2.9.6. Boru kəmərlərində, onun təzyiqinə hesablanmış və
eyni keçidli en kəsiyinə malik polad armaturlar qoyulmalıdır.
Armaturların yeri layihəyə əsasən müəyyən edilməldir.
2.9.7. Lazım gələn anda (qəzalar) boru kəmərini digər
hissələrdən təcrid etmək üçün onun üzərində avtomatik
qurğular qoyulmalıdır.
2.9.8. Boru kəmərlərinin istismarı zamanı təsdiq edilmiş
cədvələ əsasən onlara vaxtaşırı və xüsusi baxışlar
keçirilməlidir.
2.9.9. Istismar (neft-mədən) boruları
DDÖ-nün
qırağında, gəmilərin yanalma zonasından və minik
meydançalarından kənarda yerləşdirilməlidir.
Istismar
borularını (dirəklərini) yaşayış blokundan 15m-dən az olan
məsafədə quraşdırmaq və DDÖ-nün döşəməsinin altına
çıxarmaq qadağandır.
2.9.10. Istismar boruları (dirəkləri) DDÖ-nün metal kons-
truksiyalarına etibarlı bərkidilməlidir.
Bərkidilmə yerlərində
qeyri-metal araqatı qoyulmalıdır.
2.9.11. Sualtı boru kəmərlərinin müayinəsi və onların
təmiri xüsusi texniki vasitələri olan ixtisaslaşdırılmış təşkilat
tərəfindən yerinə yetirilməlidir.
2.9.12. Magistral boru kəmərindən hər tərəfə 400m-lik
zonada gəmilərin lövbərdə durması qadağandır. Ancaq sualtı-
texniki işlər və boru kəmərinin təmiri işi aparıldıqda buna icazə
verilir.
Dostları ilə paylaş: