Boru kəməri basdırılan dərinlikdə torpağın temperaturu. Hesablama üçün kəmərdə neft axınının aldığı ən aşağı temperatur qəbul edilir. Adətən, bu temperatur kəmər basdırılan dərinlikdə ən aşağı olan temperatura bərabər qəbul edilir (sürtünmə nəticəsində axının öz–özünə qızması nəzərə alınmaqla). Kəmərin basdırıldığı dərinlikdə torpağın temperaturu axtarış materiallarına əsasən müəyyən edilir;
Boruların materiallarının mexaniki xassələri. Bu xassələrə aid məlumatlar uyğun DÜİST-də göstərilir;
Texniki–iqtisadi göstəricilər. Əsas texniki-iqtisadi göstəricilər kapital qoyuluşu və istismar xərcləri hesab edilir. Cəm istismar xərcləri, neft kəmərinin işinin səmərəliliyini xarakterizə edir və nəqlin maya dəyərini M d müəyyənləşdirir;
neft kəmərinin xətti hissəsinə kapital qoyuluşu xərclərinə boruların qiyməti və kəmərin tikintisi üzrə olan bütün xərclər (qaynaq, izolyasiya tranşeylərin qazılması və s.) daxildir. Nasos stansiyalarına kapital qoyuluşu xərclərinə isə avadanlığın, boru kəməri kommunikasiyaları, binaların qiymətləri daxildir (baş nasos stansiyaları üçün qeyd olunanlara çən parkının qiyməti də əlavə olunur). Adətən, kəmərin xətti hissəsinə sərf olunan xərclər ümumi kapital qoyuluşunun təqribən 80 %- ni təşkil edir ki, bunun da yarısı ancaq boruların qiymətini dəyərləndirən xərclərdir.
İstismar xərclərinə əsasən amortizasiya xərcləri, cari təmir, elektrik enerjisi, yağlama, su, qızdırma, əmək haqları, mühafizə, idarəetmə və s. olan xərclər daxildir. Qeyd etmək lazımdır ki, amortizasiya və cari təmirə ümumi istismar xərclərinin 30-40 % -i, elektrik enerjisinə isə 50-60 %-i sərf olunur.
İstismar xərclərini İ x texnoloji layihələndirmə normalarında göstərilən
nəqlin maya dəyərinə görə aşağıdakı kimi təyin etmək olar:
İ x M d Q L ,
burada,
Q kəmərin buraxma qabiliyyəti;
L neft kəmərinin uzunluğu;
Md -
nəqlin maya dəyəridir.
Neft kəməri trasının sıxlaşdırılmış profilinin çertyoju. Trasın bu profilində (şəkil 4.1) boru kəmərinin hesabi uzunluğunu başlanğıc ( z1 ) və son ( z2 ) geodoziki hündürlüklər fərqini ( z ) təyin etdikdə istifadə olunur
z z2 z1. Kəmərin aşırım nöqtəsi varsa, hesabi uzunluq başlanğıcdan
həmin nöqtəyə kimi olan məsafə qəbul edilir.
Dostları ilə paylaş: |