70
St. 2.3.1.Əşyalarla 3 dairəsində riyazi əməliyyatlar yerinə yetirir;
St. 2.3.3. Həndəsi fiqurları (dairə, kvadrat, üçbucaq) adlandırır.
Mövzu: Fermaya səyahət
Məqsəd. –
3 dairəsində riyazi əməliyyatlar yerinə yetirir.
- Dairə, kvadrat, üçbucağı adlandırır və çəkir.
İnteqrasiya.
3.1.2. Təsvirlərində uyğun
rənglərdən istifadə edir;
2.1.4.Canlı və cansız aləmin obyektlərini (insan, heyvan, quş, bitki, qum, daş, torpaq, işıq)
qruplaşdırır və düzgün davranış (qorumaq, mühafizə etmək, qiymətləndirmək) bacarığı nümayiş
etdirir.
İş forması.
Kollektiv, fərdi.
İş üsulu.
Əqli hücum, suallar, müzakirə.
Resurslar.
“Ev heyvanları”
oyuncaq komplekti, göbələk, dairə, üçbucaq, kağız,
rəngli
karandaşlar.
Məşğələnin gedişi
Motivasiya.
T:-
Uşaqlar, biz sizinlə gəzməyə gedəcəyik.
Bilirsiniz, hara gedəcəyik?
Amma əvvəlcə siz
mənə
deyin görək, ev heyvanları harada yaşayır? Hansı ev heyvanlarını tanıyırsınız? (Uşaqların
cavabları). Bilirsiniz, ev heyvanları
evdən başqa, fermada da yaşayırlar.
Bu gün biz sizinlə
fermaya gedəcəyik. Gəlin, gedək. (“gedirlər”, qrup otağında sağ və sol tərəflərə böyük və kiçik
ölçülü göbələklər düzülür)
Dostları ilə paylaş: