1.21.1. Yükləmə-boşaltma
işlərinə və yüklərin nəqlinə
dəniz şəraitində bu işlərin üsul və qaydalarını mükəmməl bilən
şəxslər buraxılır.
1.21.2. Metal konstruksiyaların (bloklar, iri seksiyalar,
fermalar və s.) gəmilərə yüklənməsi və onlardan boşaldılması
müvafiq yükqaldırma qabiliyyətinə
malik kranlar vasitəsilə
yerinə yetirilməlidir. Bu zaman həm gəmi, həm də DNQT-nin
(DDÖ, ÜQQ) yükqaldırıcı kranlarından istifadə oluna bilər.
1.21.3. Iri ölçülü avadanlıqların (borular, qazma avadan-
lığı, fontan armaturası və s.) kirjimlərə, kran gəmilərinə, DDÖ-
yə (ÜQQ) və estakadayanı meydançalara yüklənib-
boşaldılmasına küləyin gücü 4 baldan (7 m/san),
dənizin
dalğalanması isə 2 baldan çox olduqda icazə verilmir.
1.21.4. DNQT-də (DDÖ, ÜQQ) yüklərin yüklənib-boşaldıl-
ması ilə bağlı bütün ağır əmək tələb edən işlər mexanikləşdiril-
məlidir.
1.21.5. Hər bir qazma və istismar quyusunun özülündə
(əsasında) müvafiq yükgötürmə qabiliyyətinə malik dönən
qaldırıcı kran olmalıdır.
1.21.6. Bütün qaldırıcı qurğuların (kran, bucurqad, tal və
s.) pasportu olmalıdır. Bu qurğuların yükgötürmə həddi göstə-
rilmiş lövhələri olmalı və onlar qurğunun gözəçarpan yerində
quraşdırılmalıdır.
1.21.7. Dəniz qurğularının metal konstruksiyaları dənizin
dalğalanması zamanı yüklərin yerdəyişməsini istisna edən, gö-
yərtə boyu metal konstruksiyaları yığmaq
və bərkitmək üçün
müvafiq vasitələri olan xüsusi təchiz olunmuş gəmilərlə nəql
olunmalıdır.
1.21.8. Sementləyici və digər
hərəkət edən aqreqatlar
gəmi ilə nəql edildikdə təkərlərinin altına təsbitləyici altlıqlar
(başmak) qoyulmaqla kəndirlə etibarlı bərkidilməlidir.
1.21.9. Səpələnən yüklərin gəmilərlə nəqli və gəmilərdən
DNQT-yə (DDÖ, ÜQQ, estakadayanı meydança) boşaldılması,
95
boşaltma zamanı təhlükəsizliyi təmin edən xüsusi vasitələrlə
təchiz olunmuş konteynerlərdə yerinə yetirilməlidir.
Kran gəmisinin kabinəsi DNQT-nin yük boşaldılan mey-
dançasından aşağıda yerləşdikdə, konteynerləri boşaldarkən
həmin meydançada, krançıya siqnal vermək üçün işçi (fəhlə)
olmalıdır. Həmin işçi təhlükəsiz yerdə dayanmalı, krançını və
konteynerin (yükün) boşaldılmasını görməlidir.
1.21.10. Təhlükəli yüklər (yanan və partlayış
təhlükəli
maddələr, zəhərli və aşındırıcı maddələr və s.) saz və germetik
bağlı tutumlarda (qablarda) daşınmalı və yüklənib-
boşaldılmalıdır.
Belə təhlükəli yüklər bu məqsədlər
üçün xüsusi olaraq
təchiz olunmuş gəmilərlə daşınmalıdır.
1.21.11. Estakadada daşınan yüklər, estakadanın keçid
ölçülərindən (avtomobilin enindən) kənara çıxmamalıdır.
1.21.12. Yuyucu məhlul DNQT-yə bağlı çənlərdə və ya
məhlulötürücü borularla nəql edilməlidir.
1.21.13. Estakadada yükdaşıyan avtomobillə işçiləri daşı-
yan avtomobil qarşılaşdıqda, yol (keçid) işçiləri daşıyan avto-
mobilə verilməlidir.
Dostları ilə paylaş: