Hesablanmasi


Boru kəmərinin möhkəmliyə hesablanması



Yüklə 0,55 Mb.
səhifə5/21
tarix09.05.2022
ölçüsü0,55 Mb.
#56917
1   2   3   4   5   6   7   8   9   ...   21
4-cu-fesil

Boru kəmərinin möhkəmliyə hesablanması


Boru kəmərləri sisteminin etibarlılığının artırılmasının çox böyük əhəmiyyəti vardır. Bu bir tərəfdən neft, neft məhsulları və təbii qazların tələbatçılara fasiləsiz verilməsini, digər tərəfdən isə ətraf mühitin karbohidrogenlərlə çirklənməsinin qarşısını alır.

Nəzərə alınmalıdır ki, nəql olunan karbohidrogenlər çox qiymətli olmaqla bərabər ətraf mühitin potensial çirkləndiricilərindəndir. Böyük diametrli boru kəmərlərinin dağılması xeyli iqtisadi və sosial ziyan və fəsadlar törədə bilər. Ona görə də magistral neft-qaz kəmərlərinin möhkəmliyinə çox ciddi fikir verilir və borulara (materialın keyfiyyəti, boruların səthinə, ölçülərinin dəqiqliyinə, qaynaq işlərinin keyfiyyətinə) çox sərt tələblər qoyulur.

Ümumiyyətlə, boru kəmərlərinin dayanıqlı, qəzasız istismarı kompleks amillərdən asılıdır. Bunlardan tikinti və montaj işlərinin keyfiyyəti, texniki şərtlərə və texnoloji qaydalara əməl olunması, boru xətlərinə və onun elementlərinə möhkəmlik və dayanıqlıq baxımından qoyulan tələbləri və s. göstərmək olar. Magistral neft-qaz kəmərlərinin borularına, armatur və digər elementlərinə qoyulan tələblər tikinti normaları və qaydaları ilə müəyyənləşdirilir.

Magistral boru kəmərləri torpağa basdırılmaqla və ya yerüstü ilə çəkilir və bütün hallarda həm daxili, həm də xarici təsirlərə məruz qalır. Bu baxımdan boruların və onların birləşmələrinin mexaniki möhkəmliyi onların istənilən təsirlər zamanı qəzasız iş rejimini təmin etməlidir. Borular üçün istifadə olunan poladın möhkəmlik həddi 500 MPa-dan az olmamalıdır.

Boru kəmərlərinə edilən daxili təsirlər əsasən maye və qazların nəqli zamanı kəmərdə yaranan təzyiqlə bağlıdır.

Xarici təsirlərə isə torpağın təzyiqindən olan yüklər, temperatur dəyişmələri, küləyin, su dalğalarının təsirindən yaranan yüklər, boruların və örtüklərinin kütləsini və s. misal göstərmək olar.

Bir sözlə, boru kəmərləri həm sınaq vaxtı, həm də bütün istismar müddətində daxili qüvvələrin təsiri altında mürəkkəb gərginlik vəziyyətində olur, borular isə müvafiq gərginliklərə məruz qalır.

Boru daxili təzyiqin hesabına kəmərdə radial  r , həlqəvi  h  və

uzununa  u  gərginliklər əmələ gəlir (şəkil 4.2).






Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin