Gələcəyin Durumu



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə6/15
tarix21.04.2017
ölçüsü5,01 Kb.
#15040
1   2   3   4   5   6   7   8   9   ...   15

R
EGİONAL
 M
ÜLAHİZƏLƏR
A
FRİKA
: 2006-cı  ildə Afrikada internet  istifadəçilərinin sayı 41% artıb,  lakin penetrasiya 
cəmi 3.6%-dir və Misir, Mərakeş, Nigeriya və Cənubi Afrika ümumilikdə 59% təşkil edirlər. 
Nigeriya havaya kommunikasiya peyki buraxıb və tezliklə Cənubi Afrikadan da bir peyk 
buraxılacaq. “E-tədris Afrika 2007“ Keniyada keçirilib, və keçən ilki görüşdən 4 dəfə artıq 
iştirakçıları   özünə   cəlb   edib.   Tele-təhsil,   tele-tibb   və   elektron   hökumət   tezliklə   böyük 
əhəmiyyətə   malik   olacaq,   çünki   QİÇS-dən   ölən   Afrika   mütəxəssislərinin   sayı   günü-
gündən artır.    
 
A
SİYA
 

  O
KEANİYA
:  Dünyada   ən   çox   İnternet   istifadəçisi   Asiyadadır,   lakin   burada   da 
penetrasiya cəmi 11% təşkil edir; nəticə etibarilə İnternetdən istifadənin artması burada 
hələ   təzə   başlayıb.   Çin   dili   İnternetdə   istifadə   olunan   ikinci   ən   ümumi   dildir,   və   11% 
penetrasiyaya   malikdir   (2007-ci   ilin   Aprelinədək   144   milyon   istifadəçi).   Çin   20   milyon 
bloqa   və   843,   000   internet-səhifəyə   malikdir.   Çin,   televiziyanı,   telefoniyanı   və   tək   bir 
şəbəkə hesabına geniş diapazonlu İnternetə çıxışı özündə birləşdirən dünyanın ən böyük 
kabel-TV-şəbəkəsinə malikdir.  Çin  hökuməti „zərərli“ məlumatların  qəbulunun qarşısını 
almaq məqsədilə güclü nəzarət həyata keçirməyə davam edir və xarici şirkətlərin onlarla 
əməkdaşlıq   etikası   üzrə   mübahisələr   yaranmışdır.   2007-cil   ildə   Hindistanda   proqram 
təminatı   və   xidmətlərinin   ixracının   31   milyard   dollara   çatacağı   gözlənilir.   Bu   göstərici 
2006-cı ildəkindən 33% yuxarıdır, və 2010-cu ilədək 60 milyard dollara çatması gözlənilir. 
Yapon dili bloqosferanın istifadə olunmasında ingilis dili ilə əlaqəlidir. Qlobal hesablamalar 
Cənubi   Koreya   üçün   milli   məqsədə   çevrilib,   bu   da   dünyada   geniş   diapazonlu 
penetrasiyanın mövcudluğuna gətirib çıxaracaq.  
A
VROPA
: Avropada 319 milyon İnternet istifadəçisi var, penetrasiya səviyyəsi isə 39.4% 
təşkil   edir.   Fransız   namizədləri   “İkinci   Həyat”   adlı   virtual   reallıq   sistemində   seçki 
kampaniyası   həyata   keçiriblər.   Estoniya   bütün   millətlərə   qarşı   yönəlmiş   ilk   kiber-
müharibənin obyekti olmuşdur. Rusiya öz KİV və telekomunikasiya xətləri/İnternet/Şəbəkə 
dövlət idarəetmə orqanlarını birləşdirib. 

Kanada və ABŞ
Avropa
Asiya və Okeaniya
Latin Amerikası və Karib regionu
Afrika
Yaxın Şərq
m
ily
on
 ə
h
al

L
ATİN
  A
MERİKASI
:  Yalnız Argentina və Çili 30%-dən çox penetrasiyaya malikdirlər, halbuki 
qitədə   olan   ölkələrin   çoxunda   bu   göstərici   cəm   10-20%-dir.   Braziliya   Amazon 
regionundakı   150   icmanı   İnternetlə   təmin   edir.   İnternet   vasitəsilə   həyata   keçirilən 
müştərək əməkdaşlıqlar regionun inkişafı üçün həyati əhəmiyyətə malikdir.    
Ş
İMALİ
  A
MERİKA
:  Massaçusets Texnologiya İnstitutu Kollektiv İntellekt Mərkəzi açıb. Tibbi 
fəlakət   planlaşdırması,   ekoloji   monitorinq,   təhsilin   inkişafı,   enerjinin   idarəolunması   və 
digər   qlobal   çağırışlara   tətbiq   olunan   kollektiv   intellekt   üçün   məlumat   infrastrukturu 
yaradır.   ABŞ Senatı  Avropa  Şurasının  Kibercinayətlər üzrə  Konvensiyasını  ratifikasiya 
etmişdir. Şəbəkənin 2008-ci il ABŞ Prezident seçkilərinə gətirib çıxaran siyasətdə mühüm 
rol oynayacağı gözlənilir.
Qrafik 6. Regional İnternet istifadəçilərinin Artımı
Mənbə: 
internetworldstats.com

7. 
Etik bazar iqtisadiyyatını varlı və kasıb arasında fərqin аrаdаn 
qаldırılmаsınа  yardım etməyə necə vadar etməli?
2006-cı ildə Qlobal iqtisadiyyat 5.4% artaraq 66 trilyon dollara (PPP) çatıb. Əhalinin 1.1% 
artması orta hesabla adambaşına düşən gəliri 4.3% artırıb. Belə halda 2000-2015-ci illlər 
arasında dünyada yoxsulluq   yarıdan çox azalacaq, bununla da BMT-nin MİM-inə nail 
olunacaq.   Baxmayaraq,   ola   bilsin   ki,   sub-Sahara   Afrikasında   buna   nail   olunmayacaq. 
Baxmayaraq ki, dünyanın illik iqtisadi artımı inkişaf edən ölkələrin payına düşür və 2006-
cı   ildə   iqtisadiyyatda   7%   artım   qeydə   alınıb,   gəlir   bərabərsizlikləri   hələ   də   böyük 
miqyasdadır:   dünyanın   ən   varlı   insanlarının   2%-i   dünya   sərvətlərinin   yarıdan   çoxuna 
sahibdir,   kasıb   insanların   hamısı   isə   bu   sərvətin   sadəcə   1%-inə   yiyələnib.   Dünya 
Bankının verdiyi məlumatlara əsasən 2004-cü il ilk il idi ki, gün ərzində adambaşı 1% 
dollara yaşayan insanların sayı 1 milyarddan aşağı düşüb, və 2015-ci ilədək dünyanın 
son dərəcədə yoxsulluq içində yaşayan insanlarının sayı 10% azalacaq. Dünya əhalisinin 
demək olar ki yarısına gün ərzində adambaşı 2 dollardan az düşür, və bu məbləğin 2015-
ci ilədək 1/3 nisbətdə azalacağı gözlənilir. 
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının İnkişafa Yardım Komitəsinin üzvlərinin rəsmi 
inkişafa yardımı 2006-cı ildə 5.1% düşərək 103.9 milyard dollar olub. Halbuki inkişaf edən 
ölkələrə   göstərilən   fərdi   maliyyə   vasitələri   647   milyard   dollara   çatıb.   BMT-nin   İnkişaf 
Proqramına   əsasən   sənaye   ölkələri   tərəfindən   kənd-təsərrüfatına   ayrılan   subsidiyalar 
inkişaf   edən   ölkələrə   ildə   72   milyard   dollara   başa   gəlir.  ÜTT   kənd-təsəsrrüfatı   ixrac 
subsidiyalarını   2013-cü   ilədək   azaltmağa   razılaşıb.   Bunun   və   əlavə   olaraq   qarşılıqlı 
mənfəətə   əsaslanan   ticarətin,   artan   iqtisadi   azadlığın   və   uğurlu   Doha   Raund 
danışıqlarının  inkişaf   edən  ölkələrdə   iqtisadi   artımını   əhəmiyyətli  şəkildə  irəli  çəkəcəyi 
gözlənilir.  Karbon emissiyaları ticarəti tezliklə ildə  200  milyard dollara çatacaq. Bunun 
yarısı   inkişaf   edən   ölkələrə   doğru   yönəlir.   İqtisadi   Azadlıq   İndeksi,   Korruspiyanın 
Qavranılması İndeksi, və Rüşvət Verənlərin İndeksi göstərir ki, korrupsiyanın azaldılması 
və artan azadlıq təkmilləşmiş iqtisadi inkişafla əlaqəlidir. Dünya Bankının həyata keçirdiyi 
araşdırmaya əsasən 2006-cı ildə rüşvətxorluq 1 trilyon dollara çatıb. BMT-nin Korrupsiya 
əleyhinə Konvensiyası 2005-ci ilin Dekabrında qüvvəyə minib. 
ÜTT-nin verdiyi məlumata əsasən, 2006-cı ildə Çinin ixracatı 969 milyard dollara, ABŞ-ın 
ixracatı isə 1,037 dollara milyarda çatıb. Belə getsə Çin 2007-ci ildə ABŞ-ı keçəcək. Onun 
yüksək texnologiyaya və aşağı əmək haqqıya malik şəraiti, və əlavə olaraq Hindistanın 
günü-gündən   artan   inkişafı   digər   inkişaf   edən   ölkələrin   onlarla   rəqabətə   girməsini 
çətinləşdirəcək. Nəticə etibarilə bir çox inkişaf edən ölkələr üçün ixracat-yönümlü artım 
strategiyalarını   yenidən   nəzərdən   keçirmək   və   təkcə   onların   kənd-təsərrüfatı   və   daxili 
sənaye   bazarlarına   əsaslanmaqla   kifayətlənməyib,   məlumat,   xidmət   və   bilik 
təsərrüfatlarının   istehsal  vasitəsi  olan   İnternet   vasitəsilə  yeni  fəaliyyətlərə  təkan  verən 
alternativ   inkişaf   stretagiyaları   yaratmaları   ağıllı   bir   iş   olardı.   Strategiyalar   mövcud 
olmayan   işləri   axtarmaqdansa,   İnternet   vasitəsilə   bazarlar   axtaran   fərdləri 
dəstəkləməlidirlər. İşgüzar Faəliyyət hesabatlarına əsasən 2005-06-cı illərdə 43 ölkədə 
fərdlərin biznesə başlaması asanlaşıb. 
Varlılar və kasıblar arasında, azad bazarların gücündən istifadə edən və qlobal əxlaqa 
əsasən qeyri-bərabərlikləri azaltmaq üçün idarə həyata keçirən qlobal əməkdaşlıq üzrə 
strateji plan yaradılmalı və həyata keçirilməlidir. Əks halda bu qeyri-bərabərliklər kifayət 
qədər arta və kasıbların varlı regionlara miqrasiya etməsi və nəticə etibarilə münaqişələrin 
artmasına   səbəb   ola   bilər.   Strategiyaya   həmçinin   tele-təhsilə   və   tele-işlərə   qoyulmuş 

kütləvi   sərmayələr   daxil   edilməli   və   beləliklə,   rifah   mövqeləri   sahibikarlıq   ruhu   ilə 
əvəzlənməli və bu da öz növbəsində texniki yardımla kombinə edilmiş, geniş mikrokredit 
mexanizmləri   ilə   gücləndirilməklə   yanaşı,   geniş   özəl   sektora   malik   olmayan   ölkələrdə 
dövlər rifahından istifadə edilməlidir. Etik bazar iqtisadiyyatları ədalətli məhkəmə sistemi 
və siyasi sabitliyi olan, yerli inkişaf qərarlarında iştirak etmə şansı verən, sosial və ekoloji 
məqsədlərə əməl edən biznes vasitələrinə, qarşılıqlı mənfəətə əsaslanan ticarətə, sağlam 
sərmaye   atmosferinə   və   torpağa,   kapitala   məlumata   çıxışı   təmin   edən   hökumətlər 
tərəfindən təmin edilən “hamı üçün bərabər imkanlar” tələb edir. 
7-ci Çağırışa o vaxt ciddiliklə cavab veriləcək ki, bazar iqtisadiyyatından sui-istifadə edən 
və korrupsiya ilə   məşğul olan şirkətlər və hökumətlər intensiv şəkildə məhkəməyə cəlb 
olunacaq və inkişafdan qalma – bütün mənalarda – yaxın 10 ilin 8-ində azalacaq.
R
EGİONAL
 M
ÜLAHİZƏLƏR
A
FRİKA
: 1997-ci ildə ancaq 1 Afrika ölkəsi ən yüksək kredit ödəmə qabiliyyətinə malik olub; 
indi   isə   bu   göstərici   20-dir.   Bu   da   Afrikaya,   məhsul   ixracına   deyil,   gələcək-yönümlü 
fəaliyyətlərə sərmayə qoymaq üçün daha yaxşı  kredit əldə etmə  imkanı verir. Cənubi 
Afrika istisna olmaqla, sub-Sahara Afrikasında orta hesabla 4.5% artım qeydə alınıb, lakin 
yüksək doğum sayları, korrupsiya, silahlı münaqişələr, kasıb hökumət, ekoloji tənəzzül, 
zəif səhiyyə xidmətləri  və savadsızlıq ucbatından yoxsulluq artmağa davam edir.  Hal-
hazırda dünyadakı ən kasıb insanların 30%-i Afrikadadır. 1990-cı ildə bu göstərici 19%, 
1981-ci ildə isə cəmi 11% olub. Afrikanın İnkişafı üzrə Yeni Əməkdaşlığın məqsədi özəl 
sektoru inkişaf etdirmək, informasiya və kommunikasiya texnologiyalarını təkmilləşdirmək, 
istehsalatı və ixracatı müxtəlifləşdirmək (diversifikasiya etmək), ekoloji idarəetməyə imkan 
yaratmaq, kiçik biznesləri təşviq etmək və korrupsiya ilə mübarizə aparmaqdır. Dövlət 
büdcələri  Misirdə olduğu  kimi  yerli  özünəyardımla  əlaqələndirilməlidirlər; mədəniyyətlər 
daha elm və sahibkarlıq yönümlü olmalıdırlar. 
A
SİYA
 

 O
KEANİYA
: Su və enerji çatışmamazlığı, kənd-şəhər gəlirləri arasındakı uçurumun 
genişlənməsi,   və   ümumi   ekoloji   şərait  Çin   və   Hindistanın   müstəsna   şəkildə   iqtisadi 
inkişafını – 200 milyon sahibkarın millyonlarla insanı yoxsulluqdan çıxarmasını – təhlükə 
altına salır. Region dünya istehsalatının təqribən 1/3 hissəsini hasil edir və dünyadakı 
yoxsul əhalinin 2/3-si bu regionun payına düşür. ASEAN öz üzvləri arasında inteqrasiyanı 
sürətləndirməyi və 2015-ci ilədək ASEAN Birliyini təsis etməyi planlaşdırır. Yaxın Şərqdə 
iqtisadi inkişaf üçün əsas amillər daha geniş iqtisadi azadlıq, İsrail-Fələstin münaqişəsinin 
həll   olunması,   qanunun   aliliyi,   savadlılığın   artması,   cinsi   bərabərlik   və   kiçik   biznesin 
inkişafıdır.
A
VROPA
:   Yüksək   dərəcədə   işsizliyin,   yaşlanan   əhalinin   və   baha   ictimai   xidmətlərin 
kombinasiyası mühacirlərin sayının artması, və təqaüdə çıxmış Avropalıların yeni nəsli 
arasında   daha   çox   tele-sahibkarların   mövcudluğu   olmadan   tab   gətirə   bilməz.   AB-nin 
genişlənməsi əxlaqi bazarı böyütməyə və qanuni sistemləri tarazlaşdırmağa davam edir. 
Lakin   varlı-kasıb   bərabərsizliyi   günü-gündən   artır,   sosial   xidmətlər   azaldılır,   və   əmək 
aşağı məvacibə malik ölkələrə doğru miqrasiya edir.
L
ATİN
 A
MERİKASI
: Latin Amerikası və Karib dənizi hövzəsindəki ölkələrin iqtisadiyyatı 2006-
cı ildə 5.6% artıb, və 2007-ci ildə bu artımın 4.7%-ə düşəcəyi gözlənilir. Dünyada varlılar 
və kasıblar arasında ən böyük uçurum bu regioda mövcuddur və regionda bu uçurumun 
aradan qalxmasına və 100 milyon insanın yoxsulluqdan çıxmasına hələ çox var. Bəzi 
azad bazar liderlərinin iqtisadi inkişafı artırmasında və kasıb əhali üçün sosial ədalətin 
təmin olunmasında ciddi səyləri nəzərə çarpmır. Bu, solçu hökumətlər üçün milliləşdirici 

 Orta Şərq və Şimali Afrika 
 Avropa və Mərkəzi Asiya
 Cənubi Asiya
 Şərqi Asiya və Okeaniya
Afrikanın Sub Saxara regionu 
 Latın Amerikası və Karib regionu
Dünya
ehtiyatlara  malik   daha   mərkəzləşmiş  straetigaylara   doğru  hərəkət   etməyə   yeni   bir  yol 
açıb. İstehsalat vasitələrinin və torpaqların bölüşdürülməsi dəyişdirilməli, aşağı məvacibə 
malik insanların, təhsilli orta təbəqə və aktiv vətəndaş cəmiyyəti tərəfindən gücləndirilimiş 
inkişaf layihələrinin bütün mərhələlərində iştirakına doğru dəyişməlidir.
    
Ş
İMALİ
 A
MERİKA
: ABŞ-da ticarətin passiv balansı – xaricdə işsizliyə kömək etməklə özünün 
daxilindəki iqtisadiyyatı təhlükəyə ataraq - özünün ən yüksək dərəcəsinə çatıb. ABŞ-ın 
dövlət borcları 9 trilyon dollara çatır və bu da gələcək inflyasiyanın xəbərdarçısıdır. Özəl 
sektorda işçilərini yarısını işlədən və ABŞ-dakı yeni işlərin 2/3-ni yaradan kiçik bizneslər 
bu dəyişkən iqtisadi şəraitə hazırlaşmalıdırlar. ABŞ-da isə gəlir boşluğu genişlənməkdə 
davam edir: belə ki, ən yüksək pillədə dayanan 300 000 amerikalının 2005-ci ildəki gəliri 
an aşağı pillədə yer alan 150 milyonun gəlirinə bərabərdir. 2004-cü ildə, Kanadadakı varlı 
ailələrin 10%-i kasıb ailələrin 10%-indən 82 dəfə çox pul qazanıb. 
Qrafik 7. Gündəlik Adambaşına 1.08 Dollar düşən Əhalinin Payı (%)
Mənbə: Qlobal Monitorinq Hesabatı 2007, Dünya Bankı 

8. 
Yeni və yenidən baş qaldıran xəstəlik və immun mikroorqanizmlərin 
təhlükəsi necə azaldılmalıdır?
ÜST-nin   verdiyi   məlumatlara   əsasən   dünyada   2.4   milyon   həkimin,   tibb   bacılarının, 
mamaların kifayət etmədiyi və insanlar daha çox ömür sürdükləri şəraitdə, tele-səhiyyə, 
özünümüayinə   üçün   bioçip   sensorlarına,   və   digər   avtomatlaşdırılmış   sistemlərə   olan 
ehtiyac   kəskin   şəkildə   arta   bilər.   Ağır   Kəskin   Respirator   Sindromu   (SARS)   təhlükəsi 
insanların   çağırışlara   lazımi   şəkildə   cavab   verməsi   ilə   aradan   qaldırılıb.   Hal-hazırda 
dünya 25 milyon insanın ölümünə səbəb ola biləcək, hava yolları şirkətlərinə, turizmə və 
digər iqtisadi sektorlara saysız-hesabsız zərbə vuracaq H5N1 quş qripi virusu nəticəsində 
meydana çıxa biləcək irsi dəyişkənliklər üçün hazırlaşır.   
Bu   günə   kimi   davamlı   insandan-insana   ötürülmə   faktı   qeydə   alınmayıb.   Asiya 
quşçuluqfermaları öz canlı-bazar bizneslərini donmuş məhsullar bazarına çevirmək üçün 
vasitələr əldə etməlidirlər. 63-dən çox ölkədə quşlar arasında yayılmış quş qripi Avropa və 
bir neçə hallar qeydə alınan ABŞ-da daxil olmaqla qərbə doğru hərəkət edib. ÜST 13 
ölkədə 317 insanın quş qripinə yoluxduğunu, və 191 insanın ölüm hallarını təsdiqləyib. 
2005-2006-cı   illər   arasında   xəstəlik   15%,   2004-2005-ci   illər   arasında   isə   55%   artıb. 
Ölümlərin təqribən 30%-i yoluxucu xəstəliklər səbəbindən baş verib. Bu gün dünyada ən 
geniş yayılmış yoluxucu xəstəlik 2 milyon insana yoluxmuş Hepatit B virusudur. QİÇS hal-
hazırda dünyada baş verən ölümlərin 4-cü başlıca səbəbidir: 25 milyon insan QİÇS-dən 
ölüb.   Bu   ölümlərin   2.9   milyonu   2006-cı   ildə   baş   verib;   34.1-47.1   milyon   insanda   HİV 
virusu var, bunlardan 3.6-6.6 milyonu bu virusa 2006-cı ildə yoluxub. Təqribən 7.3 milyon 
qız və 4.5 milyon oğlan HİV/QİÇS virusunun daşıyıcılarıdır. Aşağı və orta gəlirə malik 
ölkələrdə yaşayan, QİÇS virusu daşıyıcısı olan insanların təqribən 28%-i dərman qəbul 
edir – 2005-ci il ərzində 54% artıb – lakin bir insanın müalicəyə başladığı vaxt ərzində 
daha 6 insan HİV/QİÇS virusuna yoluxur. Klinton Fondu QİÇS dərmanlarının illik həddini 
təqribən 100 dollara və gündə bir dəfə qəbul edilən həbləri isə gündə 1 dollara endirməyə 
kömək edib. Baxmayaraq  ki QİÇS sub-Sahara  Afrikasında baş verən ölümlərin birinci 
səbəbidir, lakin Şərqi Avropada və Mərkəzi və Cənubi Asiyada bu xəstəlik daha sürətlə 
yayılır.   2006-cı   ildə   qlobal   sərmayələr   12   milyard   dollara   çatıb   və   QİÇS   sınaqlarının 
qiyməti bir sınağa 15 dollar olmaqla aşağı düşüb. Hələ ki, müsbət vaksin nəticələri əldə 
olunmayıb, lakin tədqiqatlar göstərir ki, kişilərdə sünnət olunmaq yolu ilə HİV virusunun 
50%-ə qədərindən yaxa qurtarmaq olar.
Quş qripinə və SARS virusuna qarşı qarşı həyata keçirilən tədbirlər göstərib ki, hətta  
vaksin olmadan belə xəstəliyi erkən mərhələsində müəyyən və dəqiq məruzə etməklə, 
təcili təcrid və davamlı qlobal məlumatlandırma yolu ilə nəzarət altında saxlamaq olar. 
ÜST hər il orta hesabla 200 elmi tədqiqat həyata keçirir, və təqribən 50-sinə beynəlxalq 
cavab   tələb   olunacaq.   Son   20   ildə   30-dan   çox   yeni   və   yüksək   yoluxuculuğa   malik 
xəstəliklər müəyyən olunub. Bundan əlavə 20 məlum xəstəlik növü antibiotiklərə qarşı 
müqavimət göstərib, xolera, sarı qızdırma, vəba, tropic qızdırma, meningit, hemmoraqik 
qızdırma və difteriya kimi köhnə xəstəliklər yenidən meydana gəlib.   Afrikada, Çində və 
Cənubi   Asiyada   heyvanlar   arasında   yayılmış   yoluxucu   viruslar   müəyyən   olunur   ki. 
epidemiya   insanlara   çatmamış   onun   qarşısı   alınsın.   Genetik   məlumatın,   proqram 
təminatının   və   nanotexnologiyanın   gələcəkdə   istifadəsi   xəstəlikləri   genetik   və   ya 
molekulyar   səviyyədə   müəyyən   və   müalicə   edəcək.   Eyni   zamanda   əllərin   yuyulması 
yoluxucu xəstəliklərin azaldılmasının ən münasib yolu ola bilər. 

Qlobal   sağlamlığa   yoxsulluq,   miqrasiya,   ticarət,   insanların   təbii   mühitə   zorla   girməsi, 
ekoloji   ziyan,   meşəsizləşdirmə,   beynəlxalq   səyahət,   silahlı   münaqişələr   və   şəhərlərdə 
çoxlu sayda insanın anti-sanitariya mühitində cəmləşməsi təsir göstərir.Bio-terrorizm bio 
sensorlar və yanğın söndürənlər kimi bütün dünyada yerləşdirilə bilən əsas vaksinlər üçün 
Tədqiqat   və   Təkmilləşdirməni   artırıb.   Qida   və   ya   heyvanlardan   törəyən   xəstəliklərin 
qarşısını almaq üçün daha yaxşı ticari təhlükəsizlik zəruri olacaq. Digər problemlər gen 
laboratroiyalarından  və  naməlum  nano-orqanizmlərdə  olan  süni   bakteriyalardan   törəyə 
bilər.     
ÜST-nin elektron-sağlamlıq sistemləri, SARS virusu kimi təhlükələrə cavab vermək üçün 
yeni   qaydalar,   immunizasiya   prqoramları   və   Qlobal   Epidemiya   Həyəcanı   və   Tədbirlər 
Şəbəkəsi bu çağırış üzrə qlobal cavablar olmaqla yanaşı, Qlobal Fond vasitəsilə QİÇS, 
vərəm və malyariya xəstəlikləri ilə mübarizə üçün 7 milyard vəsait xərclənmiş və bu da öz 
növbəsində   dərman   preparatlarının   qiymətinin   daha   aşağı   olması   ilə   nəticələnərək 
malyariyanın qarşısının alınması üçün   30 milyon insektisid (çarpayı torluqları ilə birgə) 
təmin   etmişdir.   Alimlər   malyariya   paraziti   daşımayacaq   genetik   cəhətdən   modifikasiya 
edilmiş   elə   bir   ağcaqanadın   düzəldilməsi   üzərində   iş   aparırlar.   Nə   vaxtsa   dərmanlar 
məlum və naməlum səbəblərdən meydana gəlmiş infeksiyaların qarşısını alması üçün 
immun sistemimizi inkişaf etdirə bilər, və edilmiş bir vaaksinasiya daimi ola və gələcək 
nəsillərə irsən keçə bilər. 
R
EGİONAL
 M
ÜLAHİZƏLƏR
:
A
FRİKA
: Qlobal xəstəliklərin 24%-ini daşıyan Afrika dünyanın cəmi 3% sağlam işçisinə və 
dünyadakı   tibbi   xərclərinin   1%-dən   də   azına   malikdir.   HİV/QİÇS-in   sub-Sahara 
Afrikasında yayılması getdikcə azalır: 2004-cü ildə yayılma faizi 5.3-6.8%, 2006-cı ildə isə 
5.2-6.7% olub. Lakin bu dövr ərzində daha 2 milyon insan HİV virusuna yoluxub və bu 
virusa yoluxanların ümumi sayını 21.8-27.7 milyona çatdırıb. Bu da Cənubi Afrikada həyat 
davamlılığını təqribən 15 il azaldıb. Bir çox ölkələrdə QİÇS virusu mütəxəssislər arasında 
ölümlərin baş verməsinə səbəb olaraq ölkənin inkişafını təhlükə altında qoyub. Burada 
illik 1 milyon ölümün 90%-i Sub-Sahara Afrikasında malyariya nəticəsində baş verir, və bu 
da  regiona ildə  12 milyard  dollara başa  gəlir. Yaxın 2  ildə  malyariya  əleyhinə təcrübi 
vaksinanın sınaqdan keçirilməsi nəzərdə tutulub. 
A
SİYA
 

 O
KEANİYA
Regionda təqribən 8.6 milyon insan HİV virusuna yoluxub. Bunların 5 
milyonu   Hindistanda,   2   milyonu   isə   Çindədir.   Yaxın   5   il   ərzində   regionda   bu   virusa 
yoluxmuşların sayı 20 milyona çatacaq. Malyariya endemikdir, adi qızdırma verir və hətta 
müasir,   dezinfeksiya   olunmuş   Sinqapurda   vərəm   çöpləri   yenidən   meydana   çıxıb. 
Dünyada   Vərəm   xəstəliyinin   ən   yüksək   dərəcəsi   Cənubi   Asiyadadır.   Hər   il   burada   3 
milyon yeni hal qeydə alınır. Hal-hazırda dünyada quş qripi səbəbindən ən çox itki verən 
ölkə   İndoneziyadır.   Karaçidə   az   təmin   olunmuş   uşaqlar   arasında   əl   yumanın   təşviq 
olunması impetiqo xəstəliyini 34%, ishalı 53% və sətəlcəmi (pnevmaniya) 50% azaldıb.
A
VROPA
: 2006-cı il ərzində təqribən 84 000 Avropalı QİÇS səbəbindən dünyasını dəyişib. 
Avropada ən yüksək HİV/QİÇS əmsalı Rusiyadadır və Rusiya onun yayılmasının qarşısını 
almaq   üçün   təşəbbüs   irəli   sürüb.   Vərəm   də   həmçinin   Şərqi   Avropada   geniş   yayılan 
xəstəliklərdəndir.   HİV-in   Qərbi   və   Mərkəzi   Avropada   yayılması   təqribən   0,3% 
stabilləşdirilib. Burada ildə 22, 000 insan yeni HİV infeksiyalarına yoluxur və 12, 000 insan 
QİÇS-dən vəfat edir.  

Latin Amerikası
Şimali Amerika
Yaxın Şərq və Şimali 
Afrika 
Cənubi-Şərqi Asiya
Qərbi Sakit Okean 
Regionu (Asiya)
Avropa və MDB
Sub Saxara Regionu 
L
ATİN
  A
MERİKASI
:  Braziliya   1996-cı   ildə   QİÇS   virusuna   yoluxmuş   bütün   vətəndaşlarına 
antiretrovirus   terapiyası   təklif   edib.   Bu   da   1996-2004-cü   illər   arasında   xəstəxana 
xərclərində 2.2 milyard dollar qənaət olunmasına və başqa yerlərdə də oxşar cəhdlərin 
həyata keçirilməsini ruhlandırmağa səbəb oldu. Argentina, Braziliya, Çili və Kuba kimi 
ölkələrdə müalicənin miqyası 80%-i ötüb keçib. Latın Amerikasında yaşayan HİV/QİÇS 
viruslu   1.8   milyon   insanın   çoxu   Argentina,   Braziliya   və   Kolumbiyada   yaşayır.   Latın 
Amerikası müalicəyə ehtiyacı olan insanların 72%-ini müalicə ilə təmin edir.  
Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin