501
Məsələ №75
43 yaşlı qadın ağız boşluğunun selikli qişasının və yuxarı ətrafların dərisinin zədələn-
məsi və sutka ərzində daimi xarakterli qaşınma ilə müşayiət olunması şikayəti ilə mü-
raciət etmişdir. Bu simptomlar 3 həftə əvvəl 2-tərəfli pnevmoniya keçirdikdən sonra
(stasionar şəraitdə müalicə olunmuşdur) meydana çıxmışdır. MBT-nun xəstəlikləri və
2 tip şəkərli diabetlə əlaqədar terapevtin qeydiyyatındadır. Dermatoloji status: hər iki
yuxarı ətrafların dərisində (bükücü səthlərində) monomorf səpgilər təyin olunur. Birinci-
li element yastı papuladan ibarət olub onun mərkəzində basıqlıq , poliqonal formalı, di-
ametri 0,5 sm-dən 1
sm-ə qədər ölçüdə, bənövşəyi-qırmızı rəngli, mumabənzər parıltılı,
bərk konsistensiyalıdır. Papulaya (lövhəciklərə) vazelin yağı sürtdükdə onların səthində
ağımtıl-tutqun süd rəngli nazik və tor şəklində kəsişən xətlər aşkar edilir. Baldırların ön
səthində müsbət izomorf Kebner reaksiyası aşkar edilir. Ağız boşluğunun selikli qişa-
sında (dilin, dodaqların) diametri 1 sm-ə qədər olan və boz-ağımtıl «ərplə» örtülmüş 2
lövhəcik müəyyən olunur.
1. Sizin diaqnoz?
2. Diaqnozunuzu təsdiq edən diaqnostik əlamətləri sadalayın.
Dostları ilə paylaş: