Dərs vəsaiti Sifariz Səbzəliyev 1 azərbaycan respublikasi təHSİl naziRLİYİ



Yüklə 5,15 Kb.
Pdf görüntüsü
səhifə53/198
tarix07.10.2023
ölçüsü5,15 Kb.
#152802
növüDərs
1   ...   49   50   51   52   53   54   55   56   ...   198
S.S-bz-liyev-Derslik Maliyy-Hesabat-

Maliyyə hesabatı
58 
Təşkilatların təsərrüfat fəaliyyətinin nəticələri həm balans, həm də 
mənfəət və zərərlər haqqında hesabat vasitəsilə hesablanır (
ikili mühasibat 
prinsipi
). Balans müəyyən vaxt anına, məsələn, hesabat tarixinə hesabat 
deməkdir. Balansın özündə maliyyə nəticələri mənfəətin bölüşdürülməsi 
məbləği də daxil edilməklə, təsərrüfat ilinin əvvəlinə və axırına xüsusi 
kapitalla müqayisə etməklə müəyyənləşdirilir. Mənfəət və zərərlər haqqında 
hesabatda nəticələr hesabat ilinin gəlir və xərclərinin saldosu (qalığı) kimi 
hesablanır. Müvafiq surətdə mənfəət və zərərlər haqqında hesabat müəyyən 
zaman kəsiyində, məsələn, hesabat dövrü ərzində hesabat kimi başa 
düşülməlidir. Balans göstəriciləri əsasında hesablanılan maliyyə nəticələri 
mənfəət və zərərlər haqqında hesabatın yekunu ilə üst-üstə düşür. Belə ki, 
hesabat dövrünün ödənişlərinə və daxilolmalarına aid olunan gəlirlər və 
xərclər müvafiq aktivlərin, yaxud passivlərin dəyişikliyi ilə əlaqədardır. 
Məsələn, dəzgahın satın alınması müvafiq ödənişlərə gətirib çıxarır. Bu ödə-
niş isə nəticəyə münasibətdə balansda neytral şəkildə əks etdirilir. Həmin 
ödənişlər amortizasiya formasında dəzgahın istismarı dövründə maliyyə 
nəticələrinə aid edilən xərcləri əks etdirir. Daha konkret desək, hesablanılan 
amortizasiya məbləğində dəzgahın balans dəyərinin azalan məbləği mənfəət 
və zərərlər hesabına müəyyən xərclərə aid edilir. Beləliklə, balansda, 
həmçinin mənfəət və zərərlər haqqında hesabatda yekunda həmişə eyni 
maliyyə nəticələri alınır. 
Mənfəət və zərərlər haqqında hesabatda maliyyə nəticələri hesabla-
nıldıqda onun xarakterini və formalaşma mənbələrini izah etmək olar. 
Nəticəyə təsir edən komponentləri müəyyən qruplar halında birləşdirmək 
mümkündür. Müvafiq surətdə mənfəət və zərər haqqında hesabat ilk 
növbədə hesabatın məqsədlərinə çatmağa xidmət göstərir. 
Balans təşkilatın əmlakının, öhdəliklərinin və xüsusi kapitalının əks 
etdirilməsi deməkdir. İllik hesabatın tərkib hissəsi kimi, mənfəət və zərərlər 
haqqında hesabat isə xərclərin sadalanması əsasında maliyyə nəticələrinin 
formalaşması mənbələrini, növlərini və kəmiyyətini müəyyənləşdirməyə 
xidmət göstərir. Mənfəət və zərərlər haqqında hesabat təkcə mütləq kəmiy-
yət kimi mənfəət və zərəri əks etdirmir, o, həmçinin gəlirlilik haqqında 
informasiyalara malik olmaqla, maliyyə nəticələrinin tərkib hissələrini təhlil 
etməyə imkan yaradır. 



Yüklə 5,15 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   198




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin