495
3. Diaqnozu qoyduqdan sonra sizin fəaliyyətiniz.
Məsələ №52
Məsləhət üçün dermatologiya kafedrasına 68 yaşlı xadimə qadın
əllərin dərisində və
sümük toxumasında dəyişikliklərin yaranması şikayəti ilə müraciət etmişdir. Uşaqlıqda
infeksion xəstəlik keçirmiş, bununla əlaqədar uzun müddət müalicə almış, sonrakı müd-
dətdə profilaktik terapiya kursları almışdır.
Obyektiv olaraq: boyun nahiyəsində dəri örtüyünü müayinə etdikdə məməcikli çıxıntı-
ları olan yumşaq çapıqlar, əl barmaqlarının hissəvi mutilyasiyası, əllərin dərisinin çapıq-
vari
dəyişiklikləri, barmaqarası kontrakturalar aşkar edilir.
1. Hansı xəstəlikdən şübhələnmək olar?
2. Hansı spesifik xəstəliklər dərinin və sümük toxumasının zədələməsini törədə bilər?
3. Sizin növbəti müalicə taktikanız necədir?
Məsələ №53
Dəri xəstəlikləri klinikasına hərbi qulluqçu daxil olmuşdur, 22 yaşdadır, Gəncədə ya-
şayır, diaqnozu: baldırın aşağı 1/3 hissəsinin, ayaqların xronik piodermiyası. Klinika-
ya daxil olmazdan əvvəl tibb məntəqəsində xaricə işlədilən mikrob əleyhinə vasitələrlə
müalicə olunmuş, ocaq nahiyəsinə UVT aparılmış, B1 və B6 vitaminləri, aloy inyeksiya
edilmişdir. Dəridə patoloji dəyişikliklər müşahidə olunmamışdır. Anamnezdən məlum
olur ki, əsgərliyə çağırılmazdan 1 ay əvvəl yayda Kürdəmirdə qohumlarıgildə olmuşdur.
Obyektiv olaraq: baldırın aşağı 1/3 hissəsinin bükücü səthlərində və ayaqların arxasın-
da qeyri–düzgün formada infiltrasiyalı xoralar və eroziyalar vardır, onların üzəri çətin
qopan qartmaqlı-pulcuqlarla örtülmüşdür, qonuru-qırmızı rəngli, azacıq ağrılı valcıqla
əhatə olunmuşdur. Xəstənin ümumi əhvalı qənaətbəxşdir, bir qədər ağrılı qasıq limfade-
niti müəyyən olunur.
1. Epidanamnezi nəzərə almaqla hansı xəstəliklərdən şübhələnmək olar?
2. Diaqnozu dəqiqləşdirmək üçün hansı müayinələri aparmaq lazımdır?
3.Xəstəyə hansı sistem və xarici işlədilən vasitələr təyin etmək lazımdır?
Dostları ilə paylaş: