Sifariz Səbzəliyev 89
borc şəklində alınmış məblğlərin geri qaytarılmasına görə pul
vəsaitlərinin xaricolmaları;
məqsədli maliyyələşdirmə şəklində pul vəsaitlərinin daxiolmaları;
məqsədli maliyyələşdirmə şəklində alınmış məbləğlərin geri
qaytarılmasına görə pul vəsaitlərinin xaricolmaları;
maliyyə icarəsi müqavilələrinin şərtlərinə əsasən əsas məbləğlər
üzrə pul vəsaitlərinin xaricolmaları;
dividendlər və buna oxşar digər ödəmələr şəklində pul vəsaitlərinin
xaricolmaları;
faizlər şəklində pul vəsaitlərinin xaricolmaları.
Əməliyyat fəaliyyəti, investisiya fəaliyyəti və maliyyələşmə üzrə
fəaliyyətdən yaranan pul vəsaitlərinin hərəkəti aşağıdakı hallarda netto
əsasında təqdim edilə bilər:
sifarişçinin fəaliyyətini əks etdirdiyi və onun adından həyata ke-
çirildiyi hallarda;
çevik dövriyyə müddətli və qısa ödəniş müddətli əməliyyatların
mövcud olduğu halda.
Xarici valyuta ilə aparılan əməliyyatlar nəticəsində yaranan pul vəsait-
lərinin hərəkəti müəssisənin maliyyə hesabatlarında manatla əks etdirilir. Bu
halda müəssisənin xarici valyutadakı məbləğlərinə qeyd olunan əməliyyatın
baş verdiyi tarixə Azərbaycan Respublikası Mərkəzi Bankın məzənnəsi
tətbiq edilməlidir.
Xarici törəmə müəssisənin pul vəsaitlərinin hərəkəti qrupun maliyyə
hesabatlarında manatla qeydə alınmalıdır.
Valyuta məzənnəsinin dəyişməsi nəticəsində yaranan digər xərclər və
ya digər gəlirlər (mənfi və ya müsbət məzənnə fərqləri) pul vəsaitlərinin
hərəkətinə aid edilmir.
Faizlər, dividendlər və kapitalda iştirak ilə bağlı digər daxilolmalardan
yaranan pul vəsaitlərinin hərəkəti investisiya fəaliyyətindən əmələ gələn pul
vəsaitlərinin hərəkəti kimi təsnifləşdirilməlidir.
Kapital və ya öhdəliklər şəklində maliyyə vəsaitlərinin cəlb edilməsi
nəticəsində yaranan faizlər və dividendlər və sair xaricolmalardan əmələ
gələn pul vəsaitlərinin kənara axını maliyyələşdirmə üzrə fəaliyyət nəticə-
sində yaranan pul vəsaitlərinin hərəkəti kimi qeydə alınmalıdır.