Sifariz Səbzəliyev
61
əsas fəaliyyətin maliyyə nəticələrini istehsal (kommersiya) və maliyyə
fəaliyyətinin nəticələrinə bölür.
4.3. Azərbaycanda və beynəlxalq praktikada mənfəət və zərərlər
haqqında hesabatın qurulması sxemləri
Azərbaycan və dünya praktikasında mənfəət və zərərlər haqqında
hesabat tərtib edildikdə iki metoddan istifadə edilir:
hesablama metodu;
müstəqim xərclər metodu
Azərbaycanda mərkəzləşdirilmiş planlı iqtisadiyyat dövründə hər iki
metoddan
istifadə olunurdu, belə ki, əmək ödənişi üzrə hesablaşmalara
münasibətdə hesablama metodu tətbiq edilirdi.
Eyni zamanda məhsul
satışından gəlirlər müəyyənləşdirildikdə kassa metoduna üstünlük verilirdi.
İqtisadiyyatın yenidən qurulması və birgə müəssisələrin təşəkkül tapmasının
başlanması ilə əlaqədar bilavasitə kassa metodunun tətbiqi daha sərt
tənqidlərə məruz qaldı. Bu metodu ən çox Qərb
mütəxəssisləri və biznes
üzrə partnyorlar tənqid edirdilər. 90-cı illərin axırlarında satışdan gəlirlərin
müəyyənləşdirildiyi zaman hesablama metodunun tətbiqinə birgə müəs-
sisələrdə icazə verildi. 1992-ci ildən isə bu qayda bütün müəssisələrə şamil
olundu.
Mühasibat Uçotunun Milli Standartlarına görə hesablama metodunun
tətbiqi hazırda üstünlük təşkil edir. Eyni zamanda kassa metodundan
istifadə
olunması da istisna olunmur.
Qeyd etmək lazımdır ki, təşkilat eyni zamanda mənfəət və zərərin ta
-
nınmasında hər iki metoddan eyni vaxtda istifadə etmək hüququna malikdir.
Bunun üçün müəssisənin uçot siyasətində müəyyən açıqlamalar verilməsi
məqsədəuyğundur.
Mənfəət və zərərlər haqqında hesabatın forması
Respublika Maliyyə
Nazirliyi tərəfindən 2006-cı il 18 fevral tarixində təsdiq edilmişdir.
Beynəlxalq praktikada, məsələn, Almaniyada
mənfəət və zərərlər
haqqında hesabatı həm hesab formasında, həm də qalıq cədvəli formasında
tərtib etmək olar. Mənfəət və zərərlər hesabında xərclər və gəlirlər biri-
digərilə üzləşdirilir. Hesabın kreditində gəlirlər, debetində isə xərclər qeydə