Papiyon-Lefevr keratodermiyası
Papiyon-Lefevr keratodermiyası (Papiyon-Lefevr sindromu) irsi diffuz keratodermi-
yadır, parodontozla dərinin və damağın piogen infeksiyaları ilə birlikdə rast gəlir. İrsiy-
yət tipli – autosom-resessivdir. Xəstələrdə qalxanabənzər ətraf vəzi və mədəaltı vəzin
funksiyasının azalması, leykositlərin funksional aktivliyinin pozulması, neytrofillərin
faqositar aktivliyinin və mitogenlərə qarşı T- və B-limfositlərin həssaslığının azalması
nəzərə çarpır. Klinik şəkli adətən 1 yaşdan 5 yaşa qədər (çox vaxt 2-3 yaşlarda) ovucların
və dabanların buynuz təbəqələrlə örtülmüş eriteması şəklində təzahür edir ki, bu zaman
onların intensivliyi tədricən artır. Keratoz ocaqları bəzən ovuc-daban səthlərindən kə-
nara çıxaraq əllərin və ayaqların arxa səthinə, daban (axillis) vətəri nahiyəsinə, diz və
dirsək oynaqlarına yayılır. Xəstəlik üçün lokallaşmış hiperhidroz səciyyəvidir.
Histoloji olaraq hiperkeratoz, qeyri-müntəzəm parakeratoz, dermada – kiçik iltiha-
bi infiltrat aşkar edilir. Buynuz və dənəli qatın hüceyrələrində lipidəbənzər vakuollar,
tonofibrillərin və keratogialin qranulaların strukturunun dəyişilməsi nəzərə çarpır. Dır-
naqlar bəzən distrofiyaya uğrayır (solğun, kövrək), tüklər dəyişilməmişdir. 4-5 yaşlarda
persistensiya edən gingivitin nəticəsində şiddətlənən parodontoz inkişaf edir ki, o da
vaxtından əvvəl karies, dişlərin düşməsi, onların inkişaf anomaliyaları və alveolyar
431
çıxıntıların distrofiyası ilə müşayiət olunur. Bərk beyin qişasının kalsifikasiyası, araxno-
daktiliya, akroosteoliz də mümkündür.
Müalicə
Retinoidlər (neotiqazon, etretinat) – sutkada 0,5 mq dozada bir neçə həftə ərzində,
aevit, angioprotektorlar (teonikol, trental) təyin olunur. Xaricə: keratolitik məlhəmlər
(20%-li salisil turşusu, Ariyeviç, Uaytfeld məlhəmi), “Solkokerasal” məlhəmi, duz van-
naları, A vitamini ilə fonoforez, 20%-li dimeksid, lazeroterapiya tətbiq olunur. Papi-
yon-Lefevr keratodermiyası zamanı müalicə antibiotikoterapiyadan və ağız boşluğunun
sanasiyasından başlanır.
|