R
EGİONAL
M
ÜLAHİZƏLƏR
A
FRİKA
: Sub-Sahara Afrikası parlamentlərindəki qadınların faizi 17.5%-dir. Bu da dünyada
orta hesabdan yuxarıdır. Dünyada parlamentdə olan qadınların ən çox sayına görə
Ruanda birincidir (49%). Sub-Sahara Afrikasında 6 qadından 1-i hamiləlik nəticəsində
ölür. Müqayisə üçün deyək ki, sənaye ölkələrində 2800 qadından 1-i hamiləlik nəticəsində
həyatını itirir. Afrikada yeniyetmə qızların təhsilini başa vurmaması çox yüksək səviyyəyə
çatıb. Uqanda təhsildə cinsi boşluğu aradan qaldırmaq üçün məktəb ödənişlərini
yığışdırıb.
A
SİYA
VƏ
O
KEANİYA
: Asiyada qanunverici vəzifələrdə çalışan şəxslərin 16.4%-i qadındır.
Tailandda cinsi partnyorlara göstərilən zorakılıq 15-24 yaşlı qadınlar və qızların ölməsinin
başlıca səbəbidir. Asiyada qız uşaqlarının doğulmadan öncə və doğulduqdan sonra
valideynlər tərəfindən öldürülməsi, qız uşaqlarına qəsdən qayğı göstərilməməsi və ac
qoyulması nəticəsində ən az 60 milyon qız uşağı “itirilir”. Oğlan uşaqlarına üstünlük verən
ailələrlə mübarizə aparmaq üçün Çin qızları olan valideynlər üçün təqaüd planlarını
maliyyələşdirir. Çində İnternet istifadəçilərinin 40%-i qadınlardır. Yaxın Şərq
universitetlərində oxuyan tələbələrin çoxu ərəb qadınlarıdır, lakin ərəb ölkələrinin
parlamentlərinin cəmi 8.9%-i qadınlardan təşkil olunub.
A
VROPA
: AB-də qanunverici və rəhbər vəzifələrin 30.6%-i, ATƏT-ə daxil olan ölkələrdə isə
qanunvericilərin 19.2%-i qadınlardan təşkil olunub (AB-yə daxil olan ölkələrdə orta
hesabla 24%). Norveç tələb edir ki fond birjasında qeydiyyatdan keçmiş bütün şirkətlərin
idarə heyəti hər cinsdən ən azı 40% olaraq təşkil olunmalıdır. AB-də qadınların təqribən
57%-i işləyir, lakin orta hesabla 15%-i eyni işə görə kişilərdən daha az pul alırlar. Çox az
kişilər ailədə daha çox məsuliyyəti üzərlərinə götürdükləri üçün qadınlar analara üz
peşəkar karyeralarını davam etdirməyə imkan verən inkişaf etmiş ictimaiyyət və şəxsi
(özəl) infrastrukturların olmasını istəyirlər. Lakin onlar ailə həyatına həsr etmək üçün boş
vaxtın azalmasından da narahatlıq keçirirlər. Təqribən 700 000 Şərqi Avropalı qadın
Qərbi Avropada cinsi qullardır. Avropa Komissiyası tərəfindən maliyyələşdirilən yeni
Gender Bərabərliyi üzrə Avropa İnstitutu qadınların cəmiyyətin bütün sahələrinə yardım
etdikləri və bununla da daha yaxşə strategiyaların işlənib-hazırlanmasına səbəb olduqları
haqqgnda kişiləri maarifləndirməlidirlər. Bosniyada baş vermiş müharibə zamanı 50 000-
dən çox qadın zorlanmışdır.
L
ATİN
A
MERİKASI
: Regionda qanunverici və rəhbər vəzifələrin 35%-i qadınlardan təşkil
olunub. Son bir neçə il ərzində Latın Amerika və Karib dənizi hövzəsi ölkələrində yaşayan
qadınlar öz insan haqlarının qorunmasında böyük irəliləyişlərin şahidi olsalar da, təhlükəli
abort mühüm ictimai səhiyyə problemidir və regionda ana ölümlərinin başlıca səbəbidir.
Meksikanın bəzi ştatlarında ilk 12 həftədə abort elətdirmək istəyən qadına himayədarlıq
edirlər. Hökumətlər zorlama, cinsi təzyiqlər və qadınlara və qadınlara zəhmət haqqının
ödənilməsinə dair qanunları dəyişməlidirlər. Regionda müşahidə olunan ən büyük
irəliləyişlərdən biri kişilərin öz “kişilik” mövqelərində dəyişiklik etmələridir.
Ş
İMALİ
A
MERİKA
: Şimali Amerikada qanunverici və rəhbər vəzifələrin 41.2%-i qadınlardan
təşkil olunub. ABŞ-da xüsusilə qadınların təhsildə nailiyyətləri ürəkaçandır və ancaq
iqtisadiyyatda və siyasi səlahiyyətlərin tutulmasında qadınların iştirakı nisbətən azdır.
Lakin hamiləliyə gürə məzuniyyət, analığa görə maddi yardım və uşaqların sosial
müdafiəsi məsələlərində ABŞ zəifdir. Kanada Beynəlxalq İqtisadi Forumun Qadınlara
Səlahiyyətlərin Verilməsi ölçülərinə əsasən dünyada yeddinci, ABŞ isə 17-cidir. ABŞ hələ
Qadınlara Qarşı Ayrı-Seçkiliyin Bütün Formalarının Aradan Qaldırılmasına dair
Konvensiyanı ratifikasiya etməyib. Qvebekdə qəbul olunan qanuna əsasən 2012-ci ilədək
dövlət korporativ təşkilatlarının idarə heyətlərinin 50%-i qadınlardan ibarət olmalıdır.
Qrafik 11. Parlamentlərdə Qadınlar (faiz)
Mənbə: Parlamentlərarası Birlik
12.
Transmilli mütəşəkkil cinayətkarlıq şəbəkələrini daha güclü və mürəkkəb
qlobal təsisаtа çеvrilmədən necə dayandırmalı?
Transmilli mütəşəkkil cinayətkarlıq müfəssəl, müştərək qlobal mübarizə strategiyasının
yoxluğunda inkişaf etməyə davam edir. Havocscope.com-un dəyərləndirmələrinə əsasən
dünyada qeyri-qanuni ticarət 1 trilyon dollara, saxtalaşdırma və piratçılıq 521.6 milyard
dollara, qlobal narkotika alveri 321.6 milyard dollara, ekoloji məhsullar alveri 55.7 dollara,
Skandin. ölkələri
Amerika
Asiya
Avropa-ATƏT
Sub Saxara Regionu
Sakit Okean regionu
Ərəb ölkələri
Dünya
insan alveri 43.8 milyard dollara, istehlak malları 37.5 milyard dollara və silah alveri 10.1
milyard dollara gəlib çatır. Əsasən qeyri-qanuni narkotika və silah alveri yüksək dərəcəyə
çatıb. Dünya Bankının dəyərləndirmələrinə əsasən, keçən il ərzində verilən rüşvət 1
trilyon dollar, “yuyulmuş pullar” isə 1.5-6.5 trilyon dollar təşkil edib. Nəticə etibarilə, ümumi
məbləğ 2 trilyon dollarg ötüb keçir və bu da dünyadakı bütün hərbi büdcələrdən 2 dəfə
çoxdur. Transmilli mütəşəkkil cinayətkarlıq üçün də hesablamalar aparmaq çox çətindir,
çünki nəğd pul daşıyan qaçaqmalçı kuryerlərin, brilyantların geniş şəkildə istifadəsi və
anonim İnternet bankçılıq onun əsl qazancını gizlədir.
BMT-nin verdiyi məlumata əsasən, hal-hazırda dünyada 27 milyon insan qul kimi saxlanır.
Bu da o deməkdir ki, butün dünyada Afrika qul ticarətinin kulminasiya nöqtəsində olduğu
zaman mövcud olan saydan daha çox qul var. Bunların çoxu Asiyadadır. İnsan Alveri ilə
Mübarizə üzrə Qlobal Təşəbbüs bu il təsis olunub və BMT-nin İnsan Alveri ilə Mübarizə
Protokolu 110-dan çox ölkə tərəfindən ratifikasiya edilib, lakin arzuolunan nəticə hələ əldə
olunmayıb. Dünya Bankının dəyərləndirmələrinə əsasən verilən rüşvətlərin cəmi 20-40
milyard dolları inkişaf etməkdə olan və keçid iqtisadiyyatına malik ölkələrə gedibsə, onda
rüşvətlərin büyük əksəriyyəti daha varlı ölkələrdəki insanlara ödənilib. Bu, həmin ölkələrdə
qərar qəbul etmə prosesinin çox böyük məbləğdə pullara qarşı zəiflik göstərməsi ilə izah
olunur. Qərarlar da heroin kimi alınıb-satla bilir və bununla da demokratiyanı bir xəyala
çevirirlər.
Şimali Koreya hökumətinin verdiyi məlumata əsasən, ölkə il ərzində 500 milyon dollardan
1 milyard dollara qədər məbləğdə pulu cinayətkar qruplaşmalardan xilas edir. Bir çox
əfqan dövlət məmurları qeyri-qanuni narkotika alveri ilə məşğul olurlar. Gün ərzində 2
trilyon dollar məbləğində pulların kompüter komunikasiyaları vasitəsilə beynəlxalq
köçürmələri şirnikdirici bir hədəfdir. Şəxsiyyətin kütləvi şəkildə oğurlanması kimi İnternet
cinayətləri transmilli mütəşəkkil cinayətkarlığın əsas fəaliyyətinə çevrilib. QİÇS
nəticəsində yetim qalmış 13-15 milyon uşaq, bundan savayı, 2010-cu ilədək QİÇS
nəticəsində yetim qalmaları gözlənilən digər 10 milyon uşaq, transmilli mütəşəkkil
cinayətkarlıq üçün yeni istedadlar yetişdirən geniş bir bataqlıq əmələ gətirə bilər. Bir çox
ölkələrdə reseptlər vasitəsilə narkotiklərin istifadəsi, narkotiklərin ənənəvi qeyri-qanuni
istifadəsini ötüb keçib. Və dərmanların tərkibinin saxtalaşdırılması transmilli mütəşəkkil
cinayətkarlıq üçün yeni biznes sahəsidir.
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Maliyyə Əməliyyatları Operativ Qrupu pulların
yuyulması ilə mübarizə üçün 40 tövsiyyə işləyib-hazırlayıb, BMT-nin Narkotiklər və
Cinayətkarlıqla Mübarizə İdarəsi Çirkli Pulların Yuyulması əleyhinə Qlobal Proqram
yaradıb. Bundan əlavə, Narkotiklərə Nəzarət Beynəlxalq Heyəti, Ümumdünya Gömrük
Təşkilatı, Beynəlxalq Anti-Korrupsiya Koordinasiya Qrupu, İnterpol və Beynəlxalq Cinayət
Məhkəməsi də mövcuddur. Lakin bütün bunlara baxmayaraq Transmilli Mütəşəkkil
Cinayətkarlıq artmaqda davam edir və yoxulluğun, suyun və sabit inkişafın daxil edildiyi
kimi beynəlxalq gündəliyə daxil olunmayıb. Transmilli Mütəşəkkil Cinayətkarlıq əleyhinə
qlobal yekdilliklə əməliyyatlara başlanılması üçün cəmiyyətin bütün sahələrinin beynəlxalq
kampaniyaya başlaması vaxtıdır. Çünki, transmilli mütəşəkkil cinayətkarlıq elə bir nöqtəyə
gəlib çıxıb ki, dövlətlərin onunla mübarizə aparması günü-gündən çətinləşir. BMT-nin
Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsi bütün ölkələri bu problemi dəf etmək üçün
müştərək strategiya işləyib hazırlamağa dəvət edib. Bir neçə Avropa və Latın Amerikası
ölkəsi qeyri-rəsmi şəkildə bir qlobal strategiya qəbul ediblər. Beynəlxalq orqan cinayətlərin
kateqoriyalarını müəyyənləşdirməkdənsə yuyulmuş çirkli pulların həcmi əsasında eyni
vaxtda 1 transmilli mütəşəkkil cinayətkarlıq liderinin həbs olunması və məhkəməyə cəlb
olunması məqsədilə əməkdaşlıq üçün prioritetlər sistemi istifadə edəcək.
BMT-nin Transmilli Mütəşəkkil Cinayətkarlıq Əleyhinə Konvensiyası 2003-cü ilin
sentyabrında qüvvəyə minib. Bu konvensiya ölkələri mütəşəkkil cinayətkarlıqla mübarizə
üçün beynəlxalq əməkdaşlığa çağırır. Ola bilsin ki, bu konvensiyaya edilmiş əlavə
transmilli mütəşəkkil cinayətkarlığın müxtəlif sahələrinə qarşı yönəlmiş əlaqədar
təşkilatları tamamlamaq üçün yeni bir orqan kimi maliyyə təqibatı sistemi təsis edə bilər.
Bu təşkilatlarla əməkdaşlıq etməklə bu yeni sistem, yuyulmuş pulların məbləğinə əsasən
əsas cinayətkarları müəyyən edəcək, məhkəmə prosesinə başlayacaq, şübhəli şəxsin
dondurula biləcək aktivlərini müəyyən edəcək, şübhəli şəxsin cari yerini hazırlayacaq,
yerli hökumət orqanlarının həbs etmə bacarığını qiymətləndirəcək və dərhal tədbir
görülməsi üçün məsələni müvafiq məhkəməyə göndərəcək. Hər şey hazır olanda,
cinayətkarı həbs etmək, aktivləri və çıxışı dondurmaq, məhkəmə işi açmaq və prioritet
siyahısında olan digər cinayətkara keçmək üçün bütün əmrlər eyni vaxtda icra olunacaq.
Məhkəmələr BMT-nin sülh məramlı hərbi qüvvələri kimi, lottereya sistemi yolu ilə könüllü
ölkələr arasından təmsil oluna bilərlər. Ölkələr hakimiyyət hüquqlarından qismən imtina
etməlidirlər, çünki qlobal sistem əsasən cinayətdə günahlandırılan ölkədən kənarda təqib
üçün yer müəyyənləşdirəcək (cinayətkarın qaytarılması BMT-nin Mütəşəkkil Cinayətkarlıq
Əleyhinə Konvensiyası tərəfindən qəbul olunub). Hökumət tərəfindən ilkin
maliyyələşdirilmədən sonra, sistem, davamlı əməliyyatlar üçün maliyyə dəstəyini hökumət
yardımlarından yox, təqsirli bilinən cinayətkarların dondurulmuş aktivlərindən alacaq.
12-ci Çağırışa o vaxt uğurla cavab veriləcək ki, pulların yuyulması və cinayətlərin gəlir
mənbələri 75% azalacaq və hüquq-mühafizə orqanları bütün ölkələrdə effektiv şəkildə
təşkil olunacaq.
R
EGİONAL
M
ÜLAHİZƏLƏR
A
FRİKA
: Mərakeşdə həşiş ticarəti həm Avropada həm də Şimali Afrikada terrorizmi
dəstəkləmək üçün istifadə olunur. Afrikadakı üsyankar kütlələr, mütəşəkkil cinayətkarlıq
və terrorizm arasındakı bağlar genişlənə və yaşamaq üçün çox az qanuni vasitələri olan,
QİÇS nəticəsində yetim qalmış milyonlarla uşaq tərəfindən gücləndirilə bilər. Korrupsiya
Afrika cəmiyyətinin çox hissəsinə nüfuz edib və hal-hazırda bəlkə də bir çox ölkələrdə
inkişafı məhdudlaşdıran ən böyük amildir.
A
SİYA
VƏ
O
KEANİYA
: Heroin istehsalı və insan alveri region üçün əsas gəlir mənbələrindən
biridir. Məlumatlara əsasən Çində mütəşəkkil cinayətkar qruplaşmalar öz fəaliyyətlərini
Rusiyada da həyata keçirirlər. Çin yeni güclü pulların yuyulması əleyhinə qanun qəbul
edib.
A
VROPA
: Milli siyasətə əsaslanan Avropa koalisiyaları qlobal mütəşəkkil cinayətkarlığa
cavab verə bilmirlər. Hal-hazırda Rusiyanın məsaməli sərhəddi, AB-nin vahid iqtisadi
ərazisi səbəbindən törənmiş təhlükəsizlik problemlərinə bir əlavə olacaq və Şərqi Avropa
ölkələrində insan alveri problemi açıq sərhədlər sayəsində güclənəcək. Avropanın və
Mərkəzi Asiyanın keçid iqtisadiyyatına malik ölkələrində korrupsiyanın səviyyəsi azalıb.
L
ATİN
A
MERİKASI
: BMT-nin Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsinin verdiyi
məlumata əsasən, cinayətkarlıq narkotiklərlə əlaqəli zorakılığın kəskin şəkildə artdığı
Mərkəzi Amerikanın sabitliyinə əngəl törədən yeganə böyük məsələdir. ABŞ-ın 6 il davam
edən və demək olar ki, 5 milyard dollara başa gələn Kolumbiya Planı kokainin əldə
olunmasında, qiymətində və keyfiyyətində heç bir dəyişikliyə nail olmayıb.
Dəyərləndirmələrə əsasən, Meksika ÜDM-sinin 5%-i “yuyulur” və onun narkotika birlikləri
Peruya köçür. Çünki, orada kokainin hasil olunması 40%-ə bərabərdir.
Ş
İMALİ
A
MERİKA
: ABŞ Milli Təhlükəsizlik Departamenti İnsan Qaçaqmalçılığı və Alveri
Mərkəzi açıb. Mütəşəkkil cinayətkarlıq və onun terrorizmlə əlaqəsi milli təhlükəsizliyə
təhlükə kimi qiymətləndirilməlidir. Ölkələr, öz ölkələrində və digər ölkələrdə baş verən
cinayətkar fəaliyyətlərə cəlb olunmuş birliklər üçün məsuliyyət daşımalıdırlar. Əqli
mülkiyyət itkisi təkcə ABŞ-da 200-250 milyard dollar dəyərindədir. Radio tezliklərinin və
digər müəyyən etmə üsulları qanuni materialların qeyri-qanuni sövdələşmələrə cəlb
olunmalarını izləməyə imkan verəcək. 2006-cı ildə ABŞ-a aparılan 17000 əcnəbi qurbanın
yarısı kommersiya məqsədi daşıyan cinsi biznes üçün buraya gətirilmiş və təqribən 200
000-i isə ABŞ-da köləlik etmək üçün nəzərdə tutulublar.
Qrafik 12. Beynəlxalq Qeyri-Qanuni Ticarət
Mənbə: Havocscope.com
13.
Enerjiyə artan tələbat necə təhlükəsiz və səmərəli şəkildə təmin
оlunmаlıdır?
Qlobal enerji strategiyalarını işləyib-hazırlamaq və yeniləşdirmək imkanları çox mürəkkəb
görünür və qərar qəbul edənlərin səlis siyasət qurmaları üçün sürətlə dəyişir. Bununla
belə qeyri-səlis siyasətin ekoloji və sosial nəticələri o qədər ciddidirlər ki, tanıma, təhlil,
mümkün nəticələrin qiymətləndirilməsi və enerji imkanlarının sintezi üçün yeni qlobal
sistemin qurulması bir daha təsdiqlənir. Elə bir sistem qurulmalıdır ki, o ictimaiyyət,
siyasətçilər və qeyri-elm adamları, həmçinin dünyanın qabaqcıl alimləri və mühəndisləri
tərəfindən başa düşülə və istifadə oluna bilinsin.
İki böyük enerji istehlakçısı və CO
2
istehsalçısı kimi ABŞ və Çin, həm yerdə, həm də
kosmosda təsis edilmiş günəş-elektrik enerjisi iqtisadiyyatından tutmuş, kütləvi bioloji
yanacaqlar və uzaqdan idarə olunan işlərə qədər çoxlu imkanlara malik “Apollo-like”
(“Apolloya bənzər”) qlobal enerji Tədqiqat və Təkmilləşdirmə proqramı həyata
keçirməlidirlər. İlkin ABŞ-Çin əməkdaşlığı daha təmiz kömür və bioyanacaqların istehsalı
ilə başlayıb. Enerjidən istifadənin effektivliyi daha zəngin ərazilərdə tələbatı artıracaq və
azaldacaq – bugün, 1973-cü ildə Beynəlxalq Enerji Agentliyinə daxil olan ölkələrdə ÜDM-
İstehlak
Məhsulları
Silah
İnsan Alveri
Saxtalaşdırma və
piratçılıq
Narkotik Alveri
Ətraf Mühit
Məhsulları
nin vahidini istehsal etmək üçün sərf etdiyi enerjidən 33% az enerji sərf olunur. Lakin Çin
və Hindistan kimi digər ərazilərdə mövcud olan tələbat 2003-cü ildən 2030-cu ilədək
qlobal tələbatı 50%-dən çox artıracaq və bu da alternativlər uğurlu nəticə verənədək
mədən yanacaqlarının istehlakını enerjiyə olan ilkin tələbatın 81%-nə qədər artırır. Eyni
zamanda karbonun geniş miqyasda sorulması, saxlanılması və yenidən istifadəsi də əsas
prioritetlərdən biri olmalıdır. 2006-cı ildə bərpa olunan və az karbonlu texnologiyaya 70
milyard dollardan çox pul qoyulub. 2005-ci ildəkindən 43% çox; 1500 təmiz texnoloji
(klintek) şirkət açılıb və ABŞ-da 4093 patent günəş və bioloji yanacaqların üstünlük təşkil
etdiyi təmiz texnologiyaya əsaslanır.
Tədqiqatlar göstərir ki, günəş enerjisi elektrik enerjisinin əsas mənbəyinə çevrilə bilər və
əgər ətraf mühitin çirklənməsi artmasa və ərzaq qiymətləri çox qalxmasa, biomassa nefti
geniş şəkildə əvəz edə bilər. Hallofit bitkilərindən və yosunlardan istifadə etməklə sahildə
yerləşən səhralıqları dəniz suyuyla kütləvi şəkildə suvarmaqla ildə hər hektara 190 000 litr
bioyanacaq istehsal etmək olar. İstifadə olunmuş istini bir daha istifadə etməklə müştərək
enerji istehsalı enerji istehsalına böyük yardım göstərə bilər. Bundan əlavə, fəaliyyət
müddətinin 40 il olacağı gözlənilən təqribən 1000 kömür zavodu CO
2
–nin sorulması
nəzərdə tutulmadan planlaşdırılma və ya inşa edilmə mərhələlərindədirlər. Növbəti 25 il
ərzində tikilmələri layihələşdirilən kömürlə işləyən elektrik stansiyalarından buraxılan
emissiyalar, ötən 250 il ərzində havaya buraxılmış emissiyalardan çoxdur. Ətraf mühitin
qorunması hərəkatları mədən yanacağı sənayelərini bağlamağa cəhd edə bilər, necə ki,
30 il bundan qabaq bu cür hərəkatlar atom (nüvə) enerjisinin inkşafını dayandırmışdır.
Atom (nüvə) enerjisinin mədən yanacaqlarından emissiya olunan istixana effektini
yaradan qazların əvəz etməsi üçün təqribən 2000 atom elektrik stansiyası tikilməlidir – 15
ildə həftəyə 2 və ya 3 stansiya. Daha bir Çernobl hadisəsinə bənzər hadisənin baş
verməsi atom (nüvə) enerjisinin genişlənməsini dayandıra bilər.
Daha yaxşı elektrik keçiriciliyi üçün naqillər nanoborucuqlarla əvəz oluna bilər. Günəş
fermaları gümüş və digər generatorların köməyilə günəş işığını qüllələrin təpəsində
cəmləşdirə bilər. Binalara və digər səthlərə yapışdırılan plastik nanotex fotoqalvaniklər
xərcləri azalda və effektivliyi artıra bilərlər. Külək enerjisinin potensialının
dəyərləndirilməsi günü-gündən artmağa davam edir. Hidrogen infrastrukturuna keçid çox
baha başa gələ və iqlim dəyişikliyinə gec təsir edə bilər. Qoşula bilən hibridlər və elastik
yanacaqla işləyən nəqliyyat vasitələri, batareyaların qiymətinin düşməsi və preslənmiş
havayla işləyən avtomobillər teziklə yalnız neftlə işləyən nəqliyyat vasitələrinə alternativ
olacaqlar. “C hydrogenoforman” bakteriyalarının suyu və dəm qazını hidrogenə necə
çevirməsini öyrənmək davamlı hidrogen istehsalında irəliləyişlərə səbəb ola bilər. Günəş
enerjisi ilə işləyən kosmik peyklər baza-əsaslı elektrik enerjisi qlobal əsasda idarə edə
bilər və bununla da effektliliyi artıra və enerjini elektrik şəbəkəsinə doğru yönəldə və
dünyanı davamlı zəngin elektrik enerjisiylə təmin edə bilərlər. Enerji istehsalının və
istifadəsinin təsirlərini əks etdirmək məqsədi daşıyan, enerjinin dəyərləndirilməsi
strategiyaları və karbon vergiləri üçün elmi ölçülər üzrə razılaşmalar zəruri olacaq. Bütün
bunlar Beynəlxalq Enerji Təşkilatının yaranmasını tələb edə bilər.
13-cü Çağırışa o vaxt ciddiliklə cavab veriləcək ki, ekoloji cəhətdən zərərsiz olan
proseslərdən istehsal olunan enerji 5 il dalbadal digər enerji mənbələriniüstələyəcək,
atmosferik CO
2
aşqarları ən az 5 il ərzində azalacaq və bu 5 illik amil sayəsində dünyada
enerji tədqiqat və təkmilləşdirmə xərcləri artacaq.
R
EGİONAL
M
ÜLAHİZƏLƏR
A
FRİKA
: Afrika Çinə idxal olunan neftin 30%-ini istehsal edir. Afrika çox davamlı bərpa edilə
bilən enerji mənbələrinə saatda 3140 teravatdan çox tükənən texniki hidroenergetika
potensialına, 9000 meqavatdan çox geotermal potensialına, zəngin biomas potensialına,
davamlı günəş potensialına və bəzi ölkələrdə əhəmiyyətli külək potensialına malikdir.
Bununla belə bərpa oluna bilən mənbələr regionun ilkin enerji təchizatına 1%-dən az
yardım göstərir.
A
SİYA
VƏ
O
KEANİYA
: Çin istehsalı olan ucuz batareyalar tezliklə elektrik enerjisiylə işləyən
maşınların tezliklə meydana çıxmasına səbəb ola bilər. Baxmayaraq ki, Çin 1991-ci ildən
bu yana ÜDM-yə görə enerjini 50% azaldıb, onun CO
2
emissiyalarI 2008-cİ ildə ABŞ-ı
ötüb keçib. Çin dünyada ikinci böyük neft istehlakçısıdır və 2020-ci ilədək öz nüvə
imkanlarını 4 dəfə artırmağı planlaşdırır. Çində istehsal olunan enerjinin 2/3-si kömürdən
əldə olunur – bu da Çini hər hansı bir istixana effekti yaradan qazların qarşısının alınması
strategiyasında tənqidçi oyunçuya çevirir. Filippində istehsal olunan elektrik enerjisinin
27%-i geotermal mənbələrdən əldə olunur. Yaponiya və Cənubi Koreya enerjinin demək
olar ki, hamısını idxal edirlər. Yaponiya orbitdə günəş enerjisini necə emal etməyin və o
enerjini Yer kürəsindəki elektrik stansiyaları şəbəkəsinə yönləndirməyin yollarını araşdırır
və 2020-ci ilədək yanacaq elementləri ilə işləyən 5 milyon maşına malik olmağı
planlaşdırır. Avstraliya 2010-cu ilədək közərmə lampalarının istifadəsini qadağan edərək
yığcam flüoresent lampaların istifadəsinə keçməyi planlaşdırır.
Dostları ilə paylaş: |