖ) radiomayak olduqda, o,
vertolyotun DNQT-yə (ÜQQ, DDÖ) bütün uçuş müddətində,
oradan geriyə qayıdan zaman isə sahilə qədər olan uçuş müd-
dətinin yarısına qədər vaxtını, qoşulmuş vəziyyətdə qalmalıdır.
1.25.1.10. Vertolyotların uçuşuna DNQT-dən (ÜQQ,
DDÖ) radionəzarət aparılmalıdır (o cümlədən fəlakət radiotez-
liklərində).
1.25.1.11. DNQT-nin (ÜQQ, DDÖ) rəisi vertolyotun enib-
qalxma meydançasının və onun avadanlıqlarının vəziyyətinə
cavabdehdir.
1.25.1.12. Vertolyot meydançasının kənar əşyalarla, ver-
tolyotun mühərrik və pərlərinin fırlanma zonasına düşə biləcək
105


əşyalarla qalaqlanması qadağandır. Meydançanın səthi buz və
qardan vaxtlı-vaxtında təmizlənməlidir.
1.25.1.13. Vertolyotun meydançaya enməsi (qalxması)
yalnız ÜQQ (DDÖ) rəisinin və ya vertolyot meydançasının dis-
petçerinin icazəsi ilə aparılmalıdır.
1.25.1.14. Vertolyot meydançasında olan
yanğınsöndürmə vasitələri daima saz vəziyyətdə olmalıdır.
1.25.1.15. Vertolyotun ÜQQ-yə (DDÖ) enməsi (qalxması)
dövründə enməyə (qalxmağa) mane olan, kranların köməyi ilə
görülən işlər qadağandır. Kranın qolu (oxu) vertolyot meydan-
çasından kənara döndərilməlidir.
1.25.1.16. Vertolyotun enməsi və qalxması zamanı
adamların vertolyot meydançasında olması qadağandır. 
1.25.1.17. Fırtına olacağı xəbərdarlığı alındıqda ÜQQ-də
(DDÖ, EYM) olan vertolyot xüsusi qurğuların köməyi ilə enmə
meydançasına bərkidilməlidir.
1.25.1.18. Adamların vertolyotdan düşməsi vertolyot ko-
mandirinin və vertolyot meydançasının dispetçerinin
icazəsindən sonra həyata keçirilməli, minməsi isə – vertolyot
heyətinin müşahidəsi altında aparılmalıdır.
1.25.1.19. Uçuş müddəti ərzində vertolyotla daşınan
adamlar xilasetmə jeletlərində olmalıdırlar.
1.25.1.20. Alkoqollu içki içmiş və narkotik vəziyyətdə
olan işçilərin vertolyotla daşınması qadağandır.
1.25.1.21. Adamların vertolyotla daşınmasına yalnız
sutkanın gündüz vaxtı icazə verilir. Müstəsna hallarda
xilasetmə işləri aparılarkən, xəsarət alanlara və ya
xəstələnənlərə tibbi yardım göstərilərkən və həmçinin
qəzaların ləğvi, açıq neft və qaz fontanları və yanğın zamanı
adamların DDÖ-dən (ÜQQ) sutkanın qaranlıq vaxtı vertolyotla
çıxarılmasına (təxliyəsinə, daşınmasına) icazə verilir. Belə
hallarda vertolyot meydançası lazımınca işıqlandırılmalıdır.
106


Heyətin gəmilərlə daşınması
1.25.1.22. Nasaz yanalma qurğusu və enmə meydançası
olan DNQT-yə (ÜQQ, DDÖ, EYM) gəmilərin yan alması qada-
ğandır.
1.25.1.23. Işçiləri DNQT-yə daşıyan gəmiyə yalnız icazə
verilən sayda adamlar qəbul edilməli və gəmi tələb olunan
sayda xilasetmə vasitələri ilə (jilet, xilasetmə dairəsi və s.)
təmin olunmalıdır.
1.25.1.24. Yedəyəalma işləri aparılarkən yedək
gəmisində adamların daşınması qadağandır.
1.25.1.25. Sərnişin daşıyan gəmilərin anbarlarında və
göyərtəsində neft məhsullarının (benzin, leqroin, neft), turşu
və qələvilərin, karbidin, oksigen, propan və asetilen
doldurulmuş balonların və digər partlayıcı və od təhlükəli
yüklərin daşınması qadağandır.
1.25.1.26. Sərnişinləri atmosfer çöküntülərindən (qar,
yağış), küləkdən və ilin isti vaxtı günəş şüalarından qorumaq
üçün gəmilərin göyərtəsi müvafiq tələblərə uyğun təchiz
olunmalıdır.
1.25.1.27. Dənizin dalğalanması 3 baldan, küləyin gücü
5 baldan (9 m/san) çox olduqda, gəmidən (katerdən)
adamların DNQT-nin minib-düşmə meydançasına minib-
düşməsi qadağandır. Adamların minib-düşməsi gəmi
kapitanının göstərişi (komandası) ilə həyata keçirilməlidir.
1.25.1.28. Sutkanın qaranlıq vaxtı adamların minib-
düşmə meydançasının işıqlandırılması [211]–ə uyğun
olmalıdır.
1.25.1.29. Yükləmə-boşaltma işlərinin adamların
minməsi və düşməsi ilə eyni zamanda aparılması qadağandır.
1.25.1.30. Adamların gəmidən DNQT-yə düşürülməsi və
oradan gəmiyə mindirilməsi yalnız bu məqsəd üçün nəzərdə
tutulmuş qurğunun köməyi ilə yerinə yetirilməlidir.
107


1.25.1.31. Xidməti heyətin minməsi, düşməsi və bir mi-
nikdən digərinə keçirilməsi əməliyyatı bilavasitə gəminin müdi-
riyyəti və ÜQQ (DDÖ) rəisinin müşahidəsi altında (onun
cavabdehliyi ilə) həyata keçirilməlidir.
1.25.1.32. Gəmiyə minmə və ondan düşmə zamanı DNQT-
nin minib-düşmə meydançasında adamların toplanması
qadağandır.
1.25.1.33. Gəmi DNQT-yə yan aldıqda yanalma kəndirlə-
rinin uclarını xüsusilə bu işlər üçün xidməti heyətdən ayrılmış
və öyrədilmiş (təlim keçmiş) şəxslər qəbul etməli və
bərkitməlidir. Gəmi yan aldıqda yanalma körpüsündə yalnız
yanalma (bərkitmə) kəndirinin ucunu qəbul edən şəxs
olmalıdır.
1.25.1.34. Xidməti heyətin sərnişin gəmilərindən DNQT-
yə düşməsi və gəmiyə minməsi taxta körpü və ya bortarxası
trapla həyata keçirilməlidir.
1.25.1.35. Bortarxası trap gəmi bortuna kip sıxılmalı,
onun yuxarı ucu isə möhkəm (etibarlı) bağlanmalıdır.
1.25.1.36. Bütün növ bortarxası traplar və taxta körpülər
hər iki tərəfdən hündürlüyü 1 m-dən az olmayan dirəklərə
bəndlənmiş kəndir və ya məhəccərlə çəpərlənməlidir.
1.25.1.37. Taxta körpüləri 45
0
-dən artıq bucaq altında
qoymaq qadağandır. Taxta körpülər gəminin bortuna möhkəm
bağlanmalıdır.
1.25.1.38. Gəmi DNQT-yə yan alarkən onun minib-
düşmə meydançası ilə gəminin göyərtəsi arasında hündürlük
fərqi 0,2 m-dən çox olarsa, onlar arasında eninə tamasaları
(plankaları) olan və hər iki tərəfə etibarlı bərkidilmiş taxta
körpü quraşdırılmalıdır.
1.25.1.39. Gəminin və DNQT-nin minib-düşmə yeri (və
ya ona yaxın yer) uzunluğu 30 m-dən az olmayaraq və ya
yerləşdiyi yerdən dənizin ən aşağı (minimal) səviyyəsinə qədər
olan məsafənin iki mislindən az olmayan uzunluqlu iplərə
108


bağlanmış xilasetmə dairələri və işıq siqnalı (buy) olan
dairələrlə təchiz olunmalıdır.
1.25.1.40. Adamların gəmidən DNQT-yə və əksinə təhlü-
kəsiz minib-düşməsini təmin etmək üçün trap və ya taxta
körpünün yanında nəzarətçilər olmalıdır.
1.25.1.41. Adamların gəmidən DNQT-yə və əksinə
minib-düşməsi xüsusi nənnilərin vasitəsilə yerinə yetirilə bilər
və belə nənnilər suda batmayan olmalı və onların
amartizatorları olmalıdır.
1.25.1.42. Nənni, üzərində adamların buraxıla bilən sayı,
yükqaldırma həddi, sınağın və növbəti sınağın tarixləri qeyd
olunmuş lövhəciklə təchiz olunmalıdır.
Burazların hesablanması (seçilməsi) və çıx-daş (otbra-
kovka) edilməsi [7]-ə uyğun yerinə yetirilməlidir.
1.25.1.43. Xüsusi nənnilər hər il hesablanmış yükdən iki
dəfə artıq statik yüklənməyə və işçi yüklənmədən 10% artıq
yük verməklə (yüklə qaldırıb-endirməni bərabər aparmaqla)
dinamik yüklənməyə sınanmalıdır.
Sınaqlar DDÖ-nün (ÜQQ) rəisi tərəfindən təyin edilmiş
komissiya tərəfindən aparılmalıdır.
Sınaqların nəticələri qeydlər (uçot) və yoxlamalar (baxış)
jurnalında qeyd olunmalıdır.
1.25.1.44. Hər dəfə xüsusi nənniləri istifadə etməzdən
əvvəl nənninin möhkəmliyi, burazın (trosun) vəziyyəti və s.
hissələri diqqətlə yoxlanılmalıdır. Nənnilər üç ayda bir dəfə
ÜQQ-nin (DDÖ) rəisi tərəfindən təyin edilmiş cavabdeh şəxs
tərəfindən yoxlanılmalıdır. Yoxlamanın nəticəsi qeydlər və
yoxlamalar jurnalına qeyd edilir.
1.25.1.45. Sutkanın qaranlıq vaxtı adamların xüsusi nən-
nilər vasitəsilə DDÖ-dən (ÜQQ) gəmiyə və əksinə köçürülməsi
zamanı gəminin və DDÖ-nün (ÜQQ) nənni quraşdırıldığı yerin
işıqlandırılması [211]–ə uyğun olmalıdır.
109


1.25.1.46. Adamlar nənni vasitəsilə gəmidən DDÖ-yə
(ÜQQ) köçürülərkən (boşaldılarkən) nənnini gəminin qalxıb-
enmə amplitudasından çox olan hündürlüyə qaldıraraq onu
gəminin göyərtəsindən kənara dənizə tərəf hərəkət etdirməli
və sonra DDÖ-yə (ÜQQ) qaldırmaq lazımdır.
1.25.1.47. Adamlar nənni vasitəsilə DDÖ-dən (ÜQQ) gə-
miyə köçürülərkən nənnini DDÖ-dən (ÜQQ) dəniz üzərinə
hərəkət etdirməli, sonra nənni gəminin dalğalanma
nəticəsində maksimal hündürlüyə qalxdığı həddən bir qədər
hündürə çatdıqda, onu, kranın oxunu (qolunu) döndərməklə
gəminin göyərtəsi üzərində saxlamalı və daha sonra
sonuncunun üzərinə endirmək lazımdır.
1.25.1.48. Nənni, minik yerinə ona bağlanmış ip
vasitəsilə istiqamətləndirilməlidir.
1.25.1.49. Minmə-düşmə əməliyyatları zamanı yüklərin
yüklənib-boşaldılması və maye yanacağın qəbulu qadağandır.
1.25.1.50. Adamların daşınmasının təşkilinə, onların gə-
midən (gəmiyə) minib-düşməsinə gəminin müdiriyyəti və
həmçinin, daşınan vaxtanın (briqadanın) rəhbərləri məsuliyyət
daşıyırlar.
1.25.1.51. Gəmidə olan (daşınan) şəxslərə qadağandır:
a) göyərtədə yanalma (şvartovıye) əməliyyatı və
yükləmə-boşaltma işləri aparılan yerlərdə olmaq;
b) gəminin yanalması tam başa çatmayana və gəmi ka-
pitanının icazəsi olmayana qədər gəmidən düşmək;
c) minib-düşmə zamanı gəminin bortu üstündən atılmaq;
ç) yanğın-partlayış təhlükəli yükləri daşımaq.
D. Heyətin avtomobil nəqliyyatı ilə daşınması
1.25.1.52. Estakadada heyətin daşınması bu məqsəd
üçün təyin olunmuş avtomobillər vasitəsilə həyata
keçirilməlidir.
110


1.25.1.53. Estakadada işçiləri daşıyan avtomobilin
hərəkət sürəti götürmə qabiliyyəti məhdud olan (köhnə)
sahələrdə 15km/saata, yeni tikilmiş, yaxud əsaslı təmir
olunmuş sahələrdə isə 20-25 km/saata qədər ola bilər.
1.25.1.54. Işçiləri daşıyan nəqliyyat vasitələrinin maşın
və mexanizmləri yedəyə alması qadağandır.
1.25.1.55. Avtomobillər hərəkət edən sahələr (yollar, es-
takadayanı meydançalar) əşyalarla qalaqlanmamalıdır.
1.25.1.56. Istismar zamanı estakadanın döşəməsində
əmələ gələn yarıqlar (çalalar) dərhal tutulmalı, buna qədər isə
çəpərlənməlidir.
1.25.1.57. Estakadada adamları daşıyan nəqliyyat
vasitələri ilə digər nəqliyyat vasitələri və ya xüsusi texnika
qarşı-qarşıya gəldikdə, yol adamları daşıyan nəqliyyat
vasitələrinə verilir.

Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin