Азярбайъан республикасы


 Aqressiv maddələrin (turşu, qələvi, kalsium-



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə27/196
tarix06.10.2023
ölçüsü1,37 Mb.
#152598
növüQaydalar
1   ...   23   24   25   26   27   28   29   30   ...   196
Neftqazçıxatma Sənayesində Təhlükəsizlik qaydaları

1.14.7. Aqressiv maddələrin (turşu, qələvi, kalsium-
karbid 
və s.) yüklənməsi, boşaldılması və nəqli
80


1.14.7.1. Aqressiv maddələrin – turşu, qələvi, kalsium-
karbid və s. (bundan sonra aqressiv maddələr) boşaldılan
yerdən anbara və anbardan yüklənmə yerinə nəqli xüsusi
düzəldilmiş xərəyin, əl arabasının vasitəsilə yerinə
yetirilməlidir.
1.14.7.2. Içərisində aqressiv maddələr olan şüşə qablar
toxunma səbətlərin və taxta yeşiklərin içində olmalıdır. Əks
təqdirdə onları bir yerdən başqa yerə daşımaq qadağandır.
1.14.7.3. Böyük şüşə butulkanı boğazından tutub qaldır-
maq və kürəyə alıb bir yerdən başqa yerə aparmaq
qadağandır.
1.14.7.4. Butulkanın tıxacının sazlığına, möhkəmliyinə,
yaxşı bağlanmasına, yeşiyə və ya səbətə düz qoyulmasına
xüsusi fikir vermək lazımdır.
1.14.7.5. Içərisində şüşə butulka olan yeşik və ya səbəti
götürməzdən əvvəl, əl tutan yerlərinin sazlığına əmin olmaq
lazımdır.
1.14.7.6. Yeşik və ya səbəti iki nəfər yükləyib-
boşaltmalıdır (aparmalıdır).
1.14.7.7. Boş butulkaların nəqli, boşaldılması və yüklən-
məsi zamanı onların boğazı yuxarı vəziyyətdə olmalıdır. 
1.14.7.8. Aqressiv maddələrin boşaldılması və
yüklənməsi zamanı rezin önlük, əlcək və boğazlı qaloşdan
istifadə etmək lazımdır.
1.14.7.9. Əgər işçininin bədəninin hər hansı bir yerinə
turşu və ya qələvi düşərsə, güclü su axını ilə yuyub sonra isə
həkim məntəqəsinə müraciət etmək lazımdır.
1.14.7.10. Aqressiv maddələr avtomobilin banına (kuzo-
vuna) aşağıdakı qayda ilə yığılmalıdır:
-yük avtomobilin banına (kuzova) etibarlı bərkidilməlidir; 
-şüşə qabda olan yüklər bir-birinin üstünə və ya
yanbayan müvafiq altlıqsız (araqatsız) qoyulmamalıdır;
81


-maye ilə dolu şüşə qablar dik, boğazı yuxarı
qoyulmalıdır (yığılmalıdır).
1.14.7.11. Aqressiv maddə daşınan avtomobilin
kuzovunda işçilərin olması qadağandır.
1.14.7.12. Aqressiv maddələr olan qabların mexaniki qal-
dırıcı ilə yüklənməsi və boşaldılması qadağandır.
1.14.7.13. Kalsium-karbid olan barabanın yüklənməsi,
boşaldılması və nəqli zamanı taranın zədələnməməsinə, bara-
bana suyun düşməməsinə xüsusi fikir vermək lazımdır.
1.14.7.14. Kalsium-karbid olan barabanın nəm yerdə
saxlanılması qadağandır.
1.14.7.15. Kalsium-karbid germetik metal barabanlarda,
döşəmədən 0,3 m hündürdə olan rəflərdə saxlanılmalıdır.
1.14.7.16. Kalsium-karbid saxlanılan taranın üstündə
«Karbid» sözü yazılmalıdır.
1.14.7.17. Xlorlu əhəng çəlləklərini yükləyərkən, boşal-
darkən və daşıyarkən kalsium-karbid üçün nəzərdə tutulduğu
kimi ehtiyat tədbirləri yerinə yetirilməlidir. Yadda saxlamaq
lazımdır ki, çəlləyin kipliyi pozulduqda xlorlu əhəngin
parçalanması ilə zəhərli xlor ayrıla bilər.
82



Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin