220
Müalicə
Soyuq yaş sarğılar və xaricə işlədilən steroid kremlər dərinin damarlarının daralma-
sına, iltihabın və qaşınmanın aradan qaldırılmasına səbəb olur. Təmiz parçanı
soyuq
suda və ya Burov məhlulunda isladır və 30 dəqiqəyə zədələnmiş sahəyə qoyurlar. Sonra
müvafiq steroid kremi (II və ya III qrupa aid) səylə silirlər. Sistem kortikosteroidləri
yalnız ağır və јa generalizə olunmuş ekzema zamanı tətbiq edirlər. Başlanğıc doza gündə
1 mq/kq olub 3 həftə ərzində tədricən azaldılır. Həddən qısa müalicə kursu residiv və
ya rezonans effekti verə bilər. Birinci qrup sistem histamin əleyhinə preparatlar qaşın-
manı yüngülləşdirə bilərlər, onların sedativ effekti isə yuxunun yaxşılaşmasına səbəb
olur. İkincili infeksiya zamanı 10-14 gün ərzində Staphylococcus aureus qarşı antibiotik
(məsələn, sefaleksin) təyin olunur.
YARIMKƏSKİN EKZEMA
Yarımkəskin ekzematoz iltihab qaşınan və qabıqlanan qırmızı ləkələr, papula və
müxtəlif ölçüyə və sərhədlərə malik lövhələrdən ibarətdir.
Etiologiya
Kontakt allergiyası, təmas qıcıqlanması, atopik dermatit, durğunluq dermatiti, sik-
kəyəbənzər ekzema, barmaq uclarının ekzeması və göbələk infeksiyası yarımkəskin
ekzema şəklində təzahür edə bilər. Əgər aydın atopik anamnez yoxdursa, onda dərinin
hər hansı yeni qıcıqlandırıcını və allergenin təsirini axtarmaq lazımdır.
Stress mövcud
vəziyyəti ağırlaşdıra və onun inkişafına təkan verə bilər, lakin onun yeganə səbəbi ola
bilməz.
Patogenez
Bu vəziyyət kəskin (vezikulyar) ekzemadan inkişaf edə bilər. Bu, atopik dermatitin
daha geniş yayılmış klinik əlamətidir. Xəstələr bir həftədən çox davam edən dermatitlə
əlaqədar şikayətlənirlər. Qaşınmanın intensivliyi müxtəlifdir: zəif dərəcədən orta və ağır
dərəcəyə qədər. Ekzemanın yaranmasını provokasiya edən və ya ona təkan verən amillər
aradan qaldırıldıqda, vəziyyət çapıqlar əmələ gəlmədən sağalır. Ekskoriasiya və mövcud
vəziyyəti ağırlaşdıran şəraitin (suyun, yuyucu və јa təmizləyici agentlərin, irriantantların
və ya digər geniş yayılmış allergik və ya qıcınlandırıcı amillərin)
təkrar təsirləri xəstəli-
yin xronik formaya keçməsinə səbəb olur.
Dostları ilə paylaş: