Qəza və mürəkkəbləşmələrin qarşısının alınması və
ləğvi
3.5.81. Qazma müəssisələri layihə təşkilatları
ilə birgə
qəza və mürəkkəbləşmələrin qarşısının alınmasına və ləğv
edilməsinə dair tədbirlər işləməlidirlər.
3.5.82. Təmir-izolyasiya işləri aparıldıqda qaz və neftin
təzyiqi ilə layların mümkün yarılması (axın yaratdıqdan sonra)
və həmçinin məhsuldar olmayan keçirici layların intervalında
qoruyucu kəmərlərin perforasiyası qadağandır.
3.5.83. Axıcılığa meylli süxurlar açılmış quyularda uzun
müddətli fasilələr və ya boş dayanmalar zamanı qazma aləti
qoruyucu kəmərin dabanına (başmağına) qədər qaldırılmalıdır;
vaxtaşırı olaraq qazma aləti qaldırılıb-endirilməlidir (şabloni-
rovka), lazım gəldikdə açıq quyu
lüləsi quyu dibinə qədər
işlənməlidir. Işlənmənin vaxtaşırlığı qazma müəssisəsinin
texnoloji xidməti tərəfindən müəyyənləşdirilir.
3.5.84.
Tutulmuş qazma alətinin, qoruyucu kəmərlərin
azad olunması üçün partlayıcı materialların (detonator
şnurları, torpedalar və s.) istifadə olunması ilə aparılan qəza
işləri, qazma təşkilatı və bu işlərin aparılması üçün lisenziyası
(hüququ) olan təşkilat tərəfindən
19
-a uyğun olaraq birgə
işlənmiş və təsdiq olunmuş xüsusi layihə (plan) üzrə
aparılmalıdır.
3.5.85. Qazma müəssisələri layihə təşkilatları ilə birgə
qəza və mürəkkəbləşmələrin profilaktikasına
və ləğvinə dair
tədbirlər hazırlamalıdır.
3.5.86. Qeyri-standart qəza alətini quyuya buraxmazdan
əvvəl, lazımi ölçüləri göstərilməklə quruluşun uyğun eskizi
hazırlanmalıdır.
236
3.5.87. Pilləli sementləmədə qıfılların (muftaların) daxili
hissəsini, qoruyucu kəmərlərdə calaq (birləşmə) quruluşlarını
və sement stəkanlarını qazmaq üçün AQB-lər qazma kəməri
quruluşundan (komponovkasından) çıxarılmalı və yanları bərk
çıxıntılarsız və yana kəsmə qabiliyyəti olmayan baltadan və ya
yastıdaban, yanları armatursuz frezerdən istifadə edilməlidir.
Dostları ilə paylaş: