Maliyyə hesabatı
88
uzunmüddətli qeyri-maliyyə aktivlərinin satışından pul vəsaitlərinin
daxilolmaları;
törəmə, asılı və birgə müəssisələrdə investisiyaların əldə olunması
ilə bağlı pul vəsaitlərinin xaricolmaları;
törəmə, asılı və birgə müəssisələrdə investisiyaların satışından
yaranan pul vəsaitlərinin daxilolmaları;
digər tərəflərə verilmiş qısamüddətli və uzunmüddətli borclar üzrə
pul vəsaitlərinin xaricolmaları;
digər tərəflərə verilmiş qısamüddətli və uzunmüddətli borcların geri
qaytarılmasından yaranan pul vəsaitlərinin daxilolmaları;
törəmə müəssisələrdə və təsərrüfat vahidlərində
mövcud olan pul
vəsaitləri çıxılmaqla həmin qurumların əldə edilməsi üçün pul vəsaitlərinin
xarıcolmaları;
törəmə müəssisələrdə və təsərrüfat vahidlərində mövcud olan pul
vəsaitləri çıxılmaqla həmin qurumların satışından
əldə olunan pul vəsaitlə-
rinin daxilolması;
fyuçers, forvard, opsion və svop müqavilələri üzrə pul vəsaitlərinin
xaricolmaları;
fyuçers, forvard, opsion və svop müqavilələrindən yaranan pul
vəsaitlərinin daxilolmaları;
alınmış faizlər şəklində pul vəsaitlərinin daxilolmaları.
Maliyyələşmə fəaliyyəti
dedikdə, müəssisənin xüsusi kapitalının və
borc vəsaitlərinin ölçüsündə və tərkibində baş verən dəyişikliklərin nəticəsi
başa düşülür.
Əgər müəssisə, səhmdarlardan resurslar alırsa, resursları səhmdarlara
geri qaytarırsa, kreditorlardan ssuda götürürsə və həmin ssudaları geri qay-
tarırsa, deməli o, maliyyə fəaliyyətini həyata keçirir.
Belə əməliyyatlarla
bağlı yaranan pul vəsaitlərinin hərəkəti hesabatda ayrıca bölmə şəklində
verilir:
səhmlərin və digər oxşar alətlərin buraxılması
nəticəsində yaranan
pul vəsaitlərinin daxilolmaları;
müəssisənin öz səhmlərinin və digər oxşar alətlərinin geri alınması
məqsədilə pul vəsaitlərinin xaricolmaları;
borc şəklində alınmış məbləğlərdən yaranan pul vəsaitlərinin daxil-
olmaları;