Hesablanmasi



Yüklə 0,55 Mb.
səhifə1/21
tarix09.05.2022
ölçüsü0,55 Mb.
#56917
  1   2   3   4   5   6   7   8   9   ...   21
4-cu-fesil

4 FƏSİL




MAGİSTRAL NEFT KƏMƏRLƏRİNİN TEXNOLOJİ HESABLANMASI
Neft kəmərlərinin layihələndirilməsi praktikasında boru kəmərlərinin hesablanmasını texnoloji hesabat da adlandırırlar. Texnoloji hesabat dedikdə, neftin və neft məhsullarının nəqlinin texnoloji prosesləri ilə bağlı olan kompleks hesablamalar nəzərdə tutulur. Neft kəmərinin texnoloji hesablanmasına aşağıdakı əsas məsələlərin həlli daxildir:

  • neft kəmərinin iqtisadi cəhətdən ən əlverişli parametrlərinin təyini. Buraya kəmərin diametri, nasos stansiyalarındakı təzyiq, kəmərin divarının qalınlığı və nasos stansiyalarının sayı aiddir;

    • neft kəmərinin trasında nasos stansiyalarının yerinin təyini;

    • neft kəmərinin istismar rejiminin hesablanması.

İqtisadi cəhətdən əlverişli olan parametrlər müxtəlif variantlar üçün texniki-iqtisadi göstəriciləri tutuşdurmaqla müəyyən edilir. Kəmərin diametrinin bir neçə qiymətləri üçün mexaniki və hidravliki hesablamalar aparmaqla baxılan hər variant üçün borunun divarının qalınlığı və nasos stansiyalarının sayı təyin edilir. Ən yaxşı variant gətirilmiş xərclərin ən az olduğu hal hesab edilir.

Tras boyu nasos stansiyalarının yeri sıxlaşdırılmış profilə əsasən qrafiki yolla təyin edilir.

Kəmərin istismar rejiminin hesablanmasına stansiyalarda təzyiqin, onlardan əvvəl basqıların, nəql şəraitində kəmərin buraxma qabiliyyətinin


(hansılar ki, hesabi qiymətlərdən fərqlənirlər) təyini daxildir. Bunlarla yanaşı neft kəmərinin tənzimlənməsi ilə bağlı məsələlər də həll edilir.

Aparılan texnoloji hesablamalar əsasında magistral neft və ya neft məhsulları kəmərlərinin tikintisi və istismarına minimal xərclər olmaqla kəmərlərin tikintisinin rasional sxeminin əsas texniki məsələləri həll edilir.




    1. Yüklə 0,55 Mb.

      Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin