Sifariz Səbzəliyev 197
maliyyə alətləri, təxirə salınan vergi aktivlərindən sığorta müqavilələri
üzrə meydana çıxan pensiya aktivləri və hüquqlarından fərqlənən
dövriyyədənkənar aktivlər: müəssisənin aktivləri yerləşən ölkədə və
digər xarici ölkələrdə.
Əgər xarici müştərilərə satışdan alınan gəlirlər, ayrıca bir xarici ölkədə
əhəmiyyətli sayılarsa, onda bu gəlir haqqında informasiya ayrıca açıq-
lanmalıdır.
Əgər ayrıca bir xarici ölkədə olan aktivlər əhəmiyyətli sayılarsa, onda bu
aktivlər haqqında informasiya ayrıca açıqlanmalıdır.
Hesabatda verilən məbləğlər, maliyyə hesabatlarına istinad etməlidir.
Əgər belə informasiyalar yoxdursa, yaxud onların hazırlanması böyük
xərclərə bağlıdırsa, onda müvafiq faktlar açıqlanmağa məruz qalmalıdır.
Müəssisə bu informasiyanı tamamlamaq üçün ölkələrin qrupları üzrə coğrafi
informasiyaların aralıq yekun göstərıcılərini də verə bilər.
Müəssisə özünün fəaliyyətinin iri müştərilərdən asılılıq dərəcəsi haq-
qında informasiyaları da təqdim etməlidir. Əgər bir kənar müştəriyə satışdan
alınan gəlir, müəssisənin gəlirinin 10 faizini və daha çox hissəsini təşkil
edərsə, onda müəssisə həmin faktı açıqlamalıdır. Bu zaman hər bir belə
müştəri və seqment üzrə gəlirin hesabatda əks etdirilən məbləği məcmu
şəklində göstərilməlidir. Hər bir seqmentin hesabatda təqdim etdiyi iri
müştərilərin, yaxud bu müştəridən alınan gəlir məbləğinin eyniliyinin şirkət
tərəfindən açıqlanmasına ehtiyac yoxdur.
Şirkətlərin qrupları vahid müştəri qismində vahid nəzarət altında
olmalıdır. Dövlət (milli, regional, ərazi, yerli, yaxud xarici orqanlar qis-
mində) və həmin dövlət tərəfindən nəzarət edilən şirkətlər də vahid müştəri
şəkilində nəzərdən keçirilməlidir.
“Əməliyyat seqmentləri üzrə” 34№-li MMUS-ın tələblərinə əməl etmək
üçün əvvəlki illərə görə verilən hesabatlarda müqayisəli seqment infor-
masiyaları yenidən hesablanmalıdır. Belə informasiyaların olmadığı və
yaxud onların hazırlanması çox böyük xərclər hesabına başa gəldiyi hallar
istisnalıq təşkil edir.