Dərs vəsaiti Sifariz Səbzəliyev 1 azərbaycan respublikasi təHSİl naziRLİYİ



Yüklə 5,15 Kb.
Pdf görüntüsü
səhifə71/198
tarix07.10.2023
ölçüsü5,15 Kb.
#152802
növüDərs
1   ...   67   68   69   70   71   72   73   74   ...   198
S.S-bz-liyev-Derslik Maliyy-Hesabat-

Səhmlərin ləğv edilməsi 
dedikdə, müəssisə kapitalının azalması başa 
düşülür. Səhmlər geri alındıqdan sonra dərhal ləğv edildikdə bu əməliyyatın 
tanınması anı müəssisə tərəfindən geri alınmış səhmlərə görə sabiq 
səhmdarlara ödəniş tarixi hesab olunur. Səhmlərin ləğv edilməsi onların 
geri alınmasından sonrakı tarixdə baş verdikdə, həmin əməliyyatın tanınma 
anı müəssisənin qərar qəbul etdiyi tarix sayılır. 
Geri alınmış səhmlər ləğv edildikdə bu məqsəd üçün ödənilən məbləğ 
ödənilmiş nizamnamə kapitalından və ya emissiya gəlirindən, bəzi hallarda 
isə bölüşdürülməmiş mənfəətdən çıxılır. 


Sifariz Səbzəliyev
 
79 
Ödənilmiş nizamnamə kapitalının azalması ləğv edilən geri alınmış 
səhmlərin ümumi nominal dəyərinin məbləği ilə qiymətləndirilir. 
Emissiya gəlirinin azaldılması geri alınmış səhmlərə aid edilən 
«emissiya gəliri» hesabındakı qalıq məbləği ilə qiymətləndirilir. 
Ləğv edilmiş səhmlərin geri alınması üçün ödənilmiş məbləğ həmin 
səhmlərin nominal dəyərinin və onlara aid edilən «emissiya gəliri» hesa-
bındakı qalıq məbləğinin cəmindən fərqli olduqda, bu fərq cari ilin bölüş-
dürülməmiş mənfəətində dəyişikliklər kimi tanınmalıdır. Həmin fərq müsbət 
olduqda bölüşdürülməmiş mənfəətin azalması kimi tanınır. Əks halda 
alınan fərq bölüşdürülməmiş mənfəətin qalığı kifayət etmədikdə, hesabat 
dövrü üzrə ödənilməmiş zərər kimi tanınmalıdır. 


Maliyyə hesabatı
80 

A

 müəssisəsi üzrə 31 dekabr 20X3 il tarixinə 
Kapitalda dəyişikliklər haqqında hesabatı
manatla
 
 
Q
eyd

r

Yüklə 5,15 Kb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   198




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin