1.14.4. Uzunölçülü yüklərin yüklənməsi, boşaldılması
və nəqli
1.14.4.1. Ağır çəkili və uzunölçülü yüklərlə işləyərkən
ancaq yükqaldırıcı mexanizmlərdən istifadə etmək lazımdır.
1.14.4.2. Uzunölçülü yüklərin yüklənməsi və boşaldılması
ilə məşğul olan fəhlələr işin gedişi vaxtı krançı və siqnalçı ilə
vizual mübadilə aparmaq üçün bütün şərti işarələri
bilməlidirlər.
1.14.4.3. Ağır və uzunölçülü yüklərin qaldırılmasında və
yerdəyişdirilməsində inventar vasitələrindən və alətlərdən isti-
71
fadə edilməlidir. Bu işlər üçün boru kəsiyindən, metal
parçasından, taxta və əşyalardan istifadə etmək qadağandır.
1.14.4.4. Borunu əl ilə daşıdıqda xüsusi tutucu kəlbətin-
lərdən istifadə edilməlidir. Boruların lingin, bel dəstəyinin və s.
üstündə daşınması qadağandır.
1.14.4.5. Fasilələr vaxtı boruların asılmış halda saxlanıl-
ması qadağandır.
1.14.4.6. Boruların qaldırılması və daşınması bir qrup
fəhlənin iştirakı ilə yerinə yetirilirsə, ağırlıq hər adam hesabına
40kq-dan artıq olmamalıdır. Bu zaman xüsusi kəlbətindən isti-
fadə edilməlidir.
1.14.4.7. Uzunluğu 4 m-dən çox olan boru dəstələri, bo-
rular və polad boruların seksiyaları, döndərici dairə ilə təchiz
olunmuş biroxlu yedəkli avtomobillərdə daşınmalıdır. Borular
kuzovun döşəməsinə və avtoqoşqunun döndərici dairəsinə
bərkidilmiş xüsusi tirlərin üstünə düzülməlidir.
1.14.4.8. Borudaşıyıcıların hərəkəti zamanı yüklənən
boru seksiyalarının dağılıb tökülməsinin qarşısını almaq üçün
seksiyalar taxta travers və dayaqlar vasitəsilə bərkidilməlidir.
1.14.4.9. Uzunölçülü yüklərin yığılması və səhmana
salınması elə edilməlidir ki, keçidlər və yollar tutulmasın.
Onları aşağı endirib yerə qoyduqda trosun, zəncirin, ka-
natın sıxılmaması üçün onların altına araqat qoyulmalıdır.
1.14.4.10. Yük asılı vəziyyətdə olanda nasazlığı aradan
qaldırmaq və ilməyin vəziyyətini dəyişmək qadağandır.
Nasazlıq aşkar edilən kimi yük aşağı endirilməli və nasazlıq
yerdə aradan qaldırılmalıdır.
1.14.4.11. Boruların yüklənməsi, boşaldılması, daşınması
və sıra ilə düzülməsi, bu işlərin təhlükəsiz yerinə yetirilməsi
üçün mühəndis-texniki heyətdən xüsusi olaraq ayrılmış şəxsin
nəzarəti altında aparılmalıdır.
1.14.4.12. Müxtəlif diametrli və ölçülü boruların və uzun-
ölçülü yüklərin yüklənməsi, boşaldılması və yerdəyişdirilməsi
72
işlərinin aparıldığı yerlərdə kənar adamların olması
qadağandır.
1.14.4.13. Uzunölçülü yükləri daşıyan avtomobilin kuzo-
vunun bortları olmamalıdır. Lakin, kuzov yükləri düşməkdən
qoruyan qaldırıcı və qatlanan dayaqlarla təchiz olunmalıdır.
Kuzovun və qoşqunun dayaqları yuxarıdan zəncir və ya
burazla mütləq bağlanmalıdır.
1.14.4.14. Avtomobilə boruların yüklənməsi
(boşaldılması) işlərinə, avtomobil tam dayandıqdan və
sürücünün işarəsindən sonra başlanılmalıdır.
1.14.4.15. Boruların ilməklənməsi üçün burazın uzunluğu
qaldırıcı mexanizmin qarmağı ilə yükün mümkün qədər aralı
olmasını təmin etməlidir.
1.14.4.16. Uzunölçülü yüklər qaldırılan və ya endirilən
zaman ona əl ilə istiqamət vermək olmaz.
1.14.4.17. Uzunölçülü yükün bir ilməklə qaldırılması qa-
dağandır.
1.14.4.18. Yükləri ikibuynuzlu qarmaqdan asarkən buraz
və zəncir elə bağlanmalıdır ki, qarmağın hər iki buynuzuna
eyni ağırlıq düşsün.
1.14.4.19. Qalaq açılmazdan əvvəl, qalaqda uzunölçülü
yüklərin dayanıqlığı və dayaqlara etibarlı dirənməsi yox-
lanılmalıdır.
1.14.4.20. Uzunluğuna görə nəqliyyat vasitələrinin qaba-
ritindən 2 m və daha artıq çıxan yüklər qoşqulu
avtomobillərdə daşınmalıdır.
Uzunölçülü yüklərin (rels, boru, tir, şalban) daşınması bir
qayda olaraq mexanikləşdirilməlidir. Əl ilə boşaltmada
möhkəm tirlər tətbiq olunmalıdır. Bu iş ən azı 2 nəfər
yükvuran fəhlə tərəfindən yerinə yetirilməlidir.
1.14.4.21. Eyni vaxtda müxtəlif uzunluqlu yüklər daşınar-
sa, nisbətən gödək olan yüklər üstdən yığılmalıdır.
73
1.14.4.22. Mexanikləşdirilmiş borudaşıyan maşınların di-
yirlədiciləri eyni uzunluqda və qalınlıqda olmalıdır və onlar bo-
rudaşıyan maşına etibarlı bərkidilmək üçün qurğu ilə təchiz
olunmalıdır. Yükləmə-boşaltma zamanı diyirlədicilərin maillik
bucağı 30
0
–dən artıq olmamalıdır. Boşaltma zamanı boruları
(uzunölçülü yükləri) atmaq qadağandır.
Mexanikləşdirilmiş borudaşıyan maşınlarda işləyərkən
[216] –nın tələblərinə əməl olunmalıdır.
1.14.4.23. Borudaşıyan qoşqulara uzunölçülü yüklər
(boru, rels, şalban və s.) yüklənərkən avtomobilin kabinəsinin
arxa hissəsi ilə yük arasında müəyyən məsafə saxlanılmalıdır
ki, yedəkçi avtomobilə görə qoşqu sərbəst olaraq hər tərəfə
(90
0
bucaq altında) dönə bilsin.
1.14.4.24. Yüklər avtomobilə qaldırıcı mexanizm ilə yük-
lənən zaman, sürücü və yükləyicilər kabinədə, banda
(kuzovda) və ya avtomobilin pilləsində olmamalıdır.
1.14.4.25. Müvafiq tutucu və saxlayıcı mexanizm olma-
dıqda, maili yerlərdə yükün yerdəyişdirilməsi qadağandır.
1.14.4.26. Yükün yuxarı və aşağı hərəkəti (yükləmə-bo-
şaltma) zamanı onun altında (önündə) durmaq qadağandır.
1.14.4.27. Yükün hərəkəti (yüklənib-boşaldılması)
zamanı vərdənələrin kənara çıxan ucları arasında durmaq və
onların üstündən keçmək qadağandır.
1.14.4.28. Aşağıdakılar qadağandır:
-ucları avtomobilin yan tərəf qabaritindən çıxan yükləri
daşımaq;
-sürücünün kabinəsinin qapısının qabağını yüklə kəsmək;
-uzunölçülü yükləri dirəklərdən yuxarı yükləmək.
1.14.4.28. Tormozlama və maili hərəkət zamanı yüklərin
yerdəyişməsinin qarşısını almaq üçün yüklər etibarlı bərkidilmə-
lidir.
1.14.4.29. Yükləmə-boşaltma zamanı diyircəklərdən (na-
kat) istifadə edilərkən aşağıdakı tələblərə əməl olunmalıdır:
74
-diyircəklər metaldan hazırlanmalı, yükün çəkisinə uyğun
olmalı və nəqliyyat vasitələrinə və ya qəfəsələrə bərkidilmək
üçün tərtibata (quruluşa) malik olmalıdır; hər bir diyircəyin
çəkisi iki adama düşən yükdən artıq olmamalıdır;
-quraşdırılmış diyircəklərin meyl bucağı 30
0
-dən artıq ol-
mamalıdır;
-diyircəklər arasındakı məsafə elə olmalıdır ki, boru və ya
tirin (şalbanın) ucları diyircəkdən kənara 1,5 m-dən çox
çıxmasın;
-diyircəkdə yükün geriyə yuvarlanmasının qarşısını alan
quruluş nəzərdə tutulmalıdır;
-hər dəfə istifadə olunmazdan əvvəl diyircəklərin sazlığı
və davamlılığı işin rəhbəri tərəfindən yoxlanılmalıdır;
-fəhlələr diyircəklər arasında dayanmamalıdırlar.
Dostları ilə paylaş: |